Mətbuat Şurasında “KİV-lərin ilk mənbədən məlumat alma imkanlarımövzusunda dəyirmi masa keçirilib 

 

Mətbuat Şurasının təşkilatçılığı ilə “KİV-lərin ilk mənbədən məlumat alma imkanlarımövzusunda dəyirmi masa keçirilib. MŞ-nin sədri Əflatun Amaşov bildirib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə şura tərəfindən həyata keçirilən “Media problemlərinin müzakirəsi jurnalist peşəkarlığının məsuliyyətinin artırılmasına dəstək kimilayihəsi çərçivəsində keçirilir. O, layihənin icrası nəticəsində mediadakı xoşagəlməz tendensiyaların, mənfi meyllərin, çatışmazlıqların köklərini üzə çıxarmaq, Azərbaycan mediasının mövcud durumu barədə bitkin geniş rəy formalaşdırmaq, bu yolla cəmiyyətin ölkə mediasında baş verən proseslərə diqqətini cəmləşdirmək, həmin proseslərə münasibətdə düzgün mövqeyinin yaranmasına nail olmağın nəzərdə tutulduğunu qeyd edib.

Tədbirdə məruzə ilə çıxış edən İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli layihədə qoyulan problemin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, ilk mənbədən informasiya alma imkanları dövlət ictimai institutların dərəcədə cəmiyyətə açıq olmasını, qarşılıqlı əlaqələrin səviyyəsini müəyyənləşdirən başlıca faktordur: “İnformasiyalı cəmiyyət anlamının formalaşması birbaşa medianın durumu, informasiya əldə etmə imkanları informasiya mənbələrinin onun üzünə dərəcədə açıqlığı ilə sıx surətdə bağlıdır”. C. Məmmədli çıxışında Azərbaycanda məlumat almaq sahəsindəki mövcud qanunvericilik bazasından danışıb. Onun sözlərində görə, bununla bağlı Azərbaycanda çoxsaylı hüquqi normalar mövcuddur.

Tədbirdə ölkədə ilk mənbədən məlumat alınması sahəsindəki problemlərə dair fikir mübadilələri aparılıb. 

 

 

Kaspi. -2010. – 27 may. – S.4.