Azərbaycanda ən qədim kitab Prezident Kitabxanasındadır
Dövlət reyestrinə 3566 adda
kitab abidəsi daxil edilib
Prezidentin 2007-ci il
11 aprel tarixli "Daşınar əmlakın
rəsmi reyestrləri,
onların tərtib edilməsi və aparılması Qaydaları"nın
təsdiq edilməsi barədə fərmanından
sonra Mədəniyyət
və Turizm Nazirliyində respublikada mövcud olan unikal və nadir nüsxəli kitabların,
xüsusi əhəmiyyətli
nəşrlərin, əlyazmaların
və s.-in aşkar edilməsi işinə başlanıb.
Bununla əlaqədar
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən ölkəmizdə
milli-mədəni irsin
mühafizəsi və
gələcək nəsillərə
çatdırılması sahəsində dövlət
siyasətinin müəyyən
etdiyi qanunvericilik aktları və digər qanun və sərəncamlara müvafiq olaraq "Kitab abidələri haqqında" Əsasnamə
hazırlanıb. Bugünədək
olan məlumata əsasən, nazirlik tərəfindən 3566 adda
müxtəlif formada kitab abidəsi dövlət reyestrinə daxil edilib. Onlardan
1320 adda kitab abidəsi Mədəniyyət
və Turizm Nazirliyinin sistemində,
2002 adda kitab abidəsi digər nazirlik, idarə və təşkilatların
kitabxanalarında və
muzeylərində, 244 adda
kitab abidəsi isə şəxsi kolleksiyalarda olan nüsxələrdir.
Nazirliyə təqdim
olunmuş məlumatlara
əsasən, Prezident
Kitabxanasında 1088 adda,
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında 577 adda,
BDU-nun Elmi Kitabxanasında
287 adda, Milli Arxiv İdarəsində
69 adda, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 143 adda,
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda 14 adda, Azərbaycan Texniki Universitetinin kitabxanasında
48 adda, Azərbaycan Pedaqoji Universitetinin kitabxanasında 190 adda, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
kitabxanasında 36 adda,
Azərbaycan Dillər
Universitetinin kitabxanasında
8 adda, Səhiyyə Nazirliyinin Respublika Elmi Tibb Kitabxanasında
39 adda, Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Respublika Elmi Texniki Kitabxanasında
30 adda, Kənd Təsərrüfatı Nazirliyinin
Respublika Elmi Kənd Təsərrüfatı
kitabxanasında 50 adda,
C.Cabbarlı adına Dövlət Teatr Muzeyində 79 adda, L.Kərimov adına Azərbaycan xalçası
və xalq Tətbiqi sənəti Dövlət Muzeyində
39 adda, Musiqi Mədəniyyəti Dövlət
Muzeyində 4 adda, Bakı şəhər Mədəniyyət və
Turizm İdarəsinin
tabeçiliyində olan
kitabxanalarda 14 adda kitab abidələri müəyyən edilərək
qeydə alınıb.
Azərbaycan Respublikasında
ən qədim kitab abidələri olaraq Prezident Kitabxanasında 1591-ci ildə
italyan dilində çap olunmuş Appresso Erasmo, Viotto Parma "Historia di Parma", M.F.Axundov adına Milli Kitabxanasının Nadir kitablar
fondunda saxlanılan
1595-ci ildə Almaniyanın
Yena şəhərində
alman dilində çap olunan "Türklər haqqında
on nəsihət" kitabları
qeydə alınıb.
Reyestrin tərtibi
zamanı şəhər
(rayon) kitabxanalarında və
tarix-diyarşünaslıq muzeylərində çoxlu
sayda kitab abidəsi aşkar edilib.
Nazirliyin mətbuat
xidmətindən qəzetimizə
daxil olan məlumatda bildirilir ki, Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılan kitab abidələrini aşkar etmək üçün yerli qəzet, radio və televiziya vasitəsi ilə əhaliyə müraciət
edilməsi barədə
şəhər (rayon) mədəniyyət
və turizm idarələrinin (şöbələrinin)
rəhbərlərinə tapşırıqlar
verilib. Belə ki, reyestrdə şəxsi kolleksiyalarda saxlanılan 244 kitab abidəsi aşkar edilib.
Təranə
Kaspi. -2010. – 20-21 yanvar. – S.8.