Futbol adamı
Tofiq Bəhramov adına Respublika Stadionu. Bu gün
ən möhtəşəm
idman tədbirlərinin
keçirildiyi milli stadion bu əfsanəvi
hakimin adını daşıyır. Görkəmli hakimin adının əbədi ünvan tapdığı stadionun rəsmi açılışı
1951-ci ildə keçirilib.
Alman hərbi əsirləri tərəfindən tikilən
stadion yuxarıdan
"S" hərfini xatırladır.
Stadionun arxitekturası o zaman xalqların rəhbəri sayılan Stalinin şərəfinə qurulub.
90-cı illərdə - dünya şöhrətli
hakim Tofiq Bəhramov dünyasını dəyişəndən
sonra stadion onun adını daşımağa başlayıb.
Tofiq Bəhramov futbol karyerasına
1940-cı ildə yerli
uşaq klubu "Spartak"da başlayıb. Daha sonra isə
fəaliyyətini" neftçi"
komandasında davam etdirib. O, futbolçu
kimi təkcə Azərbaycan çempionatında
iştirak edib. Müasirlərinin dediyinə görə,
Bəhramov əsas oyunçu olmasa da, komandanın kapitanı olub və hakimlərlə daha çox mübahisə etməsinə
görə digər oyunçulardan fərqlənib.
Ancaq onun oyunçu kimi fəaliyyəti uzun sürmür. Ayağından aldığı zədə və keçirdiyi əməliyyat
gələcək hakimin
oyunçu kimi karyerasını yarımçıq
qoyur.
1951-ci ildə hakimliyə
başlayan Bəhramov
bu sahədə adını nəinki Azərbaycan, hətta dünya futbolunun səhifələrinə yazdıra
bilir. O, SSRİ-dən beynəlxalq çempionatları
idarə edən ilk
hakim kimi fərqlənir.
İki oyunda baş hakim, 6 oyunda isə yan xətt hakimi
kimi çıxış
edir. Dünya çempionatının final oyununa düşmək üçün Bəhramova
cəmi iki beynəlxalq oyunu idarə etmək kifayət edib. İndiki zamanda isə bu, qətiyyən mümkün deyil.
Çox az
adam bilir ki, Tofiq Bəhramov
1970-ci il dünya çempionatında da hakimlik edib. Ən əsası isə əfsanəvi yarış
sayılan Braziliya-Uruqvay
yarımfinal yarışını
idarə edib.
T.Bəhramov Nikolay Latışevdən
sonra dünya çempionatına hakimlik
edən ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet
hakimi olub.
Onun yüksək məharəti qitələrarası
kubok oyununda da özünü göstərib. 1972-ci ildə
T.Bəhramov Argentinanın
"İndependente" komandası
ilə Hollandiyanın
"Ayaks" komandasının
oyununu idarə edib.
44 il bundan
qabaq Böyük Britaniyada dünya futbolu tarixinin ən qalmaqallı oyunlarından biri keçirilib. İngiltərə və Almaniya
yığmaları arasında
baş tutan final oyunu əfsanəvi hakim Tofiq Bəhramovu bütün dünyaya tanıdıb. Məşhur azərbaycanlı hakim 1966-cı ildə dünya çempionatında İngiltərə
və Almaniya komandaları arasında keçirilən final oyunu
yan xərt hakimi kimi idarə
edib. Sonralar bütün dünya
bu tarixi oyunda verilən qərarın doğru olduğunu, topun həqiqətən də almanların qapısından
keçdiyini təsdiqləyəcəkdi.
Onu yerlilərə rəğbətdə,
almanlara nifrətdə
günahlandırdılar. Oyunun sonrakı video-təkrarına
baxanda topun qapının kənarına
düşdüyünü iddia edirdilər. Ancaq həmin epizodu kəsiblər. Bu müəmma o vaxtdan mütəxəssisləri və
idman həvəskarlarını
düşündürür. Məlum olub ki, heç
bir qoldan söhbət gedə bilməzdi. Almanlar üzərində 3:2 hesablı qələbə
britaniyalıları tarixində
ilk və hələlik
son dəfə dünya
çempionu etdi.
Oyundan sonra alman
komandasının hücumçusu
Uve Zifeler Tofiq Bəhramova yaxınlaşaraq "Mən
sizdən üzr istəyirəm, oyun zamanı qərarınızı
eşidib sizə qarşı kobudluq etdim.
Biz oyuna təkrar
baxdıq qol düz hesab edilib"- deyə bildirir.
Bununla belə, mübahisələr bitib tükənmir. 40 ildən
çoxdur ki, həmin oyunun sirri açılmır.
Ancaq ingilislər Tofiq Bəhramovun
unikal qərarını
heç bir zaman unutmayacaqlar. O vaxtdan ingilislər Tofiq Bəhramova dua edir, almanlar
isə onu nifrətlə xatırlayırlar.
Yeddi il bundan qabaq Bakıya,
Azərbaycan-İngiltərə oyununu izləməyə gələn qonaq azarkeşlər bunu bir daha sübut
etdilər.
Bu oyuna qədər dünya çempionatlarında
simvolik "Qızıl
fit" yalnız baş
hakimlərə təqdim
olunurdusa, 1966-cı ildəki
final oyununda bütün
hakimlər, o cümlədən
yan xətt hakimləri də Qızıl fit mükafatı
alır. Tofiq Bəhramov dünyada
ilk dəfə, yan
hakim kimi bu mükafata layiq görülür. Hətta
bu oyundan sonra Tofiq Bəhramova
Böyük Britaniya kraliçasının özü
"Qızıl ilahə"nin kiçik modelini şəxsən təqdim edir.
2004-cü
ildə vəfat edən ingilis yazıçısı Artur
Hopkraft Azərbaycan arbitrinə özünün
ən məşhur
"Futbol adamı"
kitabı nı
həsr edib. Əgər azərbaycanlılar
üçün Tofiq
Bəhramov o zamandan bəri dünya çempionatının final oyununu
idarə edən hakim hesab olunursa, ingilislər üçün
Metto Basbi, Alfom Remzi, Bobbi Mur, Bobbi Çarlton kimi futbol simvolları ilə bir sırada
durur.
2004-cü ilin 14 oktyabrında
dünya futbolunun ulduzları T.Bəhramovun xatirəsinə həsr olunmuş seçmə oyunlarda Azərbaycan və İngiltərə yığmasının oyununu
izləmək üçün
Bakıya gəldilər. Həmin gün əfsanəvi
hakimin şərəfinə
ucaldılan abidənin
açılış mərasimi
də keçirildi.
Dünyada hakimlər içərisində ilk dəfə
məhz onun adına abidə
ucaldılıb.
Tofiq Bəhramov 2006-cı il dünya
çempionatına həsr
olunan cizgi filminin qəhrəmanı
da olub.
Əfsanəvi hakim
1993-cü ildə dünyasını
dəyişib. Ancaq o, tarixdə silinməz
iz buraxıb.
Təranə
Məhərrəmova
Kaspi.- 2010.-12 oktyabr.- S.15.