Mətbuat
Şurasından gənc jurnalistlərə dəstək
Gənc jurnalistlər
tərəfindən yaradılan «Azxeber.com» portalının ötən müddətdəki fəaliyyəti yüksək
dəyərləndirildi
Bu gün Azərbaycan Mətbuat Şurasında
“Azxeber.com” portalının 1 illik fəaliyyəti ilə əlaqədar mərasim
keçirilib. Tədbirdə
saytın kollektivi, jurnalistika fakültəsinin
müəllimləri, müxtəlif media qurumlarının təmsilçiləri
və tələbələr iştirak
ediblər.
Mərasimi açan
“Azxeber.com” portalının redaktoru Əfsələddin Ağalarov əvvəlcə Mətbuat Şurasına toplantının təşkili üçün yaratdığı şəraitə
görə
tələbələr və
saytın kollektivi adından minnətdarlığını
bildirib.
“Azxeber.com”un yaranması
və
1 il ərzində gördüyü
işlər barədə
məlumat
verən redaktor deyib ki, portal internet jurnalistikadakı
fəaliyyətinə
“jurfak.tk”
bloqu vasitəsilə
başlayıb. “Bloq kollektiv səciyyə
daşıyırdı.
Burada Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələrinin
yazıları, yaradıcılıq nümunələri yayımlanırdı.
Daha sonra yaxın əhatəmizdəki insanların, xüsusən də
müəllimlərimizin bizə
verdiyi stimuldan cəsarətlənərək, fəaliyyətimizi daha da genişləndirmək qərarına gəldik. Beləcə
2010-cu ilin 13 aprel tarixində
“Azxeber.com” yarandı. Portalda
ölkədə
və
dünyada
baş
verən ən aktual xəbərlər yerləşdirilir. “Siyasət”, “sosial”, “şou-biznes”,
“idman”,
“seçdiklərimiz”, “gənclik”, “maraqlı”
adlı
bölmələrimiz
var. Saytımızın gündəlik
istifadəçilərinin sayı 2000-3000 arasıdır
(İP ünvandan)”.
MŞ sədri Əflatun Amaşov çıxışına
rəhbəri olduğu
qurumun gənclərə
daim dəstək göstərdiyini və mövcud ənənənin
davamlı olduğunu xatırlatmaqla başlayıb.
O bildirib ki, xəbər jurnalistika janrları sırasında
ən çətinidir.
İnternet jurnalistikada
isə onu istehsal edənin reytinqi xəbərin keyfiyyəti ilə ölçülür. “Belə
görürəm ki, portalda çalışanlar
aldıqları jurnalistika
təhsilinə sadiq qalmağa çalışırlar.
Bilik və bacarıqlarını yeni
media imkanları ilə
uyğunlaşdırırlar. Şura məhz bu səbəbdən “Azxeber.com”u “Ən perspektivli media qurumu” diplomu ilə təltif edir. Ümidvaram ki, portal fəaliyyət istiqamətlərini
daha da genişləndirəcək
və yeni-yeni nailiyyətlərə imza
atacaq”, - deyən Ə.Amaşov MŞ-nin diplomunu “Azxeber.com” portalının
redaktoru Ə.Ağalarova
təqdim edib.
Tədbirdə çıxış edən BDU-nun jurnalistika fakültəsinin
kafedra müdiri,
professor Cahangir Məmmədli
bunları deyib: “Mən daim tələbələrimlə
öyünürəm. Son dövrlər
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bir canlanma, yeni nəfəs hiss olunmaqdadır.
Etiraf etməliyik ki, bu prosesdə
müəllimlərdən daha
çox, tələbələrin
təşəbbüsləri və fəaliyyətləri
əsas rol oynayır. Gəncləri həvəsləndirmək, gələcəyə
ümidləndirmək biz müəllimlərin
borcudur”
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı
BDU-nun jurnalistika fakültəsinin
müdavimlərinin daim
istedadları və dünyagörüşləri ilə
digər tələbələrdən
seçildiklərini önə
çəkib. Baş
redaktor bildirib ki, 1 yaşını qeyd edən “Azxeber.com” portalının yaranması
və fəaliyyəti
də məhz həmin fakültənin tələbələri olan
Əfsələddin Ağalarov
və Hacıbəy Heydərlinin gərgin əməyinin nəticəsidir.
Saytı müntəzəm
olaraq izlədiyini deyən A.Aşırlı
diqqəti orada gün ərzində 30-dan
çox xəbərin
yayımlanmasına çəkib.
“Sayt bəzi eksklüziv xəbərlərə
də imza atmaqdadır. İstərdim
ki, portal və kollektivi inkişaf tempini qorusun. Hadisələrə daim obyektiv, qərəzsiz və vicdanlı yanaşsın”, - deyə
o əlavə edib.
Azəri
Press Agentliyinin (APA) baş
direktoru Vüsalə Mahirqızı jurnalistika fakültəsinin tələbələri
üçün yaradıcılıq
laboratoriyasının olmasının
vacibliyini vurğulayıb:
“Görünür, tələbələr
həmin laboratoriyanı
“Azxeber.com”un timsalında
artıq yaradıblar.
Əminəm ki, onlar gələcəkdə
daha böyük layihələrə imza atacaqlar”.
Mətbuat Şurası sədrinin
müavini, Beynəlxalq
Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu çıxışında “dövr
dəyişdikcə imkanlar
da genişlənir. İnternet sürətlə
həyatımıza nüfuz
etməkdədir. Bu kontekstdə
internet jurnalistika bəlkə
ilk baxışdan asan
görünə bilər.
Amma peşəkarlar da təsdiqləyə bilərlər ki, əsl jurnalist daim peşəsinin məsuliyyətini dərk
etməli və ona sadiq qalmalıdır.
Sizə bu çətin və məsuliyyətli işinizdə
uğurlar diləyirəm”
- deyib.
Bakı
Dövlət Universiteti
jurnalistika fakültəsinin
müəllimi, tanınmış
jurnalist Qulu Məhərrəmli gənc
həmkarlarını təbrik
edərək bildirib ki, “Azxeber.com” portalı qısa müddətdə
tələbələrin yaradıcılıq
meydanına çevrilib.
“Saytın fəaliyyətə
başlaması ilə
jurnalistika fakültəsindəki
sükut pozuldu. Bunu edən siz gənclər oldunuz. Gələcəkdə
qarşınıza daha
böyük məqsədlər
qoymanızı və
onlara çatmanızı
arzu edirəm”.
Tədbirdə çıxış edən digər şəxslər də təbriklərə qoşularaq,
“Azxeber.com”un kollektivinə
qarşıdakı fəaliyyətində
uğur diləyiblər.
Kaspi. -2011. -30 aprel. –S. 6.