Neft strategiyasının
uğurları
150 illik tarixi yol qət etmiş Azərbaycan neft sənayesinə
tam yiyələnmək haqqı qazandıran gün
Kökləri çox qədim
dövrlərdən qaynaqlanan Azərbaycan neftinin tarixi sənaye
inkişafı baxımından bir neçə mərhələlərlə
diqqət çəkir. 1847-1920-ci illəri əhatə edən
ilk mərhələ neftin mexaniki üsulla qazılmış
quyulardan hasil edilməsi ilə başlayır ki, məhz bu illər
də Azərbaycanın neft sənayesinin inkişafı kimi
tarixə köçür. Bakıda ilk neftayırma zavodu
tikilməsi də bu illərin payına düşür.
Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və
emalı üzrə dünyada birinci yerə çıxır
və dünya neft hasilatının yarısını verir.
1920-ci ildən - Azərbaycanda neft sənayesinin milliləşdirilməsindən
sonraya təsadüf edən növbəti mərhələ isə
1949-cu ildə açıq dənizdə "Neft
Daşları" yatağının kəşfi
dövrü kimi yaddaşlardadır. Bu dövrlərdə Azərbaycanda
yeni neft yataqlarının aşkarlanaraq istismara verilməsi nəticəsində
hasilat 23,6 milyon tona çatdırılır. 1941-ci ildə
reallaşan bu hasilat isə o dövrdə SSRİ-nin neft
hasilatının 76 faizini təşkil edir. 1941-1945-ci illərdə
neft avadanlıqları və neftçi mütəxəssislərin
SSRİ-nin şərq rayonlarına köçürülməsi
ilə əlaqədar Azərbaycanda neft hasilatı 11,1 milyon
tona düşür. Ümumiyyətlə, İkinci Dünya
müharibəsi illərində Sovet İttifaqında
çıxarılan neftin 75 faizini verən Azərbaycan cəbhəni
yanacaqla təmin edərək alman faşizmi üzərində
qələbədə böyük rol oynayır. 1949-cu ildə
isə artıq Neft Daşlarında 942 m dərinlikli 1¹-li
quyunun gündə 100 ton hasilatla istismara daxil olması dənizdə
neftçıxarmanın əsasını qoyur.
Dünyanın açıq dənizdə ilk neft
çıxaran ölkəsi
Beləliklə, 1950-ci ildə "Neft
Daşları" yatağının istismara
verilməsi Azərbaycanda dəniz neft sənayesinin
inkişafını, eyni zamanda
üçüncü mərhələnin
əsasını qoyur. 1969-cu ilə kimi davam edən bu dövrdə dəniz geoloji-kəşfiyyat
işləri genişlənir, bir sıra neft və qaz yataqları aşkarlanaraq istismara verilir, hidrotexniki neft
qurğularının tikilməsinin texnika
və texnologiyası, dənizdə neftçıxarmanın infrastrukturu inkişaf etdirilir. Dünyanın estakada
dirəkləri üzərində tikilən açıq dənizdə
ilk dəniz mədəni də
Bakının payına düşür və
Azərbaycan dünyada ilk
dəfə olaraq açıq dənizdə
neft çıxarmağa başlayır. Məhz bu illərdə dünya təcrübəsində ilk dəfə reallaşan
dəniz mədənində kompleks mühəndis
və elmi-texniki tədbirlərin tətbiqi
nəticəsində külli miqdarda kapital qoyuluşuna, metala qənaət
edilərək yüksək əmək məhsuldarlığına,
neftin hər bir tonunun maya dəyərinin
aşağı düşməsinə nail
olunur. 1969-cu ildən etibarən dinamik inkişafa başlayan neft-qaz sənayesi
bununla da dördüncü mərhələnin təməlini
qoyur. Bu, həm də
dəniz neftinin hasilatının inkişaf tarixində yeni
mərhələ olur. 1970-ci ildə ildən
Xəzəri sektorlara bölünməsi
həyata keçirilir. SSRİ
Neft Sənayesi Nazirliyi
Azərbaycan neftçilərinin dəniz şəraitində iş aparmaq təcrübəsini
nəzərə alaraq Xəzərin bütün sektorlarında geoloji-kəşfiyyat,
qazma, işlənmə, istismar
və digər işlərin aparılmasını Azərbaycan
neftçilərinə həvalə edir.
Məhz bu illərdə 60-cı illərin
sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edilir,
neft ehtiyatları iki, qaz ehtiyatları isə üç
dəfə artırılır. Beləliklə,
1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 milyon
tona (şərti yanacaq)
çatdırılır. 80-ci illərdə sayı 11-ə qalxan üzən qazma
qurğularından istifadə nəticəsində isə
hazırda Azərbaycan neftinin əsas hissəsini
təşkil edən dənizin 80-350 m dərinlkdə
yatan zəngin neft
ehtiyatlarına malik Günəşli,
Çıraq, Azəri və s. kimi yataqlar kəşf olunur. Bakıda bu dövrdə
dünyada analoqu olmayan Dərin Dəniz Özülləri zavodunun da inşasına
başlanılır.
Tənəzzüldən “Yeni neft strategiyası"na doğru
SSRİ-nin dağılması bütün sahələr
kimi neft sənayesinin də tənəzzülünə gətirir. Amma bu dövr Azərbaycan üçün xüsusi
əhəmiyyətə də
malikdir. Çünki
neft sənayesinin inkişafında beçinci
mərhələni təşkil
edən bu dönəm "Yeni neft strategiyası"nın yaranması ilə səciyyələnir.
Məhz bu dövr respublikaya
150 illik tarixi yol qət edən
Azərbaycan neft sənayesinin XX əsrin sonralarında öz sərvətlərinə tam yiyələnmək
haqqı qazandırır.
Bu haqqı qazanmaq isə asan olmur...
Müstəqilliyin ilk illərində iqtisadi və sosial problemlərlə üz-üzə
qalan Azərbaycanı
neft və qaz hasilatının artımı xilas edə bilərdi. Ölkənin boş büdcəsi həmin dövrlərdə
xarici şirkətlərin
və investorların cəlbini strateji zərurət kimi ortaya qoyur. Amma Ermənistanın Azərbaycana
qarşı təcavüzü
ilə yanaşı, ölkədə baş verən hərc-mərcliklər
neft şirkətlərini
buradan çəkindirir,
aparılan danışıqlar
isə Azərbaycanın
iqtisadi maraqlarına uyğun olmadan səmərəsiz nəticələnir.
Nəhayət, 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı
ilə Azərbaycanın
siyasi və iqtisadi həyatında dəyişikliklərin başlanğıcı
qoyulur. Yenidən
start götürən neft
müqavilələri üzrə
danışıqlar Azərbaycanın
maraqlarına tamamilə
cavab verən şərtlərin qazanılması
ilə yekunlaşır.
Beləliklə, 1994-cü il
sentyabrın 20-də Bakıda
"Gülüstan" sarayında
Qərbin neft şirkətləri ilə
tarixə "Əsrin
müqaviləsi" kimi
düşən "Məhsulun
Pay Bölgüsü" sazişi
bağlanılır və
saziş Azəri-Çıraq-Günəşli
(dərin sulu hissəsi) yataqlarının
işlənməsi üzrə
dünyanın 7 ölkəsinin
11 məşhur neft şirkətini birləşdirir.
Ötən dövrdə
ümummilli lider Heydər Əliyevin bilavasitə iştirakı
ilə Bakıda, həmçinin dünyanın
ən böyük paytaxtları - Vaşinqton,
Moskva, London, Parisin möhtəşəm saraylarında
xarici ölkələrin
neft şirkətləri
ilə 21 neft sazişi imzalanır. Bu gün həmin
sazişlərin həyata
keçirilməsində dünyanın
14 ölkəsinin 30 neft
şirkəti iştirak
edir. Bu sazişlərdə
Azərbaycanın neft-qaz
sənayesinə təxminən
60 milyard ABŞ dolları
həcmində sərmayə
qoyulması nəzərdə
tutulub.
1999-cu il aprelin 17-si Azərbaycanın tarixində
daha bir əhəmiyyətli hadisə
ilə yadda qalır. Bakı-Supsa neft kəməri
və Gürcüstanın
Qara dəniz sahilindəki Supsa ixrac terminalının istismara verilməsi ilə "Çıraq"
yatağından hasil olunan neftin Supsa
limanından dünya bazarlarına ixracına başlanılır və
ilk dəfə olaraq Azərbaycan nefti qərbə üz tutur.
Artıq bu gün “Yeni neft strategiyası”na uyğun olaraq, hasil edilən ölkə nefti dünya bazarlarına iki marşrutla - Rusiyanın Qara dəniz sahilindəki
Novorossiysk və Gürcüstanın
Supsa limanı vasitəsilə nəql edilir.
ABŞ, Türkiyə,
Azərbaycan, Gürcüstan,
Qazaxıstan və Türkmənistanın prezidentləri
tərəfindən Bakı-Tbilisi-Ceyhan
(BTC) "Əsas İxrac
Neft Kəməri"nin
çəkilişi haqqında
dövlətlərarası müqaviləyə əsasən
isə Bakı-Tbilisi-Ceyhan
ixrac neft kəməri Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına
imkan verməklə yanaşı, "İpək
yolu"nun və türkdilli ölkələrin
əsas magistral kəməri funksiyasını
da üzərinə götürür.
Neft sənayesinin
25 mindən artıq pensiyaçısı var
Neft sənayesinin
bugünkü inkişafında
zəhməti olanlara gəlincə, 2001-ci ilin
16 avqust tarixindən etibarən 20 Sentyabr bu sahənin işçilərinə verilən
qiymət kimi Azərbaycan Neftçilərinin
peşə bayramı
günü kimi qeyd edilir. Bu
bayramı keçirmək
haqqı olanlar isə minlərlədir.
Təkcə bu gün Azərbaycanda neft-qaz sektorunda fəaliyyət göstərən xarici şirkətlərdə, firmalarda
təxminən 17 mindən
artıq Azərbaycan vətəndaşı da işləyir. Amma bu bayram sevincini
yaşayan təqaüdçülər
də az
deyil. Dövlət Sosial Müdafiə
Fondunun (DSMF) ictimaiyyətlə
əlaqələr sektorundan
verilən məlumata görə, neft sənayesində çalışmış
pensiyaçıların sayı
25 min nəfərə yaxındır.
Azərbaycan öz müstəqilliyini qazandıqdan
sonra neftçilərimizin
əməyinə gəlincə,
fonddan onların yüksək dövlət
qayğısı ilə
əhatə edildiyi bildirlir: ”Neftçilərə
göstərilən dövlət
qayğısının əyani
göstəricilərindən biri də onların
pensiya təminatı ilə bağlıdır və bu sahədən
pensiyaya çıxanlar
bir sıra imtiyazlara malikdirlər. Neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar
5 il tez
pensiyaya çıxmaq
hüququ qazanırlar.
Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləğinə
gəlidkdə isə
hazırda bu məbləğ 320 manat təşkil edir”. Fonddan o da bildilir ki,
bu gün Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə
qurulmuş yeni sığorta-pensiya sisteminin
ən fəal iştirakçısıdır. Belə ki, şirkət
həm fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına,
həm də məcburi dövlət sosial sığorta haqqının ödənişinə
görə ən böyük çəkiyə
malikdir: ”Bu ilin 8 ayı ərzində ARDNŞ tərəfindən
DSMF-yə neft sahəsində çalışan
sığortaolunanlar üzrə
ümumilikdə 67, 3 milyon
manat məcburi dövlət sosial sığorta haqqı ödənilib”.
Həqiqət İsabalayeva
Kaspi.- 2010.- 21 sentyabr.- S.9.