"Sözün bitdiyi
zaman"
Dağlıq Qarabağ münaqişəsindən bəhs
edən yeni sənədli filmin təqdimatı keçirilib
Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı yeni - "Sözün
bitdiyi zaman" adlı sənədli filmin təqdimatı
keçirilib. Filmin ideya müəllifi Emil Hüseynli,
quruluşçu rejissoru Nazim
Şərbətovdur. Film ingilis və rus dillərində
yayımlanacaq.
Təqdimat mərasimində
çıxış edən "Trend" Xəbərlər
Şirkətinin baş direktoru İlqar Hüseynov bildirib ki,
film ermənilərin uzun illər azərbaycanlılara
qarşı törətdiyi soyqırımından bəhs
edir. Onun fikrincə, "Sözün bitdiyi zaman" adlı sənədli
film ölkənin ümumi qələbəsinə
hesablanıb. Baş direktorun sözlərinə görə,
erməni vəhşiliklərindən bəhs edən belə
filmlərin və kitabların sayının çox olması
informasiya müharibəsində qalib gəlməyimizə
kömək edəcək: "Bu filmin hazırlanmasında
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun rolunu da
xüsusi qeyd etmək lazımdır. Düşünürəm
ki, ermənilərin törətdikləri cinayətlərdən
bəhs edən uğurlu bir film alınıb. Bu
münasibətlə filmin bütün yaradıcı heyətini
təbrik edirəm".
Filmin ideya müəllifi və layihənin
koordinatoru Emil Hüseynli bildirib ki, "Sözün bitdiyi
zaman" adlı sənədli filmdə Dağlıq
Qarabağ münaqişəsinin reallıqları əks
olunub. Onun sözlərinə görə, filmdə ilk növbədə
ermənilərin uzun illər boyu azərbaycanlılara
qarşı törətdiyi soyqırımı siyasətinin
tarixi xronologiyası təqdim olunub. Eyni zamanda, erməni
vandalizminin son mərhələsi olan Dağlıq
Qarabağın işğalı zamanı törədilən
vəhşiliklər barədə məlumat verilib, erməni vəhşilklərinin
şahidləri danışdırılıb.
Müəllif deyib ki, ermənilərin
sülh və insanlığa qarşı törətdiyi cinayətlərin
xarici ölkələrin telekanallarında nümayiş
etdirilməsi üçün film rus və ingilis dillərində
də hazırlanıb. "Filmin məqsədi ermənilər
tərəfindən xalqımıza qarşı aparılan
soyqırımı siyasətini və Azərbaycanın haqq səsini
dünya ictimaiyyətinin diqqətinə
çatdırmaqdır" - E.Hüseynli vurğulayıb.
Millət vəkili Qənirə
Paşayeva isə deyib ki, Qarabağla bağlı
hazırlanan, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən
işğalı, ermənilərin xalqımıza
qarşı törətdiyi vandalizm, soyqırımıyla
bağlı çəkilən filmlərin sayının
artması hamımızı razı salır. "Bu istiqamətdə
atılan hər bir addım çox müsbət qiymətləndirilən
addımdır" - deyə millət vəkili bildirib. O əlavə
edib ki, bugünkü və gələcək nəsillərimiz
üçün belə filmlərin sayı
çoxalmalıdır: "Son iki əsr boyunca baş verən
hadisələri reallığı ilə gənclərimizə
çatdırmalıyıq ki, öz tarixlərini dərindən
bilsinlər. Dünyada filmin göstərdiyi təsirin əvəzini
heç nə verə bilmir. Xaricdəki təbliğat
üçün bu film çox gözəl bir işdir. İstərdim
ki, bu film diaspor təşkilatlarına göndərilsin. Bu
filmdə həm xarici jurnalistlərin
dedikləri, həm faktlarla insanların başına gətirilən
faciələr göstərilib".
Prezident yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli
də ortaya qoyulmuş işdən
razılığını ifadə edib: "Film çox
yığcamdır və tarixi faktlara söykənir. Filmdə
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən
işğalı və erməni vandalizmi faktlarla əks
etdirilir. Tək Qarabağ deyil, əsrlər boyu Ermənistanın
Azərbaycana qarşı təcavüzünü və Ermənistandan
azərbaycanlıların çıxarılmasını əks
etdirir". V.Səfərli mətbuatı Qarabağ
mövzusuna daha çox müraciət etməyə
çağırıb: "Biz jurnalistləri dəvət edirik ki, bu sahəyə daha
çox diqqət yetirsinlər. Bu bizim vətəndaşlıq
borcumuzdur. Bugünkü Ermənistanla aparılan informasiya
müharibəsindən qalib çıxmaq məhz mətbuat
işçilərindən asılıdır".
V.Səfərli onu da deyib ki, fond builki layihələrdə elektron kütləvi informasiya vasitələrinə də üstünlük verməyə çalışacaq: "Həmçinin jurnalistlərin müsabiqələrində də bu sahəyə yer verəcəyik. Hər bir jurnalist istənilən yazısı ilə müsabiqələrdə iştirak edə biləcək. Müsabiqələr həm jurnalistlərin intellekt səviyyəsinin yüksəlməsinə, həm də onların sosial müdafiəsinin yaxşılaşmasına gətirib çıxarır. Novruz bayramında jurnalistlər üçün növbəti müsabiqə elan ediləcək. Yaxın günlərdə layihələr üzrə müsabiqənin istiqamətləri müəyyən olunub elan ediləcək".
Mətbuat
Şurasının sədri Əflatun Amaşov isə deyib ki,
erməni vandalizmi və Dağlıq Qarabağa dair çəkilən
film kifayət qədər faktları özündə birləşdirir.
Onun fikrincə, hər bir vətəndaş Dağlıq
Qarabağ problemini beynəlxalq aləmə çatdırmaq
üçün fəaliyyətini gücləndirməlidir.
"Hər bir problemi - bulağın
dağıdılması, məscidin dağıdılması,
uşağın barmağının kəsilməsi,
ananın öldürülməsini ümumbəşəri
faciəyə çevirməliyik. Bu istiqamətdə müəyyən
addımlar atmalıyıq, bizim işimiz haqq işidir və
bu haqq işini dünyaya çatdırmalıyıq" - deyə
Ə.Amaşov əlavə edib.
Fuad
Kaspi. -2010. -13 yanvar. – S.4.