Muğam sərhəd tanımır 

 

Beynəlxalq Muğam Festivalı qədim ifaçılıq ənənələrini inkişaf etdirəcək gənc istedadlı ifaçıları üzrə çıxaracaq

 

"Muğam bütün dövrlərdə yaşayıb. Muğam siyasi, ictimaiiqtisadi durumdan asılı olmayaraq mədəniyyətimizdə öz yerini qoruyub saxlayıb. Muğam Azərbaycanın milli sərvəti, dünya musiqi xəzinəsinin incisidir”. Bu fikirləri  Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva Heydər Əliyev FondundaAzərbaycan muğamımultimedia toplusunun Muğam aləminəşrinin təqdimat mərasimində söyləyib.

 

Qeyd edək ki, Heydər Əliyev Fondu 2005-ci ildən davamlı olaraq "Azərbaycan muğamları" layihəsini uğurla həyata keçirir. 24 virtuoz muğam ustadının ifaları toplanmış "Qarabağ xanəndələri" musiqi albomu böyük maraqla qarşılanan ilk və uğurlu layihədir. Fond tərəfindən 2008-ci ildə hazırlanmış "Muğam ensiklopediyası" qədim musiqi irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilir.

Fondun dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin inşası, 2005-2007-ci illərdə respublika muğam müsabiqələrinin, 2009-cu ildə dünyanın 11 ölkəsinin iştirak etdiyi Beynəlxalq Muğam Festivalının keçirilməsi qədim ifaçılıq ənənələrini inkişaf etdirəcək gənc istedadlı ifaçıları üzrə çıxarmaq və muğam sənətini dünyaya təbliğ etmək məqsədi daşıyır. "Festival bir daha sübut etdi ki, muğam sərhəd tanımır və artıq muğamsevərlərin bir görüş yeri var bu məkan Bakıdır" - deyə Mehriban Əliyeva bildirib.

Xatırladaq ki, məhz Mehriban Əliyevanın diqqət və təşəbbüsü  sayəsində 2003-cü ildə UNESCO Azərbaycan muğamını "bəşəriyyətin şifahi mənəvi irsinin şedevrləri" siyahısına daxil edilib. Bununla da muğamın bədii təkrarolunmazlığı və dünya mədəniyyəti üçün dəyəri təsdiq edilib. Ölkəmizdə keçirilən muğam müsabiqələri   muğam sənətinin inkişafına, yeni, gənc istedadların üzə çıxmasına kömək edir. Xüsusən Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam televiziya müsabiqələri, Respublika Muğam Müsabiqələri və Beynəlxalq Muğam Festivalları  gənc muğam ifaçılarına öz istedadlarını üzə çıxarmağa hərtərəfli imkan yaradır.

Hazırda ölkəmizdə muğam müsabiqələri ənənəvi hal alıb. Belə ki, fevralın 24-də növbəti muğam müsabiqəsi – 2-ci Respublika Muğam Müsabiqəsi başa çatıb.  Heydər Əliyev Fondu, Mədəniyyət Turizm, Təhsil nazirlikləriMilli Konservatoriyanın təşkilatçılığı ilə keçirilən II Respublika muğam müsabiqəsinə yekun vurulub. Münsiflər heyətinin qərarı ilə Nişanə Baxışova III, Ehtiram Hüseynov II, Aytən Məhərrəmova isə I yerə layiq görülüb. Qaliblər Azərbaycanı martın 14-dən 21-ə qədər Bakıda keçiriləcək II Beynəlxalq Muğam Festivalında təmsil edəcəklər.

Xatırladaq ki, I Respublika Muğam müsabiqəsinin qalibi Təyyar Bayramov olub. Gənc xanəndə həmçinin I Beynəlxalq Muğam müsabiqəsinin qalibidir.

Hazırda  III Muğam televiziya müsabiqəsiuğurla davam edir. Tanınmış sənətkarlardan ibarət  münsiflər heyətinin dediyinə görə, seçimlər tam şəffaflıqla keçəcək və istedadlı iştirakçılar layiqli yerlərini tutacaq. 

Qeyd edək ki, Muğam televiziya müsabiqəsi ilk dəfə 2005-ci ildə keçirilib. “Muğam - 2005” televiziya müsabiqəsi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun 120 illik yubileyi münasibətilə təşkil olunub Azərbaycan Mədəniyyətinin Dostları FonduSpace TV”-nin birgə layihəsi əsasında keçirilib. Müsabiqəsinin qalibləri Təyyar Bayramov, Babək Niftəliyev, İlkin Əhmədov, Pərvaz İbrahimli, Vəfa Orucova, Bəyimxanım Mirzəyeva bu gün muğam sənətimizi  layiqincə təmsil edirlər.

İkinci Muğam televiziya müsabiqəsi də 2007-ci ildə  Heydər Əliyev Fondunun dəstəyi “Azərbaycan” Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında keçirilib. 3 ay davam edən müsabiqəyə bütün bölgələr təmsil olunaraq 160-a yaxın gənc qatılıb. Münsiflər heyətinin yekdil qərarı ilə birinci yerə Elməddin İbrahimov Güllü Muradova layiq görülüb. “Muğam televiziya müsabiqəsi–2007” qaliblərinin qala-konsertində  Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyib. Azərbaycan prezidenti konsertdən sonra səhnə arxasında gənc ifaçılarla görüşüb. Dövlət başçısı: “Muğam bizim milli sərvətimizdir. Azərbaycan xalqının sərvətidir. Bu aylar ərzində bütün Azərbaycan xalqı muğam sənətini daha da dərindən dərk edə bildi. Artıq bu müsabiqə ənənəvi xarakter daşıyır. Əminəm ki, bundan sonrakı illərdə də bu müsabiqə keçiriləcək və beləliklə muğam yaşayacaq, inkişaf edəcək. Artıq əminliklə demək olar ki, Azərbaycanda muğam sənəti özünün yeni bir inkişaf mərhələsinə qədəm qoyub».

 

 

Təranə Məhərrəmova

 

Kaspi.- 2011.- 26-28 fevral.- S. 5.