Atom enerjisi erası
Azərbaycan indidən hazırlıqlara
başlasa, nüvə
enerjisinə ən tezi 2030-2035-ci ildə malik ola
bilər
Atom enerjisinin tarixi adamı
100 il əvvələ – XX əsrin parlaq beyinlər və
qaynar kəşflərlə dolu romantik elm aləminə
aparır. İşlərinin fanatı olan fizik alimlər bu
barədə həyəcansız danışa bilmirlər. Atom
enerjisinin əsasını təşkil edən radioaktivlik, yəni
maddələrin öz-özündən şüalanması
1895-ci ildə kəşf olunub. Məsələni dərindən
araşdıranda məlum olur ki, şüalanma bəzi maddələrin
parçalanmasının nəticəsidir – özü də
bu vaxt külli miqdarda enerji ayrılır. Adi hallarda nüvənin
hissələrinin bir-birinə bağlayan Atom və ya nüvə
enerjisinin nə qədər böyük olduğunu
Eynşteynin məşhur düsturu göstərir - (E=mc2). Bu
düstura görə, 1 qram maddədə olan nüvə
enerjisi saatda 180 kilometr sürətlə gedən 2 tonluq
avtomobilin enerjisindən 36 milyon dəfə böyükdür.
Dünyanın elm mərkəzlərinin
bu enerjini ələ keçirmək üçün necə
yarışa girdiyini demək artıqdır. 40-cı illərin
əvvəllərində zəncirvari reaksiyaların idarə
olunması üçün rektorların qurulmasına
başlandı.
Atomdan hərbi məqsədlə
istifadə
məsələsi o kəşf olunan kimi ortaya çıxdı.
Hələ 1910-cu ildə
bəzi alimlər təklif etdi ki, 1-ci dünya müharibəsində bundan
istifadə olunsun. Amma o vaxt
bunu etmək mümkün olmadı. Sonra məlum oldu ki, nüvə
silahı hazırlamaq
üçün urana
plutonium da qatılmalıdır. Nəhayət
1945-ci ildə Amerika Yaponiyaya atom bombası atdı və dünyada nüvə silahlanması başlandı. Bu proses bu günədək davam edir. Nüvə silahına malik
olan sonuncu ölkələr
1954-cü ildə isə SSRİ-də Dünyanın ilk
atom elektrik stansiyası
işə düşdü. Sonra belə stansiyalar Amerika və Avropada da tikilməsi
ilə dünyada atom enerjisi erasına start verildi. Atom enerjisi
öz gücünə
görə, adi enerji növlərindən
qat-qat üstündür.
AMEA-nın
Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov: «Məsələn, biz 1000 meqavatlıq
elektrik enerjisi stansiyası tikmək istəyirik. Bunu biz üzvü yanacaqla
da ala bilərik, atomdan da. Neftlə işləyəndə 1 mi meqavattı
əldə etmək üçün 1 milyon
ton neft yandırmalıyıq.
Amma o biri variantda 10-13 ton uran yandırmalıyıq.
1 milyon ton neft yandırılanda atmosferə
azı 3 milyon ton tullantı atılacaq.
10-13 ton uranda isə atmosferə heç nə atılmır».
Atom reaktoru
ilə işləyən
sualtı qayıqlar isə cəmi 100 kiloqram yanacaq götürməklə yer
kürəsini 10 dəfələrlə
dövr edə bilirlər və s. Məsələnin iqtisadi
tərəfi də
var. 1 milyon ton neftin qiyməti yarım milyard dollardır. 10-12 ton
uran isə cəmi 3-4 milyon dollara başa gəlir. Müqayisə üçün deyək ki, Azərbaycanı enerji ilə təmin etmək üçün ildə
50-60 ton uran kifayətdir.
Adil Qəribov deyir ki, əgər
Azərbaycanın bütün
enerji sistemi tamamilə AES-ə keçsə,
bizə ildə 50-60
ton uran lazımdır.
Bu da iki «kamaz» maşınının
yüküdür.
Nəticədə atom stansiyalarında
alınan enerjinin qiyməti adi yolla alınandan təqribən 2 dəfə
ucuzdur – 1 kilovat saatı 2-3 sent. Doğrudur,
belə stansiyalar böyük pul tələb edir. Məsələn, min meqavatlıq
atom elektrik stansiyası
4-5 milyard dollara başa gəlirsə, istilik stansiyası 2 dəfə ucuzdur. Amma enerjinin ucuzluğu sayəsində
bu fərq 2 ilə aradan qalxır.
Belə üstünlüklər diqqətdən
kənarda qalmır -
Argentina, Braziliya, Türkiyə,
İndoneziya, Misir və s. - atomdan enerji almaq istəyənlərin
coğrafiyası genişlənir.
İndi dünyada 435 atom elektrik stansiyası var. 2030-cu ildə
onların sayının 2 dəfə artması gözlənilir.
Artıq 70 ölkə atom stansiyası tikəcəyi barədə
MAQATE-ni xəbərdar edib və onların sayı
artmaqdadır.
Atom enerjisinin
əsas problemi təhlükəsizliklə bağlıdır.
Çernobıl hələ yaddaşlardan silinməyib. Amma
mütəxəssislərin sözlərinə görə,
indiyədək İstilik stansiyalarında həm qəzaların,
həm də insan itkilərinin sayı atom stansiyalarından dəfələrlə
artıqdır. Yəni lazımi tələblərə əməl
olunsa, atom enerjisindən təhlükəsiz istifadə etmək
olar. Cənubi Koreyadakı kimi.
Enerji qıtlığı ilə
üzləşən ölkələrdən fərqli olaraq
böyük neft və qaz ehtiyatları olan Azərbaycanda atom
enerjisindən istifadə məsələsi hələlik
müzakirə olunmur. Məsələn, hesablamalara görə,
qaz ehtiyatlarımız 100 ilə, Neft isə 50-60 ilə bəs
edəcək. Amma alimlərin fikrincə, gələcəyi nəzərə
almaqla artıq indidən nüvə enerjisi haqda fikirləşmək
lazımdır. AMEA-nın Radiasiya Problemləri İnstitutunun
direktoru hesab edir ki, nüvə texnologiyası Azərbaycana gəlməlidir
və yaxın vaxtlarda bu müzakirə olunmalıdır.
Təcrübə göstərir
ki, atomun tətbiqi üçün
orta hesabla 20 il vaxt tələb
olunur. Yəni Azərbaycan hələ
indidən hazırlıqlara başlasa, nüvə enerijisinə
ən tezi 2030-2035-ci ildə malik olacaq. Ən əsası cəmi
60-70 illik ehtiyatı qalan neft və qazdan fərqli olaraq
dünyadakı uran ehtiyatları bundan sonra azı 500-600 ilə
kifayət edəcək. Dünyanın uran ehtiyatlarının
böyük hissəsi 60 faizi Avstraliya, Qazaxıstan və
Kanadada cəmləşib. Qazaxıstan dünyada uran hasilatına
görə liderdir. Urana tələbatın artması nəticəsində
XX əsrdə neft və qaz uğrunda gedən mübarizə
indi uran uğrunda qızışıb.
Kaspi. -2010. – 27 may. – S.9.