"Sonuncu romantik" Bakıda
tanınmış rus şairi
Andrey Dementyevin
yaradıcılıq gecəsi keçirildi
Tanınmış rus şairi, SSRİ dövlət mükafatı
laureatı Andrey Dementyev Bakıdadır. Müslüm Maqomayev adına
Azərbaycan Dövlət
Filarmoniyasında şairin
yaradıcılıq gecəsi
keçirildi. Gecəni
açıq elan edən Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti,
professor Fərhad Bədəlbəyli Dementeyvin
poeziyasından danışdı:
"İstərdim onun
həyatının bir
neçə istiqamətini
qeyd edim. Valideynə sevgi, müəllimlərinə
sevgi. Bütün bunlar onun poeziyasından qırmızı
xəttlə keçir.
Və təbii ki, qadına sevgi. Çünki sevgi
və şair iki ayrılmaz bir amildir".
Azərbaycan ədəbiyyatı ilə yaxından tanış olan Andrey Dementyev
Nizami Gəncəviyə
şeir də həsr edib. Filarmoniyanın səhnəsində qurulan monitorda həmin şeir səsləndi.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan tədbir "Sonuncu romantik" adlanırdı. Eyni adlı mahnını
da vokalçı Rizvan Sədirxanov ifa etdi.
Tədbir boyu Andrey
Dementyevin şeirlərinə
bəstələnmiş mahnılar
ifa olundu.
Kaspi.- 2010.- 9-11 oktyabr.- S.14.