Milli
Kitabxanalarda yeni xidmət sahələri yaradılır
Mirzə Fətəli Axundov adına
Azərbaycan Milli Kitabxanası MDB məkanında
ən böyük kitab xəzinələrindən
biridir. Hazırda kitabxanada yeni
xidmət sahələri
yaradılır. Bunlar informasiya-kommunikasiya
texnologiyalarının kitabxana
işinə tətbiqi
ilə əlaqədar
olaraq yaradılan şöbələrdir. Kitabxanada mövcud
şöbələrin fəaliyyəti
də genişləndirilir.
Not-musiqi şöbəsinin
fondunda 121 mindən artıq not nəşrləri,
244 min nüsxə ədəbiyyat
toplanılıb. Keyfiyyətli musiqi təqdim etməkdən ötrü
şöbəyə yeni
texnikalar alınıb.
Hər bir oxucu bura gəlib
sərbəst şəkildə
musiqi dinləyə, ona lazım olan ədəbiyyatla yaxından tanış
ola, diferensial xidmətdən istifadə
edə bilər. Hazırda fonotekada olan qrammofon vallarının disklərə köçürülməsi
prosesi aparılır.
Milli kitabxananın nadir kitabların
saxlandığı şöbədə
də yeniliklər
var. Əvvəllər nadir kitablardan nəinki aparmağa, hətta zədələnməməsi üçün
oxumağa da icazə verilmirdi. Artıq oxuculara nadir kitablar fondunda kitabların elektron forması təqdim olunur. Hər bir oxucu burada
həmin nadir kitablardan
lokal şəbəkədə
istifadə edə bilər.
Kaspi.- 2010.- 9-11 oktyabr.- S.14.