Səhnənin şahzadəsi

 

Çoxları bu fikirdədir ki, əgər həyat yoldaşı rejissor olmasaydı, o, kinoda heç bir uğur qazana bilməzdi. İnna Çurikova isə bu fikirlərlə qətiyyən razılaşmır. Deyir ki, aktrisa uğuru yalnız öz istedadı ilə qazanır.

Ancaq kim inana bilərdi ki, Ufa vilayətinin Belebey kəndindən çıxan qız nə vaxtsa Rusiyanın Xalq artistinə çevriləcək?

İnna Çurikova sənətdən uzaq bir ailədə doğulub. Hələ məktəbdə oxuduğu illərdə İnna Stanislavski adına teatr studiyasına gedirdi. Bu, onun sənət seçimini müəyyənləşdirməkdə rol oynadı və məktəbi qurtaran kimi Şepkin adına məktəbdə Çqankovun rəhbərlik etdiyi kursa daxil oldu. Çurikovanın istedadını görən müəllimləri hələ tələbəlik illərində onun kinoya çəkilməsinə şərait yaratdılar. "Borsk üzərində buludlar", "İndi hardasan, Maksim", "Morozka" və s. filmlərindəki rolları aktrisanın tanınmasına kömək etdi. Əsasən epizodlarda çəkilən Çurikova standart olmayan xarici görkəmi ilə roldan-rola dəyişiklik axtarırdı. Qleb Panfilovun "Başlanğıc" filmində İnna birdən- birə iki rol - əyalət qızını və Janna Dark rollarını oynadı. Bu film indikino tənqidçiləri tərəfindən sovet dövrünün ən yaxşı filmi kimi dəyərləndirilir.

İnna Çurikova tamaşaçıların yaddaşında kinoda ilk rolları ilə Xalq artisti adına layiq görülən aktrisa kimi qalıb. Onun qəhrəmanları ilk baxışdan zahiri gözəlliyi ilə ağlı başdan alan qadınlar deyildi, əksinə, öz düşüncəsi ilə hamını ovsunlayan insanlar idi. Onlar əsasən bataqlığın üfunətindən qopub əsl həyat yaşamağa başlayan qadınlar idi. Bu anda tamaşaçı əsl möcüzənin seyrçisinə çevrilir - onun daxili aləminin gözəlliyi qəhrəmanının bütün vücudunu əhatə edirdi. İnna Çurikova həmişə parlaq şəxsiyyətləri oynayıb. Bəxti onda gətirib ki, 70-ci illərdə - insanlara məhz belə qəhrəmanların lazım olduğu vaxtda sənətə gəlib. Sadəlövhcəsinə təmizlik və sərt maksimalizm - sovet qadınları özlərini məhz bu obrazda görürdülər. Rusiyanın bütün qadınları onun qəhrəmanlarında özünü axtarırdı. Çurikova mövzusu məhz belə bir effekt verirdi. O, əsasən əyalət qadınlarının obrazını yaradırdı. "izvestiya" müxbirinin "Siz rus əyalətindən çıxan çoxlu qadınları oynamısınız. Sizcə, indi əyalət dəyişibmi?" sualına "Mən indi şəhərin mənfiliyə doğru necə dəyişdiyini müşahidə etməyə başlamışam. Əyalət həyatı adama güc verir. Adamlar da çox səmimi, sadə, saxtakarlıqdan uzaqdırlar" - deyə Çurikova cavab verib.

1965-68-ci illərdə Çurikova Moskva Gənc Tamaşaçılar Teatrında çalışır, kütləvi səhnələrdə, kiçik epizodik rollarda səhnəyə çıxırdı. Çox keçmədən aktrisanın həyatında "Müqəddəs qəlb" filmindəki Tani Tetkina rolu dönüş yaratdı. Bu, ali rejissorluq kursunun məzunu Qleb Panfilovun debütü idi. Onun təkrarolunmaz daxili aləmi Qleb Panfilovun diqqətini çəkdi o, rejissorun ilham pərisi olaraq baş qəhrəmanları oynadı. Panfilovun "Başlanğıc", "Mövzu", "Vassa" filmləri milyonlarla tamaşaçı üçün Çurikovanın istedadını üzə çıxardı.

Rejissor öz aktrisasını tapmışdı. Panfilov Çurikova əməkdaşlığı çox keçmədi ki, müqəddəs ittifaqla nəticələndi. Rejissor öz ilham pərisi ilə evləndi onların Vanya Yana adlı övladları dünyaya gəldi.

Panfilovun növbəti filmindəki Paşa Stroqanova rolu Çurikovanın qarşısında Janna Dark rolunu oynamaq şansı yaratdı. Çurikova bir neçə il bu rolla yaşayaraq əlverişli təkliflərdən imtina etdi. Təəssüf ki, Janna rolu alınmadı. Kinematoqrafiya rəhbərləri bu quruluşu kənarlaşdırdılar. Yenidən çəkilməsinə icazə verəcəklərinə söz versələr , sözlərinə əməl etmədilər.

Çurikova-Panfilov yaradıcılığında Qorkinin obrazları mühüm yer tuturdu. Yazıçının "Analar" əsərindəki İlovna rolu isə aktrisanın ən yüksək zirvəyə qalxmasına təkan verdi. Aktrisa 1983-cü ildə "Vassa" filminə görə Moskva kinofestivalının qızıl prizini qazandı. 1990-cı ildə isə Kann kinofestivalında Panfilovun filmi dünya kinosu xəzinəsinə daxil edilərək xüsusi priz aldı. 1973-cü ildə Çurikova P.Todorovskinin "Hərbi səhra romanı" əsasında çəkilən eyniadlı filmdəki roluna görə Berlin kinofestivalının "Ən yaxşı qadın roluna görə" mükafatına layiq görüldü.

Son illər antrepriz tamaşalarda uğurlu rollar oynayan aktrisa on ildən çoxdur ki, Q.Panifilovun bu janrda səhnələşdirdiyi "Sorri" tamaşası ilə səhnəyə çıxır. Rusiyanın bütün şəhərlərində yaxrn xaricdə tamaşa böyük anşlaqla qarşılanır.

İnna Çurikova isə bu gün teatr tamaşalarında oynamaqla bərabər Qleb Panfilovla əməkdaşlığını davam etdirir. O, əri oğlu ilə birlikdə "Romanovlar ailəsi" filminin həmmüəllifidir.

Aktrisa onunla görüşə can atan jurnalistlərə müsahibəsində "Mənim işə, rola, tərəf müqabillərimə tamaşaçılara münasibətimdə heç dəyişmir. Bu, mənim peşəm, sevdiyim sənətdir. Mən özümə prinsiplərimə tamamilə inanıram"- deyə təkrarlamaqdan yorulmur.

 

 

Təranə

 

Kaspi.- 2010.- 6 oktyabr.- S.15