Mingəçevir Su Anbarında vəziyyət normaldır 

 

Saatlı, Sabirabad, İmişli rayonları ərazində yerləşən Sarısu gölü ətrafında nisbətən gərginlik qalır. Bunu jurnalistlərə açıqlamasındaMeliorasiya Su Təsərrüfatı” ASC-nin prezidenti Əhməd Əhmədzadə bildirib: “Çalışırıq ki, orada qalan müəyyən qədər gərginliyi aradan qaldıraq. Göl ətrafında bəndin hündürləşdirilməsi, mühafizə tədbirləri görülür. Buraxılan su vəziyyətdən çıxmağa təsir edir”.

ASC prezidenti Mingəçevir Su Anbarında vəziyyətin normal olduğunu açıqlayıb: “Su anbarı keçmiş SSRİ-nin ən yaxı hidrotexniki qurğularından biridir. Su anbarları içərisində ən yaxşısıdır. Hələ ki, anbara maksimal dərəcədə su doldurmaq imkanları qalır”.

 

Vəziyyət kritik olsa da...

 

Regionlarda daşqınlarla bağlı vəziyyət kritik olsa da, vəziyyət idarəolunan səviyyədədir. Azərbaycan prezidentinin sərəncamı ilə xüsusi komissiya yaradılıb, problemli aradan qaldırmaq üçün kifayət qədər resurs cəlb olunub. Hazırda çaylarda suyun səviyyəsinin aşağı salınması istiqamətində aparılır”. Bu açıqlamanı jurnalistlərə ekologiya təbii sərvətlər naziri Hüseynqulu Bağırov verib. O kritik vəziyyətin yaranmasının bir sıra səbəbləri olduğunu deyib: “Təsəvvür edin ki, adi vəziyyətdə 30-40 kubmetr sululuğu olan Qanıx çayında indi sululuğun səviyyəsi 300 kubmetrə çatıb. Buna qar yağışlar səbəb olub. Çayların mənsəbi hərdən yox, mütəmadi olaraq təmizlənməlidir. Daşqınlar təbii fəlakətdir, buna görə heç kimi günahlandırmaq olmaz. Bu kimi hallardan qaçmaq üçün gələcəkdə Kürətrafı rayonlarda su anbarlarının tikintisi məqsədəuyğun olardı”.

 

4 nəfər xilas edilib

 

Fövqəladə Hallar Nazirliyi (FHN) Hacıqabul rayonunun Birinci Meyniman kəndi istiqamətində Kürdə bəndin bir hissəsinin dağılması barədə məlumat açıqlayıb.

Nazirliyin rəsmi internet saytı xəbər verir ki, ilkin məlumata əsasən, mayın 23-də saat 18:30 radələrində Birinci Meyniman kəndi yaxınlığında Kür çayında bəndin, təqribən, 30-40 metrlik hissəsinin dağılması nəticəsində daşqın suları kənd ərazisinə daxil olmağa başlayıb. Operativ olaraq hadisə yerinə cəlb edilmiş FHN-in canlı qüvvə texnikası dağılan bəndin bərpası bərkidilməsi işlərinə başlayıb.

Çevik müdaxilə nəticəsində sel sularının əhatəsində təhlükədə qalmış 4 kənd sakini FHN-nin iki vertolyotu vasitəsi ilə xilas edilib.

Eyni zamanda, FHN-nin Mülki Müdafiə qoşunlarının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının köməkliyi ilə kənd əhalisinin qadınlar, uşaqlar, qocalar olan hissəsi təxliyə edilib. İlkin olaraq, təqribən, 70-ə qədər ev qismən daşqın sularının əhatəsində qalıb. Hazırda bəndin bərpa bərkitmə işləri davam etdirilir.

 

4 minə yaxın insan tibbi müayinədən keçirilib

 

Son dövrlər aramsız yağan yağışlar, Kür Araz çaylarında bolsululuğun müşahidə olunması ilə əlaqədar respublikanın ayrı-ayrı şəhər rayonlarında yaranmış mürəkkəb vəziyyətlə bağlı Səhiyyə Nazirliyi tərəfindən tibbi sanitar qaydalar tam nəzarətdədir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu günə kimi ərazidə məskunlaşmış 4 minə yaxın insan tibbi müayinədən keçib, 150 nəfər hospitallaşdırılıb. Ümumilikdə 79 hamilə qadın qeydiyyata götürülüb ki, onlardan da 14-ü artıq azad olublar. Dünyaya gəlmiş 8 qız 6 oğlan uşağının, həmçinin anaların vəziyyəti yaxşıdır. Zahı qadınlardan 10-u bütün dərman, geyim, bezlər, xüsusi uşaq qidaları, hətta uşaq arabaları da təmin olunaraq evə buraxılıblar. Öz evlərində lazımı şərait olmayan iki zahı qadın uşaqları ilə birgə tibb işçilərinin evlərində qalırlar. Qalan 4 zahı, eləcə hamiləliyin son aylarında olan 10 qadın hələ doğum evlərindədir. Ümumiyyətlə çadır şəhərciyində 655 azyaşlı uşaq var. Onlardan 33-ü – 0-5 yaş arası, 482 uşaq isə 1-5 18 yaş arasındadır. Havaların çadırların həddən artıq isti olması ilə əlaqədar profilaktik məqsədlərlə nisbətən zəif orqanizmli 22 uşaq yaradılmış tibbi məntəqələrdə yerləşdirilib. 1 uşaq anadangəlmə sepsislə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutuna göndərilib. 1 uşağın üzərində cərrahi əməliyyat aparılıb ki, onun da hazırkı vəziyyəti qənaətbəxşdir. Çadırda olan 33 şəkər xəstəsinə özünənəzarət aparatları paylanıb, 6 ruhi xəstə nevroloji şöbələrə yerləşdirilib. Sel daşqından zərər çəkənlərin məskunlaşdığı yerlərdə infeksion xəstəliklərin yaranmasının yayılmasının qarşısını almaq məqsədi ilə gigiyena epidemiologiya mərkəzləri tərəfindən dezinfeksiya işləri gün ərzində bir necə dəfə aparılır. Fövqəladə vəziyyətlə əlaqədar təcili tibbi yardım maşınları, eləcə təhlükə zonasına yaxın rayonların tibb işçiləri səfərbər olunub. Səhiyyə Nazirliyi tərəfindən tibbi sanitar qaydalar tam nəzarətdə saxlanır bu qayda təhlükə aradan qalxanadək davam edəcək.

 

 

Nazir: “Kür Araz çaylarının ayrılmasında ekoloji fəsad görmürəm

 

Kür Araz çaylarının ayrılmasında ekoloji fəsad görmürəm”. Bunu jurnalistlərə açıqlamasında ekologiya təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Nazir bununla bağlı fikirlər, ehtiyat variant kimi axtarışların olduğunu deyib: “Bu axtarış işləri tədricən ilkin ya fövqəladə plana çevrilə bilər”.

H.Bağırov deyib ki, Kürün Arazın dəflərə öz məcralarını dəyişmək kimi xüsusiyyətləri var: “Bizim əlimizdə Kür çayının Şirvandan Salyana qədər hissəsində Kürsəngi bir neçə başqa palçıq vulkanlarının təsiri altında istiqamətini dəyişməsini təsdiq edən peykdən çəkilişlər var. O çəkilişlər göstərir ki, indiki təsirlərdən əvvəl Kür öz sularını Şirvan parkının ərazisindən dənizə aparıb. Tədricən vulkanların qalxması nəticəsində məcbur olub, Araza qovuşub. 1903-cü ilin xəritələrində Araz çayının əsas hissəsinin paralel axaraq Biləsuvar ərazisindəki çöllərdən keçərək Xəzərdəki kiçik Qızılağac körfəzinə axması aydın görünür”. 

 

 

Kaspi. -2010. – 25 may. – S.3.