Bakı və ölkə məktəblərində
62 müəllim yeri boş qaldı
226 müəllim isə ümumtəhsil
məktəblərindəki vakant yerlərə işə qəbul
olundu
"Ölkəmizdə
ilk dəfə olaraq 2010-2011 -ci dərs ilində ümumtəhsil
məktəblərindəki vakant yerlərə müəllimlərin
işə qəbulu elektron vasitələr əsasında iki mərhələli
müsabiqə mexanizmi tətbiq olunmaqla həyata
keçirilib. Avqustun 20-dən bu barədə mətbuatda və
Təhsil Nazirliyinin rəsmi saytında elanın yerləşdirilməsi
ilə başlayan və təxminən bir ay davam edən
müsabiqə proseduru artıq başa çatıb,
müsabiqədə qalib gələn müəllimlər
öz yeni iş yerlərində fəaliyyətə
başlayıblar". Bu barədə SİA-ya
açıqlamasında Təhsil Nazirliyinin Strateji təhlil,
planlaşdırma və kadrların idarə olunması
şöbəsinin müdiri Fərzəli Qədirov məlumat
verib. O bildirib ki, 2010-2011-ci tədris ili üçün
ölkənin ümumtəhsil məktəblərində 198-i
Bakı, 90-ı isə 11 şəhər və rayonda olmaqla
288 vakant müəllim yeri olub.
Şöbə müdirinin sözlərinə görə,
namizədlərin vakant yerlərlə
tanışlığına və elektron
ərizələrinin doldurulmasına avqustun
20-dən başlanıb və bu proses avqustun 27-dək davam edib. Ümumilikdə
3171 nəfərin elektron ərizə verdiyini deyən F.Qədriov vurğulayıb ki, onlardan yalnız 1815 nəfərin
ərizəsi təsdiqlənib. O qeyd edib ki, ərizələri
təsdiq olunan 1815 nəfər 288 vakant yerə qarşı müsabiqəyə
qatılıblar.
"Müsabiqə reqlamentə
uyğun olaraq iki formada – müsahibə və test imtahanı formalarında həyata keçirilib. Fiziki tərbiyə, gənclərin
çağırışaqədərki hazırlığı,
əmək hazırlığı,
rəsmxət, təsviri
incəsənət, musiqi və nəğmə fənlərindən müəllimlərin vakant yerlərə işə qəbulu nazirliyin müsabiqə
komissiyası
tərəfindən müsahibə yolu ilə aparılıb. Digər fənlərdən, yəni dil
və
ədəbiyyat,
riyaziyyat,
informatika,
fizika,
kimya,
biologiya,
tarix,
coğrafiya, xarici
dil
(ingilis,
fransız, alman dilləri), həmçinin ibtidai
sinif
müəllimi
ixtisası
üzrə vakant yerlərə müsabiqə test imtahanı
yolu
ilə
keçirilib.
Beləliklə,
aparılmış müsabiqə nəticəsində 288 vakant
yerə
qarşı
226 nəfər işə
qəbul
olunub,
62 yer
vakant
qalıb. Buna səbəb həmin yerləri
seçənlərin
az bal toplaması,
eyni
zamanda,
vakant
yerlərin
olduğu məktəblərin
uzaqlığı
üzündən onları
seçənlərin
az
olmasıdır. Həmin vakant
yerlərə növbəti
mərhələdə işə qəbulun həyata keçirilməsi
nəzərdə tutulur", - deyə
o
əlavə
edib.
Təhsil
Nazirliyinin
şöbə
müdiri bildirib
ki,
288 vakant
yerə
qarşı
ərizəsi
təsdiqlənən 1815 iddiaçı iştirak etdiyindən işə
qəbul
prosesində
yüksək müsabiqə vəziyyəti
qeydə
alınıb. Ümumilikdə orta
hesabla
bir
boş
yer
uğrunda, təxminən 6 iddiaçının mübarizə apardığını deyən F.Qədirov bəzi fənlər üzrə isə daha yüksək müsabiqə vəziyyətinin
yarandığını söyləyib:
"Belə ki, ibtidai sinif müəllimi
ixtisası
üzrə
10-u Bakının, 10-u isə ölkənin digər şəhər və rayonlarının ümumtəhsil məktəblərində olmaqla cəmi 20 vakant yer olduğu halda,
361 nəfər müsabiqədə iştirak edib.
İngilis dilindən 28 vakant yerə qarşı
340 nəfər, dil və ədəbiyyatdan 12 vakant
yerə
qarşı
266 nəfər, riyaziyyat
fənni
üzrə
16 vakant
yerə
qarşı
201 nəfər mübarizə aparıb".
F.Qədirov qeyd
edib
ki,
vakant
yerlərə seçim insan
amilinin
iştirakı olmadan,
müvafiq proqram
tərəfindən imtahan
verənlərdən hər birinin
topladığı
ballara
və
etdiyi
seçimə uyğun aparılıb.
Onun
sözlərinə
görə, ölkənin
ümumi təhsil
müəssisələrini daha
keyfiyyətli
kadrlarla
təmin etmək üçün gələcəkdə tədris ili
ərzində
2 dəfə (tədris ilinin
əvvəlində və I yarımilin
sonunda)
işə
qəbulun
aparılması
nəzərdə tutulub.
Kaspi.- 2010.- 6 oktyabr.- S. 9.