Əgər şikayət edən rejissorlar varsa…” 

 

Yusif Şeyxov: ““Kino haqqında qanun”a böyük dəyişikliklər hazırlayırıq

 

Hər il avqustun 2-si Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur. Ənənəvi olaraq Mədəniyyət Turizm Nazirliyi bayramı kino ictimaiyyəti ilə birlikdə qeyd edir. Belə ki, kino veteranları mükafatlandırılır, yeni filmlərin nümayişi keçirilir s.

Bayram ərəfəsində nazirliyin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov qəzetimizə verdiyi müsahibədə milli kinematoqrafiya sahəsinin inkişafı ilə bağlı görülən işlərə toxunub.

 

Yeni layihələr gerçəkləşəcək

 

- Ənənəvi kino bayramını hansı yeniliklərlə qarşılamağa hazırlaşırsınız?

- Əgər yeni filmlər nəzərdə tutulursa, bu il 7-8 filmin premyerası baş tutub. Belə ki,  «Əlavə təsir», «Tərsinə çevrilmiş dünya», «Buta», «Vəkil hanıbədii filmləri, «Onun ürəyi» musiqili nağıl filminin premyerası olub. O cümlədən, «Yarımçıq gündəlik», «Qara bayram» s. sənədli filmlərin premyerası keçirilib.

- Sadaladığınız filmlərin hamısı gənc rejissorlar tərəfindən çəkilib?

- Onların arasında gənclərin çəkdiyi filmlər var. Bunlar rejissorların debüt filmləridir. Elxan Cəfərov «Əlavə təsir» adlı ilk böyük filmini, İlqar Nəcəf «Buta», Ülviyyə könül «Vəkil hanı kinokomediyasını çəkib.

- Bu günlərdə «Bu meydan, bu ekran» müsabiqəsinin qalibləri açıqlanıb. Həmin ssenarilərin zaman ekranlaşdırılması planlaşdırılır?

- Həmin layihələri müsabiqəyə təqdim edən şirkətlərdə bu layihələr realizə olunacaq. Demək olar ki, bu ilin sonu, gələn ilin əvvəli həmin layihələrin çəkilişinə başlanılacaq.

 

Bu il filmlərimiz 20-dən artıq kinofestivalda iştirak edib

 

- Gənc rejissorlar həmişə şikayətlənirlər ki, çəkdikləri filmlər ictimai baxışlardan sonra rəflərə qoyulur ekranlara çıxmır. Bu, kinoteatrın, prokatın olmaması ilə bağlıdır, yoxsa başqa səbəblər var?

- Əgər şikayət edən rejissorlar varsa, onlar bilirlər ki, mütəmadi olmasa da, onların iştirakı ilə çəkdikləri filmləri rayonlarda nümayiş etdiririk. Filmlərin əksəriyyəti telekanallarda da nümayiş olunur. «Nizami» kinoteatrı bir neçə aya istifadəyə verilməlidir. Son filmləri orada nümayiş etdirmək üçün saxlamışıq. Həmin kinoteatrda zalların birində yalnız Azərbaycan filmləri nümayiş olunacaq. Biz son bir neçə ayın filmlərini orada təqdim edəcəyik.

- Yeni çəkilən filmlərin festival taleyindən necə, razısınızmı?

- Bu il filmlərimiz 16 ölkədə keçirilən 20-dən artıq kinofestivalda iştirak edib. Bunlar əsasən gənc rejissorların filmləri olub. Daha çox «Bu meydan, bu ekran» müsabiqəsinin ötənilki qaliblərinin filmləridir. O cümlədən «Sahə», «Kuklalar» filmləri bir çox festivallarda iştirak edərək nominasiyalar qazanıb.

- Sizcə, bizdə Mədəniyyət İncəsənət Universitetinin kino ilə bağlı yetişdirdiyi kadrlar kinonun kadr problemini həll etməyə yetərlidirmi?

- Bu təhsil ocağından əlavə, bizdə Eldar Quliyevin rəhbərlik etdiyi «Debüt» studiyası var. Orada il ərzində 1-2 bədii film çəkilir. «Azərbaycanfilm» ildə ən azı ilk rejissorun ilk filmi olmaq şərti ilə 2 böyük debüt filmi çəkməyi qarşısına məqsəd qoyub. Məsələn, biz almanax çəkməyi planlaşdırırıq. Bu almanaxı da gənc rejissorlar çəkəcəklər. yaxud ola bilsin ki, hansısa rejissorun yaşı 35-i keçib, ancaq onun bacarığı var keçmiş işləri ilə bədii film çəkə biləcəyini sübut edib. Onlar da layihədə iştirak edəcəklər. Almanax 3-4 rejissoru  sınamağa imkan verəcək.

- Bu günlərdə «Azanfilm» studiyasının direktoru Elçin Hami Axundovla söhbət edərkən o, Azərbaycan kinematoqrafiyasının ən böyük problemi kimi kadr problemini qabartdı. Yəni söhbət təkcə animator qıtlığından getmir.

- Bizim ölkəmizdə kinonun bütün ixtisasları üzrə kadr hazırlayan ali məktəb fəaliyyət göstərir. Hər il kino sahəsi ilə bağlı 50-yə yaxın gənc həmin universitetə qəbul olunur. Burada kinoaktyor, rejissor, operator, kinoşünas s. ixtisaslar üzrə kadrlar hazırlanır. Düzdür, keyfiyyət etibarı ilə bizi o qədər qane eləmir. Amma bu qayda dünyanın hər yerində var: əgər institutu bitirən 10 rejissordan biri nəyəsə qadirdirsə, bu, uğur sayılır. Hamısının istedadlı, böyük film çəkmək iqtidarında olması mümkün deyil. Buna baxmayaraq, proses gedir.

- “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı  bu sahədə inkişafla yanaşı təbii ki, çatışmazlıqlar da  mövcuddur. Biz yeni filmlərin çəkilməsindən danışdıq, bəs çatışmazlıqlar barədə deyə bilərsiniz?

- Dövlət  Proqramından irəli gələn işlər həyata keçirilir. «Nizami» kinoteatrının təmiri başa çatmaq üzrədir. “Kino haqqında qanun”a böyük dəyişikliklər hazırlayırıq. «Azərbaycanfilm»in modernləşdirilməsi üçün fəal işlər görülür. Kinotexnologiyaların istehsalçıları ilə bağlı dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır. Kinomuzun gələcəyi bu məsələnin həllindən xeyli dərəcədə asılıdır. Məsələn, biz Rusiya, Gürcüstan, İranın kino çəkiliş avadanlıqlarından istifadə edirik lenti aşkarlamaq üçün həmin ölkələrə gedirik. Bu, əlavə xərclərə səbəb olur problemlər yaradır. Təbii ki, həmin texnologiyaların özümüzdə olacağı təqdirdə kinonun inkişafına təkan olacaq.

 

 

Təranə Məhərrəmova

 

Kaspi.- 2011.- 30iyul-1 avqust.- S.12.