Separatçıların QHT-ləri nə işlə məşğuldur? 

 

ABŞ-ın ayırdığı yardımlar düşmənçilik siyasətinin aşılanmasına yönəldilir

 

Ötən yazımızda işğal altında olan Dağlıq Qarabağda əhalinin kəskin azalması, buna rəğmən QHT və kommersiya qurumlarının ucdantutma bağlanması haqda məlumat verdik. Beynəlxalq təşkilatlardan birinin hesabatında deyilir ki, Dağlıq Qarabağda QHT-lərin sayı çox azdır. "Bütün tədbirlərdə eyni şəxslər iştirak edir, beləcə, eyni simaları görürük. Bunların sayı isə 10-12 nəfərdən artıq deyil". Bu, ermənilərin Qarabağ nağıllarının sonudur. Yəni reallıq budur.

Əlahəzrət fakt göz qarşısındadır. Faktlar nə deyir? Elə özlərinin hesabatlarına diqqət yetirək: "Ermənilər konfliktdən əziyyət çəkmiş insanların acınacaqlı vəziyyətdə yaşadıqlarını durmadan qabardırlar. Onlar hesab edirlər ki, müharibədən əziyyət çəkmiş insanları sülh gətirəcək layihələrə daha çox cəlb etmək lazımdır. Hətta təklif olunur ki, Azərbaycan vətəndaşları, QHT-ləri ilə sülh, xalq diplomatiyasına şərait yarada biləcək sayt yaradılsın. Buna beynəlxalq donorlar da tapılar və Qarabağda fəaliyyət göstərən QHT-lər layihələrə cəlb olunarlar. Belə getsə vəziyyət daha acınaqcaqlı olacaq". (yenə həmin hesabatdan)

Dediklərimizi təsdiqləmək üçün vaxtilə Şuşada fəaliyyət göstərib, maliyyə çatışmazlığından işini dayandıran "Harmoniya" qadın təşkilatı haqda qısa məlumat vermək istərdik. Bu fakt ümumi vəziyyət haqda təsəvvür yaradar: "Harmoniya" 2004-cü ildə Şuşada təsis edilən qadın təşkilatıdır. Əvvəllər 30 nəfər üzvü olsa da, indi "bir sədr, bir təşkilat" rejimində işləyir. Şairlərin yaradıcılıq gecələrinin, təşkilata üzv olanlarla birgə bayram tədbirlərinin keçirilməsindən başqa nəyəsə qol qoymağa gücü qalmayıb. Maliyyə çatışmazlığı üzündən son iki ildə bir tədbir belə keçirə bilməyib. Təşkilatın keçmiş üzvləri hazırladıqları suvenirləri Şuşaya gələn qonaqlara satmaqla çörəkpulu qazanırlar. Təşkilat rəhbərinin Qarabağda yaşayan erməni qadınlarının durumu haqda dedikləri çox maraqlıdır: "Qarabağın erməni qadınlarının çoxu psixoloji sarsıntı içərisindədirlər. Onların psixi durumlarında problemlər yaranır və böyük əksəriyyəi psixi nasazlığa görə həkim nəzarətindədir. Buna səbəb "nə sülh, nə müharibə" vəziyyətinin davam etməsidir. Qadınlar hər an səmalarında Azərbaycan qırıcı təyyarlərinin uçacağından çox qorxurlar. Vəziyyət çox acınacaqlıdır. Həm iqtsiadi durum, həm ələbaxım yaşama və ən əsası, müharibə təhlükəsi qadınların həyatını puç edir".

Araşdırmalar nəticəsində ortaya çıxardığımız faktlar onu deyir ki, dözülməz şərait, normal yaşayış üçün minimal şərtlərin olmaması Qarabağın indiki real durumudur. Reallıq odur ki, işğal altında olan regionda layihə həyata keçirmək bir tərəfə, adi səsvermədə belə iştirak etməyə erməni tapmırlar. Bəli, buna əsaslanıb iddia edilə bilər ki, yardımlar da məhz bunun üçündür. Ermənilər acından qırılmasın deyə.

Əslində, bu, atılan addıma don geyindirməkdən başqa bir şey deyil. Gəlin erməni mənbələrinə əsaslanıb ötəri bir müqayisə aparaq. Beləliklə, Dağlıq Qarabağın gələn il üçün büdcəsi cəmi 150 milyon ABŞ dollar nəzərdə tutulub. Müqayisə üçün 5,5 min kv. kilometr ərazisi, 400 min nəfər əhalisi olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasının 2010-cu ilə büdcəsi 400 mln. ABŞ dollardır. Azərbaycan dövləti işğal altında olan 8 rayonunun ancaq dövlət təşkilatlarının saxlanılmasına gələn ilin büdcəsindən ümumilikdə 160 mln. ABŞ dolları pul ayıracaq. Bundan başqa, Azərbaycan Respublikasının Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin isə 2010-cu ilə büdcəsi 230 mln. ABŞ dollar civarındadır. Buraya ayrı-ayrı təşkilatların və insanların vaxtaşırı məcburi köçkünlərə edilən yüz milyonlarla yardımı daxil deyil.

Qarabağın bir il yaşaması üçün Ermənistan büdcəsindən xeyli vəsait ayrılır. Gələn il üçün bu məqsəd üçün 30 mlrd. dram (80 mln. ABŞ dolları) nəzərdə tutulub. Ən maraqlı məqam. Dağlıq Qarabağ özünün pul vahidini elan etsə də, ərazidə bütün bank və maliyyə əməliyyatları Ermənistan dramı vasitəsilə aparılır.

Bütün rəsmi internet saytları Ermənistan domenlərində yerləşir. Pul köçürmələri, beynəxalq telefon çıxışları da yalnız və yalnız Ermənistan vasitəsilə həyata keçirilir. Bu faktı yadda saxlayın, növbəti yazımızda toxunacağıq.

Hələliksə onu deyə bilərik ki, Qarabağa nəzarət edən hərbi rejim korrupsiya, totalitar idarəçilikdə də ad çıxarıb.

Deyilənləri təsdiqləyəcək fakt: Xankəndində fəaliyyət göstərən "Açıq Cəmiyyət" təşkilatının separatçı rejimin başbilənlərinin QHT-lərə qarşı münasibətdə bürokratiyaya, korrupsiyaya yol verdiklərini özündə əks etdirən sərt bəyanatla çıxış etdiyi xatirimizdədir. Onların qənaətinə görə, QHT-lərə çatacaq pulun hara və necə xərcləndiyindən heç kimin xəbəri olmur. "Şəffaf mexanizmlərin olmamasından qrantlar subyektiv siyasi yanaşma ilə paylanıb. Qrantlar "xeyirli" təşkilatlara verilib, xeyirsizlər isə ümidlərini xarici donorlara bağlayıblar" - bəyanatda belə deyilirdi. Bu da dediklərimizə daha bir sübut.

ABŞ Konqresinin ayırdığı vəsaitin QHT-lərə paylandığını iddia edən ABŞ tərəfinin dediklərinin yalnış olduğu təkzibolunmaz faktlarla sübuta yetirilir. Dediyimiz o idi ki, hərbi xuntanın nəzarəti altında olan ərazidə normal QHT inkişafından danışmaq nə qədər gülüncdürsə, ona maliyə yardımı ayırıb, həmin vəsaitin ünvanına çatacağını gözləmək bir o qədər sadəlövhlükdür.

Ən böyük sadəlövhlük isə erməniyə pul verib ondan sivil münasibət gözləmək, onu tolerantlığa, xəstə təxəyüllərdən uzaq durmağa səsləməkdir. Bu, mümkün olan iş deyil.

Bunu sübut etmək üçün uzağa getməyək. Verilən qrantlardan bəhrələnib yemək yedikləri qaba təpik vuranların atdığı bir addımı xatırlamaq kifayətdir. Hərçənd belə faktlar hədsiz çoxdur. Beləliklə, ötən il ayrılan qrnatlardan eninə-boyuna istifadə edən "Vətənin müdafiəçiləri", "Artsax Veteranlar İttifaqı", "Gənc politoloqlar klubu", "Alfa-Omeqa" təşkilatının Gənclər təşkilatı, Erməni gəncləri klubu, "Ayki serund" (Hayk nəsli) ABŞ Dövlət Departamentinin bir bəyanatına kəskin etirazlarını bildiriblər. Cari ilin mart ayında səslənən bu bəyanatla ermənilər Dövlət Departamentinin 2008-ci ildə Ermənistan və Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatına etiraz edirdilər. Nəyə? Özünüz oxuyun: "Dövlət Departamentinin" etnik erməni separatçıları Dağlıq Qarabağın böyük bir hissəsinə hələ də nəzarət edirlər" ifadəsini işlətməsi təəssüf hissi doğurur. Əslində, yerli əhali Azərbaycandan ayrı yaşamaqla öz müqəddəratını həll edib". Erməniləri qıcıqlandıran separatçı fəaliyyətlərinə həqiqi qiymət verilməsidir. Erməniləri qıcıqlandıran Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi göstərilməsidir. Ermənilər hətta məcburi köçkün sözünün işlənməsini belə narazılıqla qarşılayırlar. Məsələ də elə bundadır. ABŞ Konqresinin ötən il ayırdığı vəsaitdən yararlanıb Dövlət Departamentini hədəfə almaq ən azından ermənilikdir. İkincisi, məhz bizim dediyimiz də ondadır ki, ayrılan vəsait separatizm meyillərinin daha da güclənməsinə xidmət edir. Bu səbəbdən Azərbaycan tərəfi maliyyə yardımının ayrılmasına etiraz edir.

Ermənilər özlərini demokrat, insan haqlarının müdafiəçisi, sivil dünyanın adamı kimi kifayət qədər çox sifətlə təsvir edə bilərlər. Onların xaricdən aldıqları qrantlar da elə bu adla silinir. Əslində, məsələ göründüyü kimi deyil. Bir faktı diqqətinizə çatdıraq.

Ötən il qondarma qurumun "ordu" adlandırdıqları terrorçu qruplaşmalarının sırasından bir erməni əsgər "ehtiyata buraxıldı". Ağdərə rayonunun (ermənilər Mardakert adlandırırlar) Çaylı kəndinin sakini olan 1986-cı il təvəllüdlü Qaqik Mirzoyanın qondarma birləşmədən uzaqlaşdırılmasının əsl səbəbi gizlədildi. Guya Mirzoyan missioner protestant dini təriqətin üzvüdür (baptist) və onların dini hərbi and içməyi qadağan edib. Məsələ bu qədər sadə deyil. Məsələ bundadır ki, Mirzoyan qondarma hərbi birləşmələrinin, daha doğrusu, işğalçı ordunun əsgəri olmaqdan imtina edib. O, Azərbaycana qarşı vuruşmaq istəməyib. Bu, gün kimi aydındır ki, missioner dini təşkilatın üzvünə qarşı bu qədər haqsızlıq edilməz. Fikir verin: Mirzoyan iki il müddətinə azadlıqdan məhrum edilir. "Hərbi xidməti yerinə yetirməkdən imtina" madəsi ilə. "Vətəndaş Təşəbbüsləri Mərkəzi" bu prosesi sona qədər izləyib. Təşkilatın təkidli tələblərindən sonra o, bir ildən sonra həbsdən azad edilib.

Lakin yenidən orduda xidmət çəkmək təklif olunub. O, bir daha qanunsuz hərbi birləşmədə, işğalçı ordu sıralarında xidmət etməkdən imtina etdiyi üçün hərbi andı içməyib. Ermənilərin isə Mirzoyanı qondarma ittihamla özlərindən uzaq tutmaqdan başqa çarələri qalmayıb.

Qeyd etdiklərimiz nəyin göstəricisidir? Əvvəla, ermənilər Azərbaycana qarşı normal münasibət bəsləyən, ona qarşı yürüdülən işğalçı siyasətə qarşı çıxan, hərbi xuntanın zorakı qaydalarından kənara çıxmaq istəyən Azərbaycan vətəndaşlarını (oxu, Qarabağ ermənilərini) bütün vasitələrlə sıradan çıxarırlar. İkincisi, bu, ermənilərin insan haqları, dini və etnik azlıqlara hörmət haqda uydurmalarının bariz nümunəsidir. Erməni üçün tolerantlıq deyilən məhfum yoxdur. Onlar üçün erməni xəstəliyi və xəstələnmiş ermənilər var.

Ümumiyyətlə, nəzarətsiz bölgədə insan haqlarının kobud şəkildə pozulması, polis zorakılığı, totalitar qanunlarla idarəçilik Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş, hazırda nəzarətdən çıxmış ərazisində adi hala çevrilib. Diqqət yetirin: təkcə 2008-ci ildə insan haqlarının pozulması faktı ilə bağlı 267 hadisə qeydə alınıb. Bunlar arasında hərbi-polis rejiminin özbaşınalığı, rayon rəhbərlərinin dinc əhaliyə verdiyi əziyyət, qəzetlərə və QHT-lərə qarşı təzyiqlər, dini dözümsüzlük faktları daha çox üstünlük təşkil edib. Dinc əhalinin polisdə qanunsuz saxlama, işgəncə, təzyiq və təqib daha çox qeydə alınıb. Əgər normal vətəndaş cəmiyyəti institutları formalaşsaydı və ABŞ yardımları məhz bu cür haqsızlıqların qarşısının alınması üçün layihələrə yönəltməsəydi, buna dözmək bəlkə də mümkün olardı. Təəssüf ki, bu, istədiyimiz kimi deyil. Ayrılan maliyyə yardımları "Vətənin müdafiəçiləri", "Artsax Veteranlar İttifaqı", "Gənc politoloqlar klubu", "Alfa-Omeqa" təşkilatının Gənclər təşkilatı, Erməni gəncləri klubu, "Ayki serund" (Hayk nəsli) separatizmi, milli-dini ayrı-seçkiliyi dəstəkləyən qurumlara paylanır. Bu paylanmada isə Bako Saakyan özü şəxsən iştirak edir.

Mətbuat azadlığından çox danışırlar. Bu haqda söz düşəndə Qarabağ münaqişəsinin qızışdığı vaxtlarda baş verən bir hadisə yada düşür. Ermənilərin separatizm xəstəliyinə tutulduqları ilk dövrdə, yəni 1988-ci ilin 20 fevralında DQMV-nin Vilayət Şurasında Dağlıq Qarabağın Ermənistana birləşməsi haqda qərar qəbul edildi. Həmin məlumatın vilayətin bir nömrəli qəzeti olan "Sovetakan Karabax" (Sovet Qarabağı) qəzetində dərc olunmağı təklif olunur. Qəzetin baş redaktoru Eqiş Sarksyan bu məlumatı qəzet səhifəsində yerləşdirməkdən imtina edir. O, bunu ağılsız addım, millətlər arasında münaqişənin qızışdırılması kimi əsaslandırır. Ermənilər nə edirlər? Qəzet əməkdaşları və tipoqrafiyanın qoluzorluları redaktoru zirzəmiyə salıb, onu həmin zirzəmidə 3 gün ac-susuz saxlayıblar. Yəni erməni xəstəliyinə qarşı çıxanın aqibəti belə olur.

Mətbuata təzyiqlə bağlı fikirlərimizi davam etdirək. Yenə də erməni mənbələrinə istinadən. Erməni yurnalisti Qeqam Bağdasaryan bölgədə mətbuatın durumunu belə şərh edir: "Dağlıq Qarabağda dövlət qurulması adı ilə totalitar-hərbi rejim quruldu. Demokratiyanın nə olduğu bilməyən hərbi rəhbərlik yurnalistlərlə və mətbuatla işini qura bilmədi. Qarabağ mətbuatının qara günləri başladı. Qarabağ dövlət kimi atribut, bayraq, himn qazandı. Amma bununla belə, hərbi vəziyət, senzura, jurnalistlərin döyülməsi, öldürülməsi, azad sözün susdurulmasının nə olduğunu əyani gördük. Azərbaycan ordusu ilə təmas xəttinə hərbi rejimi tənqid edən jurnalistlər göndərildi. Onların çoxu snayper və yaxud arxadan vurulmaqla aradan götürüldülər. Qarabağ təcridxanalarında olmayan, uydurma ittihamlarala həbsdə yatmayan jurnalist çətin tapıla. Əziyyət çəkən jurnalistlər arasında "İnterfaks"ın indiki aparıcı mütəxəssisi Boris Gevokyan, Qarik Xaçatryan, Vaqram Ağacanyan kimi tanınmış jurnalistlər də var". Bağdasaryan daha sonra yazır: "İndiki rejimi demokratik adlandıranlar özlərini gülünc vəziyyətə qoyurlar. Fövqəladə vəziyyət rejimində yaşayan bir xalq necə demorkatik şəraitdə yaşaya bilər? Senzura ləğv olunsa da, KİV üzərində sərt nəzarət hələ də qalmaqdadır. Qukasyan bir diktator idi. O, mətbuata tam nəzarət edirdi. Rəqiblərini aradan çıxardır, həbs etdirir, tənqidi məqalə yazmaq istəyən (yazmaq istəyən-müəl.) jurnalisti hərbi xidmətə sürgün edirdi. Onun "müdafiə naziri" Babayanla münasibətləri çox gərgin idi. Babayanla bağlı hər hansı bir müsbət fikir qəzetin bağlanması ilə nəticələnirdi. "10-cu quberniya" qəzetinin baş redaktoru Ruzan İşanyan və Vaqram Ağacanyanın 4 il müddətə qondarma ittihamlarla həbsə atılmalarının əsas səbəbi elə siyasi çəkişmə idi".

Bu da mətbuatın durumu. 

 

 

Nəcəfov S.

 

Kaspi. -2010. – 8 yanvar. – S.4-6.