Türkiyənin Baş naziri: "Azərbaycan torpaqlarının işğaldan
azad olunması bizim üçün həyati əhəmiyyət
daşıyır"
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyaya rəsmi səfəri çərçivəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri ilə görüşündəki çıxışında Cənubi Qafqazda davamlı və möhkəm sülhün təmin olunmasının Ankara üçün vacib olduğunu, Cənubi Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması təşəbbüsünün davam etdiyini bildirmişdir.
Ermənistanla münasibətlərin normallaşması istiqamətində
addımlar atıldığını
və protokollar imzalandığını diqqətə
çatdıran Rəcəb
Tayyib Ərdoğan demişdir ki, Azərbaycan topaqlarının
işğaldan azad olunması və Azərbaycan ilə Ermənistan arasında münaqişənin həlli
də bizim üçün həyati
əhəmiyyət
daşıyır. Bu məsələdə ATƏT-in
Minsk qrupunun üzərinə böyük
məsuliyyət düşür.
Artıq 20 ildir danışıqlar davam edir və problem
hələ də həllini tapmamışdır.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.- 2010.-14 yanvar.-
S. 1.