“Statoil”
şirkətində Azərbaycan
Günü
Şirkətin Oslodakı baş ofisində Azərbaycana həsr
edilmiş tədbir keçirilib
Norveçin “Statoil” şirkətinin
Oslodakı baş ofisində
Azərbaycana həsr edilmiş
tədbir keçirilib.
Tədbirdə ARDNŞ-nin kadr,
rejim və informasiya texnologiyaları üzrə
vitse-prezidenti Xalik Məmmədov və ARDNŞ-nin
Muzey işinin təşkili
şöbəsinin rəisi İlqar Əliyev iştirak ediblər.
Stokholmdakı
Nobellər ailəsi cəmiyyətinin sədri Tomas Tiden də
tədbirə qatılmışdır. Tədbiri giriş sözü ilə açan “Statoil” şirkətinin Avropa və Asiya ölkələri
üzrə inkişaf və
hasilat bölməsinin baş
vitse-prezidenti Torgeir Kudland tədbirin məzmunu barədə məlumat vermişdir. O bildirmişdir
ki, tədbirin proqramına iki il ərzində
dünyanın bir çox
ölkələrində dəfələrlə
müvəffəqiyyətlə nümayiş
etdirilmiş “Nobellər
və Bakı nefti” bədii, rəqəmsal
və foto-sənədli sərgisi daxil edilmişdir. Qeyd edilmişdir ki, sərgi “Statoil”un mədəniyyət
layihələri sırasında xüsusi yer tutur. Birinci dəfə 2009-cu ildə göstərilən
sərgi “Əsrin müqaviləsi”nin imzalanmasının
15, “Branobel” səhmdar
cəmiyyətinin yaradılmasının
isə 130 illik yubileylərinə
həsr olunmuşdur. Bu, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Statoil Hydro” və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlığı çərçivəsində
hazırlanmış ilk layihədir. Azərbaycanda neft sənayesinin tarixinə həmişə
böyük ehtiramla yanaşıldığını deyən ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə
vitse-prezidenti Xalik Məmmədov bildirmişdir
ki, ‘‘Nobellər və Bakı nefti’’ sərgisi bu hörmətin daha bir təzahürüdür. O, Azərbaycan
neft sənayesi tarixində milli sahibkarlarla bərabər xarici sərmayədarların
xüsusi rol oynadığını vurğulayaraq
tədbir iştirakçılarına Azərbaycan neftinin tarixi ilə bağlı məlumat vermişdir.
X.Məmmədov 1994-cü ildə xalqımızın ümummilli
lideri Heydər Əliyevin
əsasını qoyduğu yeni neft
strategiyasının gerçəkləşməsi nəticəsində
ötən 17 ildə ölkəmizdə regional
əhəmiyyət kəsb
edən bir çox irimiqyaslı layihələrin həyata keçirildiyini deyərək, bu
siyasətin Azərbaycanı dünya
neft mərkəzlərindən
birinə, Avropanın enerji təhlükəsizliyində mühüm
rol oynayan dövlətə çevirdiyini
qeyd etmişdir. O, Azərbaycanın bu gün də 132 il əvvəl olduğu kimi xarici şirkətlərlə
əməkdaşlığa açıq olduğunu
demiş və “Statoil” şirkəti ilə əməkdaşlığın buna bariz nümunə
olduğunu göstərərək
şirkətin Azərbaycanda fəaliyyətindən
danışmışdır. ARDNŞ-nin vitse-prezidenti
ölkədə neft sənayesinin qədim tarixini, zəngin ənənələrini,
dövlət müstəqilliyinin möhkəmləndirilməsində
və bu gün davamlı artan potensialının əldə
olunmasında müstəsna əhəmiyyətini, o cümlədən bəşər tarixinə verdiyi
əvəzsiz töhfələri nəzərə
alaraq, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən
Bakı şəhərində Neft muzeyinin yaradılması
haqqında müvafiq sərəncamın
imzalandığını və sərancamın
icrasının ARDNŞ-ə
tapşırıldığını qeyd
etmiş, demişdir ki, “Nobellər və Bakı nefti” sərgisi gələcəkdə bu muzeydə öz layiqli yerini tutacaqdır. Tədbirdə çıxış edən Azərbaycan
Dövlət İncəsənət muzeyinin
İnnovasiya şöbəsinin
müdiri Əminə
Məlikova bildirmişdir
ki, “Nobellər və Bakı nefti” layihəsinin əsas məqsədlərindən biri dünya brendinə çevrilmiş
Nobelin adının Azərbaycanla
sıx əlaqədar olduğunu dünya ictimaiyyətinə çatdırmaqdır. Layihənin
Skandinaviya ölkələri
mədəniyyəti ilə Azərbaycan mədəniyyəti
arasında körpüyə çevrildiyini
deyən Ə.Məlikova
“Statoil” və ARDNŞ-ə Azərbaycanın mədəni və
tarixi irsinin qorunub saxlanmasında və təbliğ edilməsində
göstərdikləri dəstəyə görə minnətdarlığını
bildirmişdir. Tədbirin ikinci hissəsini açan
“Statoil” şirkətinin
Azərbaycandakı prezidenti Lars Troen Sorensen
şirkətin ölkəmizdəki
fəaliyyəti barədə iştirakçılara ətraflı
məlumat vermişdir. Şirkətin
Azərbaycandakı əməkdaşları
Tangu Kosmau, Siv Morterud, Erik
Kjos-Hanssen “Azəri-Çıraq-Günəşli”
və “Şahdəniz” layihələrinin mərhələlər
üzrə təqdimatını keçirmişlər. Tədbirdə
BP şirkətinin hazırladığı “Şahdəniz” filmi və “Statoil” şirkətinin Azərbaycanda yaşayan əməkdaşlarının
fəaliyyətindən bəhs edən “Mən
“Statoil”çuyam” adlı film nümayiş etdirilmişdir.
Tədbirdə ARDNŞ təmsilçiləri ilə
birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşları
da iştirak etmişlər.
Kaspi.-2011.-8 aprel.-S.13.