Tənha gəminin kapitanı 

 

O, Azərbaycanın müstəqillik mübarizəsinin öncüllərindən biridir. Bu şərəfli tarixdə onun da imzası var. Doktor Nazilə Abbaslı hazırda Türkiyədə yaşasa da yenə də Vətən adına böyük işlər görür

 

Redaksiyamızda qonaq olarkən onun Azərbaycanın təkcə türk dünyasında deyil, bütün dünyada tanınması, həqiqətlərini anlatması üçün yaşadığı arzularla da tanış olduq.  

 

Özündən sonrakı iz

 

- SizTürk kültürü mədəniyyəti”, “Ufukların Efendisi Cengiz Han”, “Tarihin işığında erməni dosyası” “Azerbaycanın Müstəqillik  Mücadelesi s. kitabların müəllifisiniz. Əsərlərinizin mövzusu, qayəsi nə barədədir?

- Bu əsərlər araşdırmatarixi-sosioloji kitablardır. Aldığım təhsillə bağlı olaraq bütün bildiklərimi qələmə almaq, onu məndən sonra gələn nəslə çatdırmaq məqsədilə bu araşdırmalara üstünlük verdim. Yaşanmış hadisələrin dərinliyini ortaya qoymaq, yaşanacaq hadisələri öncədən hiss edərək qələmə almaq lazımdır. Hər insan özündən sonra bir iz buraxmalıdır. Bu iz də mənim əsərlərimdir.

- Türk dünyasına ünvanlanan bu əsərlərin oxucuları çoxdurmu? Məsələn, bizim ölkəmizdə bu kitabları oxuyurlarmı? 

- Demək olar ki, mənim yaralı yerimə toxundunuz. Çox üzülürəm ki, Azərbaycanda bu qədər təşkilatlar, bu qədər aktiv fəaliyyətdə olan qurumlar olduğu halda Türkiyədəki elm adamlarımızı, aydınları, yazarları araşdıran heç kəs yoxdur. Mən zənn edirdim ki, biz istər diaspora, istərsə də bir-birinə bağlılıq anlamında qonşularımızdan yaxşı dərs alacağıq. Ancaq biz bağlılıq baxımından hələ bir-birimizdən çox uzağıq. Çünki onlar Türkiyədə və ya başqa bir ölkədə bir kitabı çıxan yazarlarını axtarıb tapır, «Vətənimin övladıdır» - deyə ona sahib çıxır və arxasında dururlar. Biz keçmişimizi tez unudan, tarix boyu çəkdiklərimizdən dərs almayan bir xalqıq. Hər şeyin rahatının arxasına düşürük. Ancaq bu günə qədər nə qədər əziyyətlər çəkdiyini, nə qədər qurbanlar verdiyini unutdunsa, sabah haqqında düşünməyə haqqın yoxdur. Mən isə  «insanolur-olsun, keçmişini unutmadanondan dərs alaraq yoluna davam etməlidir» - deyə düşündüm. Bu gün 8-9 kitabın yazarıyam. Bunlar xalqımın gələcəyi üçün yazılan kitablardır. Bir zamanlar biz nəyin əziyyətini çəkdik? Ağlar günlərimizi dünyaya çatdıra bilmədiyimizi - blokada günlərimizi unutduq. Heç kimsəyə dərdimizi anlada bilmədik. Dünya susdu. Azərbaycan öz acıları ilə bərabər yaşadı. Erməni isə səsini hər yerə çatdıra bildi. Çünki ermənilərin hər yerdə təmsil edən adamları vardı. Bu gün Azərbaycanın üçrəngli bayrağı dünyanın ən mötəbər təşkilatlarının qapısında dalğalanır. Bu gün Azərbaycanın ən nüfuzlu aydınları dünyanın hər yerində xalqının adından danışmaq haqqına sahibdir. Ancaq o insanları kim tanıyır? Mən 1992-ci ildən Türkiyədə yaşayıram. Yaşadığım müddətdə orada oxudum, işlədim. Televiziyalarda çalışdım, jurnalım çıxdı. Elmi işlərim oldu. Aktiv həyatda oldum. Mən bunları təkbaşına, arxamda heç bir güc olmadan elədim. Kitablarım çıxdı, ancaq bunu təkcə Türkiyə bildi. Bunun günahı məndədirmi? Mən zamanında həmin kitabları Azərbaycanda bir çox təşkilatlara da göndərdim. Ancaq həmin insanlardan «Halal olsunya təşəkkür edirik» kəlməsini belə eşitmədim. Mən okean sularında qəlbən küskün, özümün qurduğum gəmidə hansı sahilə yan alacağımı düşünərək hərəkət edirəm. Bu gün də vəziyyət eynidir. Ancaq məmnunam, çünki bu gəminin kapitanı özüməm. Mən təkbaşına bir millətəm. Mən hər zaman xalqın yanında olan birisiyəm. Bunu reklam üçün söyləmirəm, bu, mənim borcumdur.

- Bu gün Türkiyənin özündə Azərbaycan həqiqətlərini qədər bilirlər? Məsələn, mən özüm bir il əvvəl İstanbulda olarkən söhbətləşdiyim bəzi adamlar «Qarabağ hələ ermənilərin əlindədirmi - deyə soruşurdular.

- Düzdür, xəbərsizdirlər. Çünki diasporumuzun fəaliyyəti yoxdur. Erməni diasporu ətrafını gün-gündən gücləndirir. Mən diaspor təşkilatına varla yox arasında hərəkət edən bir ad deyə bilərəm. Diaspor bizik – fəaliyyəti göstərə bilən insanlar diaspordur. Nə üçün bu gün Türkiyə Azərbaycanda Qarabağ məsələlərinin cavabını tapa bilmir? Nədən bu gün Türkiyə Ermənistan yaxınlaşmasında ana faktor rolu oynayan xüsusi özəllikləri ortaya qoya bilmir? Ən güclü erməni təşkilatı hazırda Türkiyədədir. Çox yaxşı da çalışırlar. Biz isə çox çətinliklə, divarı yararaq bir görürük. Ancaq Türkiyədə yaşadığım 20 il ərzində özümüzü tanıdacaq səviyyədə diasporumuzun fəaliyyətini görmədim. Nə gənclərin, nə də yaşlıların arasında görüldü. Gənclərimiz dükanlardabaşqa yerlərdə günlərini keçirirlər. Dövlət səviyyəsində bu sahədə böyük işlər görülür. Ancaq bir xalq olaraq bu hadisələri daha gözəl qiymətləndirməyimiz lazımdır. Azərbaycanın adını atdığımız addımlarla, gördüyümüz işlərlə dəyərləndirməyimiz lazımdır. Xalqın öndə gedən aydınlarını da bir araya gətirərək bu işləri görməyimiz lazımdır.

 

Vətən üçün bir payım olsun

 

- 20 il əvvələ qayıdaq. Siz yaşamaq və çalışmaq üçün niyə Türkiyəni seçdiniz? Ona görə ki, oradan bütün türk dünyasına daha aydın pəncərə açılır?  Yoxsa orada fəaliyyətdə olan erməni lobbisi ilə mücadilə üçün?

- Mən elə gənclik çağlarımdan hər zaman aktiv fəaliyyətdə olmuşam. Xarici Dillər İnstitutun 2-ci kursunda oxuyanda «Əməkdə rəşadət» medalına layiq görülmüşəm. O zaman Azərbaycanda qızlardan ibarət ilk inşaat dəstəsinin qurucusu idim. 13 qızdan ibarət dəstəmiz indiki Xətai rayonunda çörək mağazasında, daha sonra Nəsimi rayonunda çalışdım. 6 il bu təşkilata rəhbərlik etdim. FOP ictimai təşkilatının 2 illik jurnalistika bölməsini bitirdim. 3-cü kursda oxuyarkən Azərbaycan Ali Sovetinin Fəxri Fərmanına layiq görüldüm. Mənim üçün ən önəmli olan budur ki, həmin ödülləri ulu öndər Heydər Əliyev mənə təqdim edib. Bunlar mənim unudulmaz anlarımdır. Eləcə də Moskva və Azərbaycan komsomol təşkilatlarının ödüllərini aldım. O zaman indiki Milli Məclisin binasının təməlinin qoyulmasında Xarici Dillər və Politexnik institutlarının tələbələri iştirak etdilər.  Daha sonra inşaat dəstəmiz Quba Konserv Zavodunda işləməyə yollandı. Get-gedə sıramız genişlənərək 200 nəfərə çatdı. Aldığımız pulları kimsəsizlər evinə verirdik. Layihəmə əsasən çalışdığımız rayonlarda həbsə alınmış qızları alaraq təşkilatımızda tərbiyələndirib və yenidən cəmiyyətə qaytarırdıq. Tələbəlik illərində Kommunist Partiyasının üzvü seçildim. Fəal bir gənclik dövrü yaşadım. Həmçinin institutda ingilis dilinin qramatikasından dərs keçirdim. Sonra radionun xarici verilişlər şöbəsində redaktor kimi çalışdım. Həmçinin özüm «Daşlı bulaq» proqramını hazırlayırdım. Proqram İranda böyük sevgi ilə qarşılanırdı. Bu, Azərbaycanın dərdini dünyaya çatdıracaq bir veriliş idi. Orada böyük senzura ilə qarşılaşırdıq. Mən yazıda başqa şey yazır, verilişdə başqa şey söyləyirdim. Ancaq bizim bəzi «qeyrətli» azərbaycanlılarımız verilişi dinləyib ruslara raport yazırdılar. Demək olar ki, onlar məni “satdılar”. Bununla bağlı çoxlu sıxıntılarım oldu. Bu sıxıntıları yaşadıqca həyata qarşı hisslərim dəyişməyə başladı. İçimdə Vətən sevdası daha da gücləndi. 1990-cı ilin 20 Yanvar  hadisələri baş verəndə bir məqsədim var idi: «Mənim də bu Vətən üçün bir payım olsun». Bir yaralı gələn kimi xəstəxanalara qaçıb onların səslərini yazır, aldığım xəbərləri jurnalist Elmira Əhmədovaya çatdırır və o da bütün dünyaya yayırdı. Elə xəbərlər olurdu ki, mən onları öz radiomuzda verə bilməzdim.

- Ancaq vətənpərvərliyiniz sizə asan başa gəlmədi.

- Düzdür, asan başa gəlmədi. Biz o zaman rəhmətlik Aydın Məmmədovun başçılığı ilə «Ana dili» cəmiyyətini qurduq. Həmin cəmiyyətin sonuncu başqanı mən idim. Ölümündən bir neçə gün əvvəl Aydın Məmmədov redaksiyaya mənə zəng vuraraq Dilarə Əliyeva ilə Gürcüstana getdiyini söylədi. Nə zaman qayıdacağı ilə maraqlandıqda «Dönəcəyimi deyə bilmərəm, mənə elə gəlir ki, bir daha qayıtmayacağam, ürəyimə belə damıb. Amma sağ-salamat qayıtsam, ağlımda gözəl bir fikir var, onu səninlə paylaşacağamo işin də başına səni gətirəcəyəm» - dedi. Aydın Məmmədov bizim cəmiyyətdən millət vəkili seçilmişdi. Onun son sözləri ürəyimə saplanıb qaldı. Təəssüf ki, onun geri dönməmək xəbəri gerçək oldu.

Mən Azadlıq meydanına 220 nəfəri toplayan insan olaraq özümü xoşbəxt sayıram. Çox təəssüf ki, sonradan bizə «narkomanlar» və s. adlar verdilər. Aldığım məlumata görə, haqqımızda yazan adam hazırda həbsxanadadır. Xalqı bir araya gətirən həmin 220 adam bu gün müstəqil Azərbaycan dövlətinin qurulması üçün ilk addımı atan insanlar idi. Xoşbəxtəm ki, orada mənim imzam var. O meydanda insanlara gerçəkləri söyləyən insanlardan biri olduq. Xoşbəxtəm ki, Aydın Məmmədov kimi böyük insanların yetişdirməsi olduq, onun yolunu davam etdirdik. Sonra hər kəs öz yuvasına sığındı. Ortada bəlli olmayan insanların rolunu gördük. Təbii ki, bunlar bizi çox üzdü. Sonra 20 Yanvar hadisələri baş verdi. Rus-erməni işbirliyi tərəfindən xalqımıza qarşı törədilən vəhşiliyi dünya ictimaiyyətinə   zamanında çatmasına çalışdım. Gerçəkləri anlatmaq üçün Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarovanın  Bəyanat verməsinə səbəb oldum.

Tomris Qadınlar Təşkilatının başqanı kimi çoxlu məcburi  köçkün və qaçınların evlə təmin olunmasına yardımçı oldum. Əzizə Cəfərzadə, Zərifə Salayeva və mən Ahıska türklərinə yardım üçün Şurabada yola düşdük. Çox maraqlı hadisələrlə qarşılaşdıq. Onlara çoxlu köməyimiz dəydi.

- Türkiyədəki çalışmalarınızı Azərbaycandakı fəaliyyətinizin davamı adlandırmaq olarmı?

- Əlbəttə, davamı idi. 1992-ci ildə şair Rəfiq Zəka Xəndan məni Türkiyədən gələn bir professorla tanış etdi. Onun vasitəsilə həmin ilin may ayında Türkiyəyə getdim. İstanbul Universitetinin Sosial Elmlər İnstitutunun jurnalistika bölümünə qəbul olundum. Doktoranturanı bitirdim. Xaricdə təhsil alan ilk jurnalist oldum. Rəcəb Tayyib Ərdoğanın təqaüdü ilə oxumuşam. O, hər zaman mənimlə maraqlanırdı. Bu, mənə qürur verir. Azərbaycanda da bu sevgini görmək istəyirəm. Çünki bu torpağın yetişdirməsiyəm.

Aktiv həyatımı İstanbulda bu günə qədər davam etdirirəm. İstanbul azərbaycanlılarının Kültür Sənət Mərkəzinin qadınlar birliyinin rəhbəriyəm. Mərkəzin bir filialının da Bakıda açılması ilə bağlı layihəmiz var. Bundan əlavə, bildiyiniz kimi Türk Muzik Birliyi (TMB) kanalı türk dünyasının ilk musiqi kanalı kimi fəaliyyət göstərir. Bu kanal dünyanın 40 ölkəsində yayımlanır. Mən TMB-nin qurucularından birixarici əlaqələr şöbəsinin müdiriyəm. Biz kanalın da Azərbaycanda özəl yerini görmək istəyirik. Bundan əlavə, Türkiyədə bir çox siyasi qurumların üzvüyəm. Fəaliyyətimə görə, Türkiyə Silahlı Qüvvələri Akademiyasının mükafatına və başqa ödüllərə layiq görülmüşəm. 

- Maraqlıdır, bütün bu fəaliyyətiniz, mücadiləniz bir qadın olaraq sizə nə verdi?

- Bu mücadilə mənə cənnət cəhənnəmin olduğunu anlatdı. Mən bu dünyada həm cənnəti, həm də cəhənnəmi yaşadım. Bu dünyada insanların xaricidaxili görüşləri arasındakı fərqi mənə göstərdi. Vətən adına saxtakarlıq edənlərin üzünü anlatdı. Bir qadının təkbaşına yaşam mücadiləsinin nə demək olduğunu göstərdi. Qadının siyasətdə, həyatda, dostlar, tanımadığın insanlar arasında öz həyatını qurmaq üçün necə çalışmasını anlatdı. Həyat mənə sağdansoldan şillələr vurdu. Elə hey çıxış yollarını aradım, ancaq əlimdən tutan insanları, ilk müəllimlərimi unutmadım. İstanbulda da çox dəyərli müəllimlərdən dərs aldım. Azərbaycandakı təhsilin davamını İstanbulda aldım və oradakı müəllimlərdən «Halal olsun!» kəlməsini eşidincə qürur duydum. Heydər Əliyevlə görüşlərimdə həyatın dərsini aldım. Türkiyədə yaşadıqca düşündüm ki, Türk-Azərbaycan birliyinin möhkəmlənməsi üçün yeni körpülər qurulmalıdır. Çünki bizi parçalaya-parçalaya əzmək çox rahat olur. Əminəm ki, o şəkildə çox böyük işlər görə bilərik.

 

 

Təranə Məhərrəmova

 

Kaspi- 2010.- 23 noyabr.- S. 8.