"Leyli Məcnun" operası bir yaş da artdı 

 

Yanvarın 12-si dahi Üzeyir Hacıbəylinin "Leyli Məcnun" operasının ilk dəfə nümayiş etdirildiyi gündür. Bununla əlaqədar olaraq yanvarın 9-da Akademik Opera Balet Teatrında "Leyli Məcnun" operasının tamaşası təqdim ediləcək. Məcnun rolunun ifaçısı, Xalq artisti Mənsum İbrahimovun məlumatına görə, o, tamaşanı tərəf-müqabillərindən biri olan Nəzakət Teymurova ilə birlikdə oynayacaq.

"Məlum olduğu kimi, Üzeyir Hacıbəylinin 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün Şərqdə opera sənətinin əsası qoyuldu. Operanın yaranma tarixi növbəti ildönümü ilə əlaqədar ayın 9-da Məcnun olaraq nöbvəti dəfə səhnəyə çıxacam. Bu mənim 2010-cu ildə ilk tamaşam olacaq".

Mənsum İbrahimov yeni yaradıcılıq planlarından da söhbət açıb. Xanəndə ötən ildən yarımçıq qalan diskini yaxın vaxtlarda tamamlamaq fikrindədir. Xalq mahnıları, təsnif muğamlardan ibarət olacaq albom bir aya dinləyicilərin ixtiyarına veriləcək. Klip çəkdirməyə gəlincə isə sənətçi bunun yalnız maddi problemlərlə əlaqəli olmadığını qeyd edib: "Mənim video yazılarım mütəmadi olaraq müxtəlif kanallarda nümayiş etdirilir. Bu məni qane edir. Ona görə hələ ki klip çəkdirmək zərurəti görmürəm. vaxtsa ehtiyac duysam, yəqin ki, klip çəkdirəcəm".

Mənsum İbrahimov bu ayın sonunda Misirə səfərinin gözlənildiyini vurğulayıb. Qahirə İsgəndəriyyədə baş tutacaq konsertlərdə xanəndəni həmişə olduğu kimi Elçin Həşimov Elnur Əhmədov müşayiət edəcək. 

 

 

Sevda

 

Kaspi. -2010. – 8 yanvar. – S.15.