Humanitar elmlərin aktual
problemləri müzakirə
olunub
Bakı Slavyan Universitetində
keçirilən konfrans
çərçivəsində tələbə və magistrantları üçün
müxtəlif mövzulu
ustad dərsləri də keçiriləcək
Aprelin 26-da Bakı Slavyan Universitetində
(BSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr
olunan “Humanitar elmlərin aktual problemləri” mövzusunda
magistrantların I beynəlxalq
elmi konfransı öz işinə başlayıb.
Təbirdə çıxış edən
universitetin tədris işləri üzrə prorektoru Asif Hacıyev bildirib ki, BSU Azərbaycanda ilk dəfə olaraq respublikanın elmi-mədəni
həyatına töhfə
verəcək layihəyə
imza atır. Onun sözlərinə
görə, bu konfrans yeni ideyaları
ortaya çıxaracaq
və gələcəkdə
ənənəyə çevrilərək
ölkə təhsilinin
inkişafına təkan
verəcək.
“Bu il də Bakı Slavyan Universiteti ulu öndərin xatirəsinə
həsr olunan 48 bənddən ibarət tədbirlər planını
təsdiq edib və onun icrasına
başlayıb. Artıq universitetdə “Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısıdır”
mövzusunda kitab sərgisi hazırlanıb,
Məktəb-Lisey Kompleksi
şagirdlərinin “Ulu
öndəri xatırlayarkən”
mövzusunda inşa müsabiqəsinin məktəb
və respublika turlarında iştirakı
təşkil olunub,
YAP Nəsimi rayon təşkilatının
sədri, millət vəkili Məlahət İbrahimqızının universitetin
3 saylı yataqxanasında
“Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda
universitetin tələbləri
ilə görüşüb.
Bu tədbirlər çərçivəsində
bu gün universitetdə magistrantların
I beynəlxalq elmi konfransı keçirilir”,
- deyə o əlavə
edib.
Tədbirin davamında çıxış
edən universitetin elmi işlər üzrə prorektoru Məmməd Əliyev isə konfrans barədə ətraflı
məlumat verib. O bildirib
ki, konfransda Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan, Çin, Belarus, Cənubi Koreya kimi ölkələrdən
magistrantlar iştirak edir: “Bu konfransda çıxış etmək
üçün 294 tezis
qəbul olunub, bunlardan 182-si BSU-nun, 112-si isə
digər universitet tələbələrinin payına
düşür. Konfrans öz
işini bölmələr
üzrə də davam etdirəcək.
4 bölmə üzrə keçiriləcək
konfrans aprelin 27-dək
davam edəcək.
Konfrans çərçivəsində tədbirdə iştirak edən alimlərin bir qisminin Bakı
Slavyan Universitetinin tələbə və magistrantları üçün
müxtəlif mövzulu
ustad dərslərinin
keçirilməsi də
nəzərdə tutulub”.
Tədbirin davamında çıxış
edən magistrantlar müxtəlif mövzular ətrafında məruzə
ilə çıxış
ediblər.
Kaspi. – 2011. -27 aprel. –S. 8.