Gənc Tamaşaçılar
Teatrı qastrol səfərində
Gənc Tamaşaçılar Teatrının
20 nəfərlik yaradıcı
və texniki heyəti ölkə prezidentinin sərəncamı
ilə təsdiq olunmuş "Regionların
sosial-iqtisadi inkişafına
dair" Dövlət
Proqramı çərçivəsində
rayonlara qastrola çıxıb.
Qazax, Şəmkir, Gədəbəy
rayonları əhalisinin
asudə vaxtının
səmərəli keçirilməsi,
gənclərin və
məktəblilərin mənəvi
estetik tərbiyəsinin
formalaşdırılması, habelə teatrın maraqlı tamaşalarını
bölgələrdə yaşayan
tamaşaçılara təqdim
etmək məqsədilə
keçirilən səfərdə
kollektiv Nicat Kazımovun quruluşçu
rejissoru olduğu Nizami Gəncəvinin
"Xeyir və Şər" tamaşası
ilə çıxış
edir. Teatrın mətbuat xidmətindən
qəzetimizə verilən
məlumata görə,
qastrol Regionların İnkişafı İctimai
Birliyi və Gənc Tamaşaçılar
Teatrının birgə
layihəsi əsasında
gerçəkləşib.
Rollarda teatrın
aktyorları Asya Atakişiyeva, Vüsal Mehrəliyev, Günel Məmmədova, Elnur Kərimov, Elşən Şıxəliyev, Mehriban
Hüseynova və b. çıxış edirlər.
Təranə
Kaspi. -2010. – 30 yanvar. – S.15.