Həmyerlimizin Türkiyədə
sərgisi açılıb
Bu həftə İstanbuldakı
"Böyük Klub"da
açılan xeyriyyə
sərgisində azərbaycanlı
rəssam Sadıq Babayev və tələbələrinin əsərləri
nümayiş etdirilir. Sərgidən əldə ediləcək
gəlir türk əsgərlərinə yardım
fondu olan Mehmetçik Vəqfinə
bağışlanacaq.
Qeyd edək ki, sərginin
açılış mərasimində
nümayiş etdirilən
yağlı boya tablolarının hamısı
satılıb. Sadıq Babayev xeyriyyə
sərgisinə 2 tablosunu
hədiyyə verib.
Sərginin açılış
mərasimində rəssam
bunları qeyd edib: "Türkiyədə
bu cür sərgilərin keçirilməsi
ənənəvi hal alıb. Bu tədbirlər
cəmiyyətdəki həmrəylik
hisslərini dərinləşdirir
və ölkənin təhlükəsizliyinə cavabdeh
olan orduya yaxşı əhval-ruhiyyə
aşılayır. Bundan sonra
hər il bir neçə bu səpkili xeyriyyə sərgiləri
açmağı düşünürük".
Xatırladaq ki, Sadıq Babayev Əzim Əzimzadə adına Bakı rəssamlıq məktəbini və Muxina adına Sankt-Peterburq İncəsənət
Akademiyasını bitirib. 1996-cı ildən
bəri Türkiyədə
yaşayan rəssam 10
il əvvəl
özünün sənət
emalatxanasını yaradıb.
Sevda
Kaspi. -2010. – 22 yanvar . – S.15.