Sənan Eynullayevin Ankarada sərgisi
açılıb
Ankaradakı "Nurol" Sənət Qalereyasında azərbaycanlı
rəssam Sənan Eynullayevin fərdi sərgisi açılıb. Sərgidə sənətkarın son dövrlərdə
yağlı boya ilə işlədiyi tablolar nümayiş etdirilir.
Məlumat üçün bildirək
ki, bu, rəssamın
Türkiyədə ilk yaradıcılıq
sərgisi hesab olunmur. Ötən il onun İstanbulun
Polis Təhsil və toplantı Mərkəzində
mumdan hazırlanan heykəlləri nümayiş
etdirilib. Sentyabrın əvvəlində isə Bodrumda fərdi sərgisi keçirilib.
Qeyd edək
ki, 1956-cı ildə Bakıda anadan olan Sənan Eynullayev Əzim Əzimzadə adına
Rəssamlıq məktəbini
və İncəsənət
İnstitutunu bitirib.
Sevda
Kaspi. -2010. – 12 yanvar. – S.15