Durğu işarələri: harada
istifadə etməli?
Mətbuat dili Azərbaycan dilinin qrammatikasında publisistik üslubun ən geniş yayılmış formasına
aid edilir. Qrammatikanın üslubiyyat bölməsində
fərqləndirilən üslublarda
qələmə alınan
bütün əsərlərdə
ədəbi dilin normalarının gözlənilməsi
vacib şərtlərdən
biri hesab olunur. Lakin əfsuslar olsun
ki, ədəbi dilin bir sıra
ümumişlək və
zəruri qaydalar və normalar sistemi nəinki gündəlik yaşamımızda,
habelə hamı tərəfindən başa
düşüləcək şəkildə yazılmalı
olan mətbuatımızın
leksikonunda da "əzilir".
Sadəcə, leksik, morfoloyi, fonetik normalar deyil, elə punktuasiya normaları da kobud şəkildə
pozulur. Bəzən bir çox
tanınmış dilçilərin
bu mövzunu o qədər ciddi qrammatik məsələ hesab etməməsi və ya bundan
tamamilə yan qaçması halları ilə qarşılaşmaq
mümkündür. Sual
oluna bilər: lazım deyilsə, niyə istifadəyə ehtiyac var? Əslində
isə durğu işarələrindən istifadə
olunmasının bir sıra qrammatik və fizioloji səbəbləri var. Cümlədaxili
bölgünü müəyyənləşdirmək,
həmcins üzvləri,
əlavələri, vasitəsiz
nitqi, sitatı, yeni fikri, ara
sözləri, sintaqmları
ayırd etmək üçün durğu işarələrindən istifadə
olunur. Bu işarələr
sistemindən danışarkən
əksər əsl dilçilərdən bunları
eşitmək mümkündür:
"Necə deyərlər,
söz var kəsdirər başı,
söz var kəsər savaşı.
Durğu
işarələri də
sözlər qədər
əhəmiyyət kəsb
edir" Niyə?
Çünki yerində qoyulmayan
durğu işarəsi
fikri çaşdırdığı
və insanı eyni cümləni dönə-dönə oxumağa
məcbur etdiyi kimi, fikri yanlış
ifadə etməyə
də apara bilər. Sizə adi bir misal:
"Bağışlamaq, olmaz asmaq!" Cümlədə vergül xilas edir. "Bağışlamaq
olmaz, asmaq!" Bu cümlədə isə vergülün yerinə diqqət yetirsəniz, şərhə
ehtiyac olmaz.
Professor Ə.Dəmirçizadənin xatirələrində
Səməd Vurğunun
vergül üstündə
necə çıxılmaz
vəziyyətdə qalması
yazılır. Bu vəziyyət
aşağıdakı sətirlərdə
vergülün unudulması
ilə bağlı yaranıb.
Mən and içdim
rəhbərimin vicdanındakı,
Günəşdən də parlaq olan bir şeiriyyətə.
Burada şair rəhbərin vicdanındakı şeiriyyətdən
danışır, hansı
ki, günəşdən
də parlaqdır. Lakin bir
mətbu orqanda vergül unudulmuş və şairi sevməyənlər dərhal
bundan istifadə etmişlər.
Mən and içdim
rəhbərimin vicdanındakı
Günəşdən də parlaq olan bir şeiriyyətə.
Burada isə şairin fikri "rəhbərin vicdanındakı günəşdən
daha parlaq bir şeiriyyətə and
içilməsi" kimi
yozulmuşdur.
Cümlədə fonetik ritmik qrupun yaranmasında pauza - durğu xüsusi rol oynayır. Pauza şifahi nitqdə
xüsusi rol oynayır. Fasilə etmədən normal kommunikativ münasibət yarada bilməzlər.
Şifahi nitqdəki fasiləni,
həyəcanı, emosiyanı,
sualı yazıda durğu işarələri
əvəz edir.
Durğu
işarələri müxtəlif
dillərdə eyni cür olsa da,
vəzifələri və
işlənmə yerləri
müxtəlifdir. Müasir
Azərbaycan dilində
nöqtə (.), vergül
(,), nöqtəli vergül
(;), iki nöqtə
(:), sual (?), nida (!),
tire (-), üç nöqtə
(...), mötərizə [ (
)], dırnaqlar ( "") ən çox işlənən durğu
işarələridir. Yazıda əsas
məqsəd mətbuatda,
xüsusilə, korrektə
edilmədiyi hər halından bəlli olan yazılarda yerli-yersiz işlənən
durğu işarələrindən
xilas olmaq, unudulmuş və hamının xatırladığı
kimi istifadə etdiyi punktuasiya qaydalarını yada salmaqdır. Beləliklə, ilk durğu işarəsi haqqında.
1) Yazıda
ən çox işlənən durğu
işarəsi nöqtədir.
Hər hansı bir fikrin və ya məlumatın bitdiyini göstərərkən,
cümlənin sonunda nöqtə işarəsi
qoyulur. Nöqtədən sonra tam fasilə
edilir. Dünən Azərbaycanda bələdiyyə
seçkiləri keçirilib.
2) Adlıq
cümlələrin sonunda
nöqtə qoyulur ki, bu nümunələrə
də əksər hallarda köşə yazılarında rast gəlirik. 1990-cı il. 20 Yanvar.
20 il bundan
əvvəlki o gün.
3) Tabesizlik
bağlayıcıları müstəqil
cümlələri mürəkkəb
cümlənin tərkib
hissələri kimi birləşdirirsə, özündən
əvvəl nöqtə
qoyulur. Onlar seçkiləri rəsmən müşahidə
etməyiblər. Amma ümumilikdə
prosesin gedişini izləyiblər.
4) Tabelilik
bağlayıcıları müstəqil
cümlələri tam, bütöv
şəkildə bağlamırsa,
həmin bağlayıcılardan
əvvəl nöqtə
qoyulur. ATƏT-in
5) Adların
qısaldılmış yazılışında
və gizli saxlanılan adların yazılışında qısaldılmalardan
sonra nöqtə qoyulur.
6) Və
sair, və ilaxır sözləri qısaldılmış şəkildə
belə yazılır.
Və
s., və i.a.
Nöqtənin işlənməsində rast
gəlinən müxtəlif
formalar vardır ki, onların da nitqdə işlənmə yeri və orfoqrafik funksiyası vardır. Sadalanan
sözlərdən əvvəl
ümumiləşdirici söz
gələrsə, ümumiləşdirici
sözdən sonra iki nöqtə ( : ) qoyulur. O bir sıra islahatlar:
pul, torpaq, vergi və s. islahatlar aparılması haqqında göstəriş
vermişdir.
Özündən əvvəlki cümləyə
intonasiya ilə bağlanıb, onu izah edən cümlələrdən və
cümlə üzvlərindən
əvvəl iki nöqtə qoyulur. Camaat arasında belə bir inam var:
"Dost üzünə açılan
süfrə həmişə
bərəkətli olar"
(S.Rəhimov). Asanlıqla dil tapdılar: baxışla, təbəssümlə, nəfəslə.
Üç nöqtə isə fikrin bitmədiyini bildirmək məqsədilə
işlədilir.
Sitat daxilində göstərilən
hissəyə qədər
olan hissə verilmirsə, özündən
əvvəl, özündən
sonrakı hissə buraxılırsa, sonra üç nöqtə qoyulur. Nəriman Nərimanov
yazır: "Bu zamanda
mədəniyyətli millətlər
çalışırlar ki,
dillərini və yazılarını asana çıxartsınlar..."
O cümlədən,
yüksək hiss-həyəcanla
deyilən nəqli cümlələrdən sonra
üç nöqtə
qoyulur (əksərən,
subyektiv və köşə yazılarında).
Bu da axtarışın nəticəsi...
Bir sıra həmcins üzvlər
sadalanarkən, lakin sonda və sair, və ilaxır işlədilmədikdə
son sözdən sonra üç nöqtə qoyulur. İndi qələmin
gücü daha da artıb, onun əlində maşınlar,
radiolar, kinolar, işıqlar, rənglər, binalar...
Elcan
Kaspi. -2010. – 8 yanvar. – S.9.