Tamaşaçıların kumiri
Rusiyanın
xalq artisti, milyonların sevimli aktyoru Leonid Kuravlyov
Moşkvanın küçələrində görünəndə,
insanların üzündə dərhal təbəssüm
yaranır. Aktyor da onlara təbəssümiə cavab verir. Amma
həmişə deyir ki, onun təbəssümünün
arxasında əzablı uşaqlığının izləri
var.
Onun
uşaqlığı çox çətin keçib.
Atasını erkən itirib. Anasını isə 1941-ci ildə
yalan ittihamla şimala sürgün ediblər. Moskvaya
qayıdana qədər o Leonidlə şimalda bir neçə
il yaşayıb.
Leonid orta məktəbdə o qədər
də yaxşı oxumurdu. Xüsusən dəqiq elmlərdən
axsayırdı. Gənclik illərində aktyor olmaq heç
onun ağlına da gəlmirdi. Onun valideynləri başqa
maraqlarla yaşamışdılar. Evlərində bir tikə
çörəyin tapılmadığı vaxtda vaxtda
aktyorluq peşəsi haradan yada düşürdü? Kuravlov hərdən
dostları ilə "Vətən" kinoteatrına
qaçırdı. Bütün balaca uşaqlar kimi o da kinonu
sevirdi. Aktyor olmaq isə xəyalından da keçmirdi. Məktəbi
bitirəndə isə hara gedəcəyini ümumiyyətlə
düşünməmişdi. Sadəcə, hansısa
institutda tələbə olmaq istəyirdi. Qohumlarından birinin "Bəlkə
Kinematoqrafiya İnstitutuna gedəsən, aktyorluq çox
yaxşıdır. Orada fizika və kimyadan imtahan olmayacaq"
deməsi onu həvəsləndirdi. Onun özü də
aktyorluq qabiliyyətinin olub-olmamasından xəbərsiz idi. Təsadüfi
abituriyent Leonid məşhur institutun tələbəsinə
çevriləndə çoxları təəccübləndi.
Sonralar Kuravlov özünün aktyorluq
yaradıcılığını kinorejissor Şveyserlə bağiayırdı. Leonid həmişə onun atalıq qayğısını görmüşdü. Onun rəhbərliyi altında işləməklə gənc aktyorun bütün istedadı üzə çıxdı. Kuravlovun bəxti gətirirdi. Çoxları deyirdi ki, hər aktyorun taleyinə belə rollar qismət olmur.
Leonid
Kuravlovun
kinoda
debütü tələbəlik illərində baş verdi. O, 1960-cı ildə "Miçman Panin" filmində inqilabçı obrazını oynadı. Sonra isə Vasiliy Şukşinin filmində çəkildi.
institutu
bitirdikdən sonra teatr studiyasında işləməyə başlayan Leonid bir çox filmlərdə həm əsas, həm də epizodik rollarda oynayırdı. 1961-ci ildə gənc aktyor Vasiliy Şukşinlə birlikdə, baş rolda Yuri Nikulinin oynadığı "Ağaclar böyük olanda" filmində çəkildi.
Nəhayət, 1964-cü ildə onun həyatında dönüş yarandı. O, Vasili Şukşinin ən məşhur filmlərinin qəhrəmanlarına çevrildi. Əlbəttə, Maksim Qorki adına kinostudiyanın bədii Şurası Şukşinə başqa aktyor tapmağı məsləhət görürdü, ancaq rejissorun inadı nəticəsində filmlərində Kuravlyov çəkilirdi. Leonid Şukşin filmlərinin stilinə uyğun gəlirdi. Əgər 60-cı illər Kuravlovu populyar kinoaktyora çevirmişdisə, 70-ci illər onu ekranın kino ulduzuna çevirdi. 70-ci illərdə ekrana hər il onun iştirakı ilə 3-4 film çıxırdı. "Robinzon Kruzonun həyatı və qəribə macəraları" filmində Robinzon Kruzo, "Baharın 17 anı" teleserialında faşist zabiti Aysman, "Axırıncı qurban" filmində Lavr Mironoviç bu rolların arasında çoxlu dramatik və komedik obrazlar da var idi. Leonid Qaydayın "ivan Vasilyeviç peşəsini dəyişir" məşhur komediyasındakı Jorj Miloslavski rolu isə onu tamaşaçıların yaddaşına əbədi həkk edir. İş ondadır ki,bu rola görkəmli aktyor Andrey Mironov da iddia edirdi, ancaq Qayday üstünlüuyü Kuravlyova verir və səhv etmir. Nəticədə Leonid Qaydayın aktyoruna çevrilir və onun bir neçə filmində əsas rolları oynayır. 1975-ci ildə isə ekrana Leonid Kuravlyovun iştirakı ilə Georgi Daneliyanın məşhur "Afoniya" komediyası
çıxır. Onun tipik olmayan qəhrəmanını bütün tamaşaçılar sevir. Leonid Kuravlyovun vertioz rolu aktyor üçün vizit kartına çevrilir. Bir il sonra isə ekrana Aleksandr Serovun "Sən - mənə, mən - sənə" filmi çıxdı. Kuravlyov burada bir-birinə əks olan əkiz qardaşları - Sergey və İvan Kaşkinləri oynayır. "Mimino" və "Timur və onun komandası" filmindəki epizodik rolları da aktyor böyük məharətlə oynayır. Onun ekrana hər çıxışı tamaşaçıların marağına səbəb olurdu. Stanislav Qovoruxinin "Görüş yerini dəyişmək olmaz" filmindəki oğru rolu isə qeyri-adi obraz kimi yadda qalıb.
80 və 90-cı illərdə də Kuravlyov ekranlarda bir sıra maraqlı obrazlar yaradır. Onun filmoqrafiyasında 200-dən artıq rol var idi. Sevindirici hal idi ki, müasir kino da ondan yan keçmirdi. Məsələn, son illər çəkilən "Briqada", "Xəfiyyələr" filmində də o, hüquq-mühafizə işçilərinin obrazını yaradıb.
Leonid
Kuravlyov
jurnalistlərə inanmadığı
üçün
onlara
müsahibə vermir. Ancaq tamaşaçılar öz kumirləri ilə daim maraqlanırlar. "Sarı mətbuat mənim insult keçirdiyimi yazıb. Bir dəfə qan təzyiqim qalxıb. Bunu şişirdərək yazıblar ki, "həkimlər Kuravlyovun həyatı uğrunda mübarizə aparırlar". Bundan sonra jurnalistlərə necə inanmaq olar?" Leonid Kuravlyov özü haqqında sənədli filmin çəkilməsindən də imtina edib. O, bunu televiziya rejissorlarının peşəkarlığından şübhələndiyinə görə etməyib, sadəcə özünə aid olan şeylərin evinin divarlan arasında qalmasını istəyir. Ona görə də onun ailəsi haqqında xəbərlər mətbuatda yer almır.
Təranə
Kaspi.- 2010.- 8 oktyabr.- S.
15.