Tamaşaçı
teatrda həyatını axtarır
Gənc aktrisa Asya Atakişiyeva:
“Əgər çıxış yolu
insanı xilas etmirsə, ölməyə
dəyməz”
Asya Atakişiyeva
Azərbaycan Gənc Tamaşaçılar Teatrının son illərdəki ən parlaq
gənc simalarından sayılır. Yaşının az olmasına baxmayaraq, o, 20-dən çox rolda oynayıb. Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin məzunu olan
A.Atakişiyeva 7 ildir
səhnə də olsa da,
onu bu yaxınlarda
tanınmış dramaturq və
yazıçı Əli Əmirlinin “Mən sən sevirəm”
tamaşasındakı rolu ilə kəşf
etdik.
Asya tamaşada öz
rolunu olduqca dramatik canlandıra bildi və
əslində bütün ziddiyyətlərə
qarşı açar rolunu
onun intihar səhnəsi
oynadı. Görkəminə görə aktrisadan
daha çox məktəbliyə
oxşayan Asya
xanımın elə məktəbli obrazını
canlandırması, məncə, rejissorun doğru seçimindən xəbər verirdi. Asya xanım suallarımıza lakonik
cavab versə də, həyəcanı
gözlərindən aydın sezilirdi...
- “Mən səni
sevirəm” tamaşasında müəllimlərin rüşvətxorluğu,
əks qütblü şəxsiyyət
ziddiyyəti və bir də bütün problemlərin içində
hazırlıqsız gənclərin ölümlə üzləşməsi
məsələsi qoyulur. Siz
bu gün Azərbaycan
reallıqlarında bu problemlərə necə
yanaşırsınız və bu əsərin
dramaturgiyamızda yerini necə xarakterizə
edərdiniz?
- Tamaşada qoyulmuş problemlərin hamısı bugünki Azərbaycan reallıqlarında var. Orda bir namuslu və halal, bir də rüşvətxor və riyakar müəllim obrazı var. Hər iki obrazla bu gün də həm ali təhsil müəssisələrində, həm də orta məktəbdə rastlaşa bilərsiniz. Özüm də təhsil alanda dramda canlandırılan müəllim obrazları kimi şəxslərə rast gəlmişəm.
- “Romeo və Cülyyetta” əsərində
intihar edirsiniz, “Mən
səni sevirəm”də isə intihar edəndə
sizi xilas edirlər.
Sizcə, gündəlik həyatımızda problemlərin həllində
intihar çıxış yoludurmu?
- Düzdür, “Romeo və Cülyyetta” əsərində intihar edirəm, amma həyatda elə bir vəziyyətə düşsəm, canıma qəsd etmərəm. Düşünürəm ki, əgər çıxış yolu insanı xilas etmirsə, ölməyə dəyməz. Ölüm çıxış yolu deyil.
- Bu
gün teatrlarda klassik əsərlərə çox
müraciət olunur. Sizcə, avanqard teatrın yaradılmasına ehtiyac varmı?
- Bəli, haqlısınız. Çox istəyərdim ki, yeni, həyatımıza uyğun olan tamaşalar oynanılsın. Belə olsa, insanlar teatra daha çox bağlanar. Tamaşaçı teatrda həyatını axtarır, nəsə uyğun bir nüansla rastlaşanda daha çox sevir səhnə səsini. Amma klassika da teatrın repertuarında mütləq olmalıdır. Yəni demirəm ki, klassikaya dönük çıxaq. Məsələn, mən Mirzə Fətəli Axundovun və Çexovun dramlarını çox sevirəm.
- “Mən səni
sevirəm” tamaşasına bir neçə
nəfərlə birgə baxırdıq. Son
qənaətimiz belə oldu ki, əsərdəki dialoqlar
çox sünidir. Obrazlar o qədər
cansıxıcı danışırlar ki,
bugünki danışıq stilimizə uymur və nəticədə tamaşanın təsir
gücü azalır. Siz
necə düşünürsünüz?
- Məncə, çox da pis deyildi. Qəliz də deyildi, standart nitq idi. Ümumiyyətlə, yaxşı olar ki, yazılan əsərlərin dili danışıq dilimizə bir qədər yaxın olsun. Məsələn, klassiklərin yazdığı əsərlər var ki, 200 ildir dəyişdirilmədən oynanılır, adamlar da o dilə və dilin daşıyıcıları və ifaçıları olan aktyorlara sevə-sevə qulaq asırlar. Mən başa düşürəm ki, siz nəyi nəzərdə tutursunuz, o baxımdan razıyam sizinlə.
- Hansısa dram oxumusunuz ki, o, səhnələşdirilməyib?
Və siz o əsəri
səhnəmizdə görmək istəyirsiniz?
- Adətən klassiklərin əsərlərini oxumuşam. Şekspirin əsərlərini çox sevirəm. Hazırda mütaliə etməyə vaxtım yoxdur deyə, əsərləri oxuya bilmirəm. Amma inanıram ki, yaxşı əsərlər, dramlar yazılır. Sadəcə, yaxşı əsərləri üzə çıxartmaq lazımdır. Cülyetta rolunu oynayandan sonra hansı əsərdə oynayacağım ağlıma gəlmir. Çünki ən böyük arzum Cülyettanı oynamaq idi. Şükür ki, uğurla həmin obrazın öhdəsindən gəldim.
- Yəni sənət idealınız
Cülyetta idi? Bundan daha böyük uğur
qazanacağınıza inanmırsınız?
- Əlbəttə, istəyirəm. Filmlərə çəkilmək
fikrim var. Amma hələlik ən böyük sevgim Cülyetta
idi. Gənc aktyorların ən çox sevdiyi populyar obrazlardan
biri, bəlkə də birincisi Cülyettadır. Elə aktrisa
tapmaq olmaz ki, bu rolu oynamaq istəməsin. Şükür, mənə
də qismət oldu. Arzum başqa istəklərimə də
bu cür çatmaqdır.
- Bunun üçün kifayət
qədər imkanların var.
- Hə, bilirəm. Gənc
Tamaşaçılar Teatrı yaxşı teatrdır, burda gənclər
üçün hər cür imkan yaradılır. Hər kəsə
rol verilir. Aktyorlar arasında ayrı-seçkilik qoyulmur. Bu cəhətlər
də bizi öz potensialımızı ifadə etməyə
imkan verir.
Fərid Hüseyn
Kaspi.- 2011.- 23 dekabr.- S.13.