Əbədi kinoteatr problemi
Çayxana, kafe, mebel salonları, oyun zalları... tamaşaçıları
kinoteatrlardan didərgin
salıb
Milli Məclisin son iclasında millət vəkili Elmira Axundova ölkədəki kinoteatrların
mövcud durumuna toxunaraq onların uzun illərdir ki, öz təyinatları
üzrə fəaliyyət
göstərməməsini narahatlıqla dilə gətirib. “Bu binalardan
mebel salonu, alqı-satqı ofisləri,
un məmulatları bişirilən
yer kimi istifadə olunur. Hətta bəzi binalar bomj sığınacaqlarına,
narkomanların toplantı
yerinə, əxlaqsızlıq
yuvasına çevriliblər.
Bütün bunlar dözülməz
və ürəkağrıdıcı
faktlardır. Vaxtilə
bütün ölkə
ərazisində, Bakıda
və rayonlarımızda
mədəniyyət klubları
fəaliyyət göstərərdi,
bədii özfəaliyyət
dərnəkləri yüksək
səviyyəli çıxışları
ilə qəlbləri
oxşayardı. İndi isə
bunların heç birindən əsər əlamət də qalmayıb”. Millət vəkili
əksər mədəniyyət
klublarının hal-hazırda
özəlləşdirilərək kommersiya məqsədləri
üçün istifadə
olunduğunu da diqqətə çatdırıb.
Əslində, mətbuat səhifələrində
dəfələrlə qabardılan
və həllini tapmasına az
ümid olan bir problemin yenidən
yüksək tribunadan
səslənməsinə müsbət
hal kimi yanaşmaq lazımdır.
Hələ bir neçə il bundan əvvəl həmyerlimiz, Rusiyanın
tanınmış mədəniyyət
işçisi Yuli Qusman Bakıda qonaq olarkən “Məni Azərbaycanda ən çox narahat edən kinoteatrlar məsələsidir. Vaxtilə Azərbaycanda
ən gözəl “Nizami” kinoteatrı idi. İndi isə o kinoteatr
çox pis vəziyyətdədir. Bir “Azərbaycan”
kinoteatrının fəaliyyəti
çox azdır.
Amma bilirəm ki, söz veriblər, “Nizami”, “Dostluq” və başqa kinoteatrlar yeni avadanlıqla təmin ediləcək” deyə bildirib.
Demək, narahatlığın kökü daha dərindir. Yəni
nə dünənin söhbətidir, nə də bu günün...
Üçbücaq
Qeyd edək ki, binası olmayan bir sıra teatrların
kinoteatrlarda fəaliyyət
göstərməsi faktdır
və onların nə vaxtsa bina ilə təmin
olunması ehtimalı
da istisna deyil. Hər halda, aidiyyatı
qurumların verdikləri
vədlərdə belə
deyilir.
Problem isə ücbücaqlıdır: kino
işcillərinin, bəzi
teatr kollektivlərinin
və çoxsaylı
tamaşaçıların. O mənada ki, kinorejissorlar kinoteatr olmadığı üçün
çəkdikləri filmlərin
ictimai baxışından
sonra rəflərdə
qaldığından və
tamaşaçıların görə bilməməsindən
şikayətlənirlər. Sirr deyil ki, təzə
çəkilmiş filmlər
televiziya ekranlarına
çıxmamış, kinoteatrlar
müqavilə bağlayaraq
həmin filmləri alır və tamaşaçıların ixtiyarına
verir. Elə kinoteatrın özəlliyi
də bundadır.
Tamaşaçı televiziya ekranında
görmədiyi yeni bir filmə baxmaq üçün kinoteatra üz tutur və s. Adətən kinoteatrların fəaliyyətini
yüksəltmək üçün
yeni filmlərdən daha çox istifadə olunur.
Binası olmayan bəzi teatrlar isə məskunlaşmaq üçün
onlara müvəqqəti
də olsa verilən kinoteatrların binasından həm razıdırlar, həm də narazı. Razılıqları odur ki, heç olmasa başlarını salmağa,
məşqlərini etməyə
yer tapıblar. Narazıdırlar ki, kinoteatrların
binası onların yaradıcılıq imkanları
üçün bəs
eləmir. Belə ki,
mövcud binalarda onlara verilən otaqlar həm azlıq edir, həm də şəraitsizdir. Kinoteatrların otaqları isə daha çox icarə məqsədləri
üçün istifadə
olunur.
Tamaşaçıya gəlincə, ən
böyük ziyan onlara dəyir. Belə ki, onlar
nə təzə
tamaşalardan xəbər
tuta bilirlər, nə də yeni çəkilən filmlərdən. Heç şübhəsiz, kinoteatrların biznes ocağına çevrilməsi
tamaşaçıların bu mədəniyyət ocaqlarından didərgin düşməsinin əsas
səbəblərindən biridir.
Acınacaqlı vəziyyət
Əlbəttə, öz növbəmizdə
ünvanlarına səslənən
ittihama münasibət
öyrənmək üçün
adı Mədəniyyət
və Turizm Nazirliyinin saytında yer alan bir
neçə kinoteatra
– “Bakı”, “Dostluq”,
“Təbriz”
kinoteatrlarına telefon
açsaq da zənglərimiz cavabsız
qaldı. Heç telefonun dəstəyini qaldıran gözətçi
də tapmadıq. Ancaq reydlərimiz nəticəsində
məlum oldu ki, gerçəkdən kinoteatrlarda mebel mağazası, çayxana,
yeməkxana, gözəllik
salonu, tennis və oyun zalları və s. obyektlər fəaliyyət göstərir.
Məsələn, “Dostluq” kinoteatrında
yerləşdirilən Bakı
Bələdiyyə Teatrı
da yaradıcı kollektiv olaraq çətinliklər yaşayır.
Teatrın aktyoru Vaqif Əliyev “Dostluq” kinoteatrının profili üzrə fəaliyyət
göstərmədiyini təsdiqlədi.
“Kinoteatrda bizə verilən otaqlardan əlavə mebel mağazası, çayxana,
yeməkxana və s. fəaliyyət göstərir”.
“Savalan”
kinoteatrı özünün kinoteatr kimi fəaliyyətini ümumiyyətlə, dayandırıb.
Hazırda kinoteatrda
Eləcə də
“Şəfəq” kinoteatrı
eyni aqibətlə üz-üzədir. Bu kinoteatrda ümumiyyətlə,
film nümayiş olunmur.
Hazırda binada Pantomim
Teatrı fəaliyyət
göstərir.
Qeyd edək
ki,
“Azərbaycan” kinoteatrı
istisna olmaqla, Bakıdakı kinoteatrların
hamısının vəziyyəti acınacaqlıdır:
əsaslı təmirə
ehtiyac, soyuq otaqlar, tamaşaçısız
kino zalları...
Məcburiyyət?
Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov problemə münasibətini açıqlayaraq
bildirdi ki, “Teatrların kinotarlarda yerləşdirilməsi mədəniyyət
və turizm nazirinin məlum sərəncamından sonra həyata keçirilib. Belə ki, bir neçə il bundan əvvəl
Pontamim Teatrı “Şəfəq” kinoteatrında,
Şuşa Teatrı
“Savalan”, Bakı Bələdiyyə Teatrı
“Dostluq” kinoteatrında
yerləşdirilib. Y.Şeyxovun sözlərinə
görə, hazırda
Pontamim Teatrında nazirliyin öz daxili imkanları hesabına şərait yaradılıb və orada həftədə bir neçə dəfə axşamlar tamaşalar oynanılır.
Teatr öz fəaliyyətini bu kinoteatrda davam etdirir. “Nazirliyin «
Yusif Şeyxov
kinoteatrların profilinə
uyğun olmayan məqsədlər
üçün istifadə
olunduğunu da istisna etmədi. Nazirlik rəsmisi problemi kinotetrların imkansızlığı,
kommunal xərcləri
ödəyə, işçiləri
əmək haqqı ilə təmin edə bilməməsi
və s. səbəblərlə
əlaqələndirdi. «Kinodan əldə olunan gəlir kifayət eləmir. Ona görə də kinoteatr başqa xidmətlər göstərmək
məcburiyyətində qalır”.
Kinoteatrlar lazımdırmı?
Təbii bir
sual meydana çıxır: kinoteatrların
profilləri üzrə
fəaliyyət göstərməməsinə
hər hansı bir dəlillə haqq qazandırmaq mümkündürmü? Əlbəttə,
yox! Çünki kinoteatrlar ilk növbədə
mədəniyyət ocağıdır.
Təəssüf ki, bizim kinoteatrlara nəzər saldıqca bir daha inanırsan ki, burada ticari
məqsədlər mədəniyyətdən
daha üstün tutulur. Daha dəqiq desək, kinoteatrlar mədəniyyətə
yox, biznes mənbəyi kimi şəxsi ciblərə
xidmət edir. Çayxana, kafe, mebel salonları,
oyun zalları... tamaşaçıları
kinoteatrlardan didərgin
salıb. Kinoteatrların profilini dəyişib “İndi bizə kinoteatrlar lazımdırmı?”
sualı ilə üz-üzə qalmağa
isə ümumiyyətlə
ehtiyac yoxdur. Kinoteatrları mebel mağazalarına
və ya oyun zallarına çevirməklə heç
bir mədəni inkişafdan danışmaq
olmaz. Unutmaq lazım deyil ki, kinoteatrlar
bütün sivil ölkələrdə fəaliyyət
göstərir. Kinoteatrı heç
bir televiziya və ya digər
müasir texnologiya əvəz edə bilməz, çünki kollektiv tamaşa tamamilə fərqli təəssüratdır. Həm də ölkədə kino sənətinin inkişaf etməsi üçün
kinoteatrlara daha böyük ehtiyac var. Nəinki bilyard və ya tennis zallarına...
Təranə Məhərrəmova
Kaspi.- 2011.- 25
fevral.- S. 13.