İndi ruhsal musiqiyə meyil daha çoxdur 

 

Savalanmusiqi qrupunun rəhbəri Novruz Novruzlu:

«Əsasən bizim musiqilərimizdə daha çox Vətən sevgisi yer alır»

 

İndi dünya çapına inteqrasiyada Azərbaycan bir çox sahə ilə yanaşı, öz zəngin mədəniyyəti ilə özünü sınayır. Musiqinin isə Azərbaycan mədəniyyətində özünəməxsus yeri var. Amma təəssüf ki, dünya miqyasına çıxacaq musiqiçilərimiz barmaqla sayılır. Belə nadir musiqiçilərimizdən bir neçəsi Savalanqrupunda cəmləşib.

 

 Qrup 2002-ci ildə Bakıda yaranıb. Qrupun üzvləri Novruz Novruzlu (xanəndə dəf, eyni zamanda qrupun rəhbəri), Həlimət Sultan (səs bədii qiraət), Fəxrəddin Salim (Baxşəliyev) (saz ud), Cavad İsmayıl (ney) İffət Əsgərovdur (kamança). Repertuarları əsasən ilahilər, türkülər bədii-musiqili kompozisiyalardan ibarətdir. Elə onlara diqqət yönəldən bu qeyri-adi repertuarlarıdır. AZADİNFORM-un suallarını qrupun rəhbəri Novruz Novruzlu cavablandırıb.

 

Bizi daha çox Avropada yaşayan türklər dinləyirlər

 

- Novruz müəllim, bu yaxınlarda qrupunuz Hollandiyadan qayıdıb. Təəssüratlarınız necədir?

- Ötən ayın axırı bir həftəyə yaxın biz Hollandiyada səfərdə olduq. Biz oraAzərbaycan TürkCəmiyyətinin sədri İlham Aşın dəvəti ilə getsək , konsert bütün türk dünyasına həsr olunmuşdu. Tamaşaçılarımız arasında bütün türk xalqlarından nümayəndələr vardı. Məhz oradakı insanların marağı bizi vadar etdi ki, biz hər gün günorta saat 14:00-dan axşam 21:00-a qədər konsert verdik. Mən hətta deyə bilərəm ki, bizi Azərbaycandan daha çox Avropada yaşayan türklər tanıyır dinləyirlər.

- Amma fəaliyyətiniz izlədikdə Azərbaycançılıq missiyası aydın hiss olunur...

- Bilirsiniz, “Savalanqrupunun yaranmasına əsas təkanı 1990-cı illərdəki 20 Yanvar hadisəsi verib. O zamanlar mən vokalda oxuyurdum, festivallarda İtaliya repertuarına müraciət edirdim. Əslində, heç qrup yaratmaq niyyətində deyildik. Sadəcə, həvəs üçün, özümüz üçün bir yerə yığışırdıq. Ancaq sonradan niyyət xoş olduğu üçün belə bir qrup yaransın deyə razılığa gəldik. O zaman 20 Yanvar hadisəsi bizi sanki soy kökə qayıtmağa sövq etdi. Fəaliyyətimiz genişləndi. “Savalan”ın ən maraqlı işlərindən biri "Yuğ" teatrının kollektivi baş rejissoru Vaqif İbrahimoğlu ilə birlikdə hazırladığı teatr tamaşaları oldu. Bunlardan biri Qalib Məmmədov Fəxrəddin Salimin yaradıcılığından ibarət hazırlanmışÜz tuturam Tanrıya ikincisi, böyük Yunus Əmrə dünyasını əhatə edənOlsunmeditasion-ruhanidir. Qrup dəfələrlə Türkiyənin TRT, TGRT, STV İraqda yayımlanan Kərkük TV-, həmçinin Az.TV, Space, ANS, Lider, İTV kanallarının verilişlərində tamaşaçılarda böyük rəğbət doğuran maraqlı çıxışlar edib. Azərbaycan Dövlət televiziyası tərəfindən çəkilmişSeyid Nigari”, “Yunus Əmrə”, “Nəimi”, “Təbrizteleviziya filmlərində musiqi parçaları ifaçısı olub. Qrup 2009-cu ilGunAz” TV-nin təklifi ilə iyulun 7-dən 15-nə kimi ABS-in Cikago səhərinə dəvət olunub. “GunAz” TV-nin 4 illik yubileyi ilə əlaqədar olaraq qrup bir necə konsertlə çıxış edib. HəmçininDədə-Qorqud”a həsr olunmuş tədbirlərdə qrupumuzun 30 sentyabr 2009-cu ildə Slavyan Universitetində 2 oktyabr 2009-cu il tarixindəKapellhaus”da Almaniyadan gəlmiş musiqi qrupu ilə birlikdə konsert çıxışları olub. Bu qəbildən olan tədbirləri çox sadalamaq olar. Çünki musiqimizdə insan ruhu, insan faktoru bizim üçün öndə gedir. Əsasən bizim musiqilərimizdə daha çox Vətən sevgisi yer alır. Təbii ki, aralarında məhəbbət lirikası da var.

 

Bizdə bizim musiqiyə xas şou aləmi yoxdur

 

- Bu gün Azərbaycan musiqisinin dünyaya inteqrasiyası sizi qane edirmi ?

- Mən hesab edirəm ki, bizdə hələ musiqi dünyası, ümumiyyətlə, şou aləmi düzgün qurulmayıb. Biz özümüz müəyyən müddətYuğteatrında işləmişik. Orada İrfan məclislərində xeyli əməyimiz keçib, Yunis İmrənin lirikasından ibarət saat yarımlıqMəclis olurdu. Əsas məqsədimiz o idi ki, bizə tamaşa etməyə gələn insan bütün ruhu ilə bizi anlasın. Bununla bağlı bir hadisəni sizə danışım. Teatra bir dəfə Gürcüstandan bir rejissor gəlib bizə qulaq asdı sonra onun qəzetdə bir yazısı çıxdı. Məlum oldu ki, bu musiqidə güclü pul var. Ancaq gəlin etiraf edək ki, biz o cəhətdən çox zəifik. Məsələn, Alim Qasımov o səviyyəyə öz gücü ilə gəlib çıxdı. Onun səsi dünyada barmaqla sayılan səslərdəndir. Biz 2006-cı ildə Pakistanda Sufi festivala dəvət aldıq. Bura elə güclü qruplar dəvət olunur deyə, həyəcan keçirirdim. İndi xarici ölkələrdə bizdən fərqli olaraq ruhsal musiqiyə meyil daha çoxdur. Ona görə digər xarici ölkələrdə olduğu kimi Pakistanda da bizə böyük maraq vardı.

- Hiss olunur ki, özünüzü ölkə daxilindəki mövcud şou aləmdən kənarda sayırsınız. Bəs fəaliyyətinizdə maddi məsələləri necə nizamlayırsınız? Axı bu qədər səfərlər üçün müəyyən vəsait lazımdır.

- Açığı, istəməzdik özümüzü şou aləmindən kənar sayaq. Sadəcə, bizdə indi həqiqi, bizim musiqiyə xas şou aləmi yoxdur. Yəni bu dünya ciddi, ədəbi mühitə uyğun qurulmayıb. Bu mühitdə olsaydı, əlbəttə, biz özümüzü orada görərdik. Məsələn, Türkiyədə Orxan Gəncəbay, İbrahim Tatlısəs b. Bu kimi ictimaiyyətdəçəki”si olan insanlar şou aləmdə fəaliyyət göstərirlər. Deməli, orada bu aləm həmin şəxsiyyətlərin çəkisinə uyğun qurulub. Amma bizdə yox, hələ ki, şou aləm oxuyanların bir-birini qırması, birinin digərinin arxasınca danışması s. ilə keçinir. Hərdən bizi televiziyaya dəvət edəndə görürsən ki, bizə məişət sualları verirlər. Bizə verilən bu sualları heç vaxt xoşlamırıq. Çünki bizim missiyamıza uyğun deyil, burdan ora düşmək olmur. O ki qaldı səfərlərimizin xərcinə, adətən bizi dəvət edənlər bunu öz üzərilərinə götürürlər. Bayaq dediyim kimi, bizi xarici ölkələrdə daha çox həvəslə dinləyirlər, orada dəyər verirlər. Məsələn, Türkiyədə olan zaman adətən bütün televiziya kanalları özləri bizi həvəslə axtarırlar. Amma Azərbaycanla bağlı bunu deyə bilmirəm. Xüsusən türk coğrafiyasında bizə maraq daha çoxdur. Bu, musiqimizdəki sözlərin dəyərində irəli gəlir. Çünki biz həmişə müraciət etmişik Mövlanəyə, Yunis Əmrəyə, Aşıq Veysələ, Füzuliyə, Nəsimiyə.

- Hazırda hansı mahnılar üzərində işləyirsiniz, yeni səfərləriniz gözlənilir?

- Əsasən vətənpərvər mövzular üzərində işləyirik. Məsələn, bu yaxınlarda Milli Qəhrəman Koroğlu Rəhimov haqqında çəkilən filmdə biz vətənpərvər mövzuda 3 mahnı ifa etdik. Bundan başqa, indi hazırladığımız nömrələr arasında türkmən, qırğız, özbək b. qardaş xalqlara məxsus mahnılar da var. Həmçinin aprelin 12-də bizim Türkiyəyə səfərimiz olacaq. Biz orada Mərmərə Qrupu Vakfının XIV Qurultayında çıxış edəcəyik. Bu, orada dövlət səviyyəsində təşkil olunmuş mötəbər bir tədbirdir aprelin 15-ə kimi davam edəcək. Çox sağ olsun dövlətimiz ki, bizim Azərbaycan tərəfdən orada iştirak etməyimizə dəstək verir. Dəvət Türkiyə tərəfdən olsa da, səfərin baş tutması üçün dəstəyi bizə Azərbaycan dövləti verir. Bunun üçün mən dövlətimizə bizə dəstək verən rəsmilərə çox təşəkkür edirəm. Çünki dövlətimizin bizə verdiyi belə dəstək bizim gələcək fəaliyyətimizdə böyük stimul olacaq.       

 

 

Mübariz Aslanov 

 

Kaspi .- 2011.- 8 aprel.- S.12.