Havada caz ətri var
Paytaxtımız növbəti festival əhval-ruhiyyəsi yaşayır.
Bakı Beynəlxalq caz festivalının
artıq ənənəyə çevrilməsi cazsevərlərin
böyük sevincinə səbəb olub. Belə ki, oktyabrın 16-da Heydər Əliyev
Sarayında keçirilən II
Beynəlxalq caz festivalının təntənəli
açılış mərasimi əsl musiqi
hadisəsinə çevrilib. Mədəniyyət
və Turizm Nazirliyi,
Azərbaycan Mədəniyyət Fondu və
Sweet Productionın təşkil etdiyi festivalın açılışı
tamaşaçılara əsl bayram əhval
ruhiyyəsi bəxş edib.
Sarayın foyesində festivalda çıxış edən caz kollektivlərinin fotoşəkillərindən
ibarət sərgi maraqla
qarşılanıb.
Mərasimdə
çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev bildirib ki, son illər Azərbaycanda
caz musiqisinin təbliği,
inkişafı baxımından çox iş görülüb. Nazir ölkəmizdə musiqinin
caz janrına önəm verildiyini
və Bakının keçmiş
SSRİ zamanında caz paytaxtı
adlandırıldığını söyləyib.
Bunun bariz nümunəsi olaraq
7-ci ildir Bakıda caz
festivalı keçirilir. Dünyanın ən
tanınmış cazmenləri Bakıda konsert
proqramları ilə çıxış etmişlər. Bu gün də
paytaxtımız ənənəsinə sadiq
qalaraq belə möhtəşəm bir tədbirə ev sahibliyi edir. Azərbaycan
cazının bünövrəsi ötən əsrin 30-cu illərinin
sonunda böyük musiqi xiridarları Niyazinin
və Tofiq Quliyevin
yaratdıqları Dövlət cazı adı ilə
tanınan Dövlət estrada orkestri tərəfindən qoyulub.
Orkestrin ilk konsert proqramına klassik caz musiqisi
nümunələri ilə bərabər Niyazinin
və Tofiq Quliyevin
pyesləri də daxil edilib.
1941-1945-ci illər müharibəsi dövründə və
müharibə qurtardıqdan sonra Dövlət
cazına bəstəkar Rauf Hacıyev rəhbərlik
edib. Amma 1950-1960-cı illərdə SSRİ-nin
Qərb əleyhinə yönəlmiş təbliğat
maşını ölkədə bu musiqi janrının inkişafına güclü ziyan vurub. 1960-cı illərdə Qara
Qarayev, Niyazi, Tofiq Quliyev və Rauf Hacıyevin dəstəyi və rəhbərliyi
ilə Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı başlayıb. Rafiq Babayevin Qaya vokal kvarteti
yaranıb və nəhayət, Vaqif
Mustafazadə dövrü başlanıb.
Əbülfəs Qarayev xüsusi olaraq
vurğulayıb ki, prezident
İlham Əliyevin müvafiq
Sərəncamı ilə dünya
şöhrətli caz ustası Vaqif Mustafazadənin 70 illik
yubileyinin geniş
şəkildə qeyd edilməsi ölkəmizdə
musiqiyə və əsl sənətə verilən qiymət və
qayğının bariz nümunəsinin
göstəricisidir. Nazir qeyd edib ki,
bu il festivalda
iştirak etmək üçün
müxtəlif ölkələrdən 80-ə yaxın musiqiçi Azərbaycana gəlib.
Qeyd
edək ki, dünyanın ən böyük caz musiqisi bayramlarından birinə çevrilən
II Beynəlxalq caz festivalında Azərbaycanın
və müxtəlif xarici ölkələrin
ən məşhur caz
ifaçıları çıxış edəcəklər.
İştirakçılar arasında Mat Bianko, Al di
Miola, Keiko Matsui, Monti Aleksandr,
Vijay İyer Trio, Erik Vloeimaens,
Diane Rives kimi məşhur ifaçılar, Jazzamor və Şakatak kimi tanınmış caz
qrupları vardır.
Açılış mərasimində
çixiş edən Əməkdar artist Həsən Abasquliyevin
rəhbərliyi ilə Arena caz orkestrinin konserti maraqla dinlənilib.
Orkestrin məharətlə ifa etdiyi caz
improvizasiyaları alqışlarla qarşılanıb. İsrailli Amikam
Kimelmanın dirijorluq etdiyi
orkestrin ifasında dünya
caz bəstəkarlarının məşhur
kompozisiyaları da səslənib.
Festivalın 2-ci günü
oktyabrın 17-də Heydər Əliyev Sarayında növbəti
konsert keçirilib.
Belə ki, ingilis pop cazının liderlərindən olan Matt Bianko
caz ansamblının virtuoz
ifası cazsevərləri əyləndirib. Qrupun
ifasında Avropada ən hit
sayılan kompozisiyalar səsləndirilib. Qeyd edək ki, bu konsert
Matt Bianconun Azərbaycanda ilk
çıxışıdır. 1982-ci ildə keçmiş Blue Rondo A La Turk
ansamblının üzvlərindən təşkil edilmiş Matt Bianco caz qrupu
hazırda ingilis pop-cazının liderlərindən
biri kimi dünyada məşhurdur. Kollektiv dünyanın bir çox ölkələrində uğurlu çıxışları ilə yadda qalıb. Matt Bianko caz
ansamblının tərkibində bir
neçə dəfə ciddi şəkildə
dəyişiklik olub. Onlar
dens-pop üslubunda ifa edirlər. Bu ifa isə qrupun Kuba rəqs ritmləri ilə ifa
etdiyi caz
aranjemanları ilə əlaqələndirilir.
Qeyd edək ki, festival çərçivəsində
paytaxtın musiqi salonlarında caz axşamları keçiriləcək. Təşkilatçıların
qeyd etdiyi kimi havadakı caz ətri
hələ oktyabrın 30-a kimi duyulacaq.
Təranə
Məhərrəmova
Kaspi.-
2010.- 19 oktyabr.-
S. 16.