Bəyimõanım Vəliyevanın “Giley”i təqdim olundu
Dekabrın 21-də Beynəlõalq Mətbuat
Mərkəzində tanınmış õanəndə Bəyimõanım
Vəliyevanın 3 hissəli muğam, bəstəkar
mahnıları, 4 klipdən ibarət albomu, «Giley» və
«Ağlama, şəhid balası» kliplərinin təqdimat mərasimi
keçirildi.
Sözləri
Sona xanım Vəliyevaya, musiqisi isə müğənni
Rüstəm Zeynallıya məõsus «Ağlama, şəhid
balası» klipi qanlı-qadalı 20 yanvar hadisələrindən
bəhs edir. Klipin rejissoru müğənninin həyat
yoldaşı Azər Vəliyevdir. Klipdə õalq artisti Nurəddin
Mehdiõanlı öz maraqlı çıõışı ilə
fərqlənir. Aktyor təəssüratlarını belə
ifadə etdi: «Vətənpərvərlik hisslərini təkcə
musiqi, kliplə deyil, filmlərlə, tamaşalarla, qəzet
yazıları ilə də işıqlandırmaq
lazımdır. Çünki Qarabağ hər kəsin
ağrılı yeridir. Mən Bəyimõanıma
uğurlarının davamlı olmasını diləyirəm».
Qələm
əhlinə təqdim olunan ikinci klip isə sözləri Sona
xanım Vəliyevaya, musiqisi isə Ruslan Səfəroğluya
məõsus «Giley» mahnısına çəkilib. Klipin sujet õətti
sevgi və õəyanət üzərində qurulub. Xanəndə
Bəyimõanım Vəliyeva çıõışında
bildirdi ki, klipdə baş verən hadisələr real həyatla
tam uyğunlaşır: «Təəssüflə də olsa
bildirim ki, bu gün bir çoõ ailələr müõtəlif səbəblərdən
dağılmaq təhlükəsi ilə üzləşir.
Bunun da başlıca səbəbi õəyanətdir. Bu klip gənclərə
örnək ola biləcək klipdir. «Alğama, şəhid balası»
na gəlincə isə Qarabağ hər kəsin
ağrılı yeri, qan yaddaşıdır. Hər bir
müğənni repertuarında vətənvərvərlik
mahnılarına müraciət etməyi unutmamalıdır.
Mahnıların və klipin ərsəyə gəlməsində
əməyi keçən hər kəsə öz dərin təşəkkürümü
bildirirəm».
Təqdimat
mərasiminə õalq artisti, õanəndə Ağaõan Abdullayev, bəstəkar
Reyhan Hacızadə, MTRŞ-nin üzvü, «Kaspi» qəzetinin
baş redaktoru Sona xanım Vəliyeva, müğənni Elõan
Şirinov, meyõana ustadı Namiq Qaraçuõurlu və bir
çoõ tanınmış sənətçilər təşrif
buyurmuşdular. Onlar çıõışlarında Bəyimõanım
Vəliyevanın sənətdəki uğurlarından
danışdılar və bu cür möhtəşəm
kliplərin davamlı olmasını dilədilər.
Qeyd
edək ki, «Giley» albomunda 17 bəstəkar və 9 õalq
mahnısı yer alıb.
Fərid Hüseyn
Kaspi.- 2011.- 22 dekabr.- S.8.