Belə Nigar heç zaman olmayacaq…
Eldar və Nigar komplekslərindən
və toylardan danışdılar
"Eurovision-2011"in qalibləri Eldar Qasımovla Nigar Camalın Day.Az saytına müsahibəsi.
- Eldar, Nigar, gününüz necə keçir?
Nigar: Hər gün müəyyən işlər,
öhdəliklər, səfərlər
var. Çamadan hər
zaman hazırdır (gülür). Səhər tezdən oyanıram.
Gün səhər saat 7-də başlayır:
səhər yeməyi,
görüşlərə hazırlıq… Gecə saat 12-də yatmağa
çalışıram. Düzdür,
səfərlərlə əlaqədar
olaraq, bu, heç də həmişə alınmır.
Amma artıq vərdiş etmişəm.
Eldar: Bəli, Nigarın söylədiyi kimi, hər gün görüşlər var və bu, çox
maraqlıdır. Daim işləyir, fəal iş rejimində oluram. Robot deyilik
və təbii olaraq yoruluruq. Amma bu, xoş yorğunluqdur.
Sevimli işinlə məşğul
olmağa getdiyini düşündükdə, bütün
yorğunluq keçir.
- Uşaq vaxtı nədən qorxurduz?
Nigar: Mən
əsasən qaranlıqdan
qorxmuşam. 20 yaşım olarkən də qaranlıqdan qorxurdum və otaqda işıq yandırılmadan yataqdan qalxa bilmirdim (gülür). Maraqlıdır ki, qızlarım qaranlıqdan qətiyyən
qorxmurlar. Onlar cəsarətlidirlər.
Mən sudan
da çox qorxurdum. Dənizi sevirdim. Amma üzə
bilmədiyim üçün
dalğalardan qorxurdum.
İndisə peşəkar üzgüçü
olmasam da, yaxşı üzürəm
(gülür).
Eldar: Sözün
düzü, mən elə indi də
tənhalıqdan çox
qorxuram. Uşaqlıqda isə hörümçəkdən
qorxmuşam. Ondan iyrəndiyimi
deyə bilmərəm.
Bu, məhz qorxmaq
idi. Bir dəfə qorxu
ilə mübarizə
aparmaq qərarına gəldim və hörümçəyi götürərək
əlimin üstünə
qoydum. İndi daha sakitəm.
- Demək olar ki, hər
gün konsertdə, tədbirlərdə, çəkilişlərdəsiz.
Geyim seçimində
sizə kömək edirlər, yoxsa hər şeyi öz zövqünüzlə
edirsiz?
Nigar: Yox, mən özüm
seçirəm. Əlbəttə ki, "Eurovision"dakı
çıxış zamanı
xüsusi stilist və modelyerimiz var idi. Amma qalan vaxtlarda bunu özüm edirəm.
Eldar: Mən
də nə geyəcəyimi özüm
müəyyənləşdirirəm.
- Nədən daha çox razısız - səhnədəki
görünüşünüzdən, yoxsa ifanızdan?
Nigar: Mən
özümə çox
tənqidi yanaşıram.
Görünüşümdən və ifamdan
həmişə razı
qaldığımı söyləyə
bilmərəm. Çıxışıma
baxdıqda, həmişə
özümdə nöqsan
tapıram. Daim öz
üzərimizdə işləyirik.
Peşəkar olmaq üçün
bu, çox vacibdir.
Eldar: Məndə
də tam eyni vəziyyətdir. Artist gərək özündə
həm yaradıcılığı,
həm xarici görünüşü, həm
də danışıq
qabiliyyətini birləşdirsin.
Yəni bunlar kompleks olmalıdır. Məsələn, xarici görünüşü
xoş olmayan şəxsin dahi müğənni olması
mümkün deyil.
Bu, insanları itələyir. Odur ki, hər şeyə fikir verməyə çalışırıq. Allaha şükür ki, hələlik alınır.
- Azərbaycanı
"Eurovision-2012"də təmsil etmək istərdinizmi?
Nigar: Belə təklif olarsa, əlbəttə ki, imtina etmərik.
Həmin
həyəcanı, hissləri
təkrar yaşamaq əla olar. Amma əlbəttə ki, heç kim qələbəyə
zəmanət verə
bilməz.
Eldar: Yenə də Nigarla həmfikirəm. Yaşananları bir daha yaşamağı çox
istərdik. Amma bunun
baş verəcəyini
düşünmürəm.
- Xarici ifaçılardan kiminlə
duet oxumaq istərdiniz?
Eldar: Çoxları ilə. Selin Dion və Ledi Qaqa
ilə dueti isə daha çox
istərdim.
Nigar: Mən də çoxları ilə… Amma daha çox Cennifer Lopez və Rianna ilə.
- Eldar, sizin yeni Nigarınız
peyda ola
bilərmi?
Eldar: Yox! Bu Nigar əvəzolunmazdır. Ola
bilsin ki, Elmira, Sədaqət, Reyhan, Leyla peyda olsun.
Amma belə Nigar heç zaman olmayacaq… Ümid edirəm.
Nigar: …(gülür).
- Fikrinizcə,
"Eurovision" qaliblərinin əksəriyyətinin populyarlığı
niyə 1 il
çəkir?
Eldar: Yəqin ki, bu, ifaçının özündən və əhatəsindəki insanlardan
asılıdır. Onlar müğənniyə
kömək edə bilər, yaxud əksinə. Amma əsas
ifaçının özüdür.
Bəxt, uğur, tale də az
rol oynamır.
Nigar: Məsələn, "ABBA"nı götürək.
Onlar müsabiqədən sonra da populyarlıqlarını
saxladılar. Selin Dion və
digərləri haqda da bu fikri
söyləmək olar.
Biz də əlbəttə
ki, öz üzərimizdə işləyəcək
və populyarlığımızı
qoruyub saxlamağa çalışacağıq.
- Kompleksləriniz
varmı?
Nigar: Keyfiyyətsizliklərimiz? (gülür). Qırışların yaranacağı ilə bağlı qorxu var. Amma mən həyata
adi yanaşmağa, onu olduğu kimi qəbul etməyə öyrəşmişəm.
Əsas sağlamlıqla bağlı
hər şeyin qaydada olması, doğmaların sağlam olması, səni olduğun kimi qəbul etməsidir.
Eldar: Məncə, kompleksi olmayan insan yoxdur.
Kimin kompleksi yoxdursa, o, xəstədir. Mənim çox
kompleksim var. Məsələn,
şəkillərdə yaxşı
düşmürəm və
bunu xoşlamıram.
Gülərkən gözlərimi çox
qıyıram və bundan da xoşum
gəlmir. Qırışlardan isə qorxmuram (gülür).
- Aparıcı qismində toya dəvət almısınızmı?
Nigar: Məndən tamada çıxmaz (gülür).
Açığı, bu haqda düşünməmişəm. Bilmirəm.
Mən şokdayam (gülür).
Eldar: Yaxınlarımın və
dostlarımın toyunu
məmnuniyyətlə idarə
edərəm. Amma repertuarla
bağlı problem çıxardı.
Ümumiyyətlə, ziyafətlərdə çıxış etməyi
çox istərdim.
- Azərbaycanca başa düşür və yaxşı danışırsınız. Türkiyədə qatıldığınız şou-proqramda
tərcüməçi nəyinizə
gərək idi?
Eldar: Onu verilişin aparıcısı
Bəyaz tərcüməçi
kimi təqdim etdi.
Nigar: Biz tərcüməçiyə heç
bir ehtiyac duymurduq. O, sadəcə verilişə «Best Model of Azerbaijan -2011» müsabiqəsinin qalibi kimi dəvət almışdı. Niyəsə onu tərcüməçi
kimi təqdim etdilər.
- Və son olaraq, müxtəlif ölkələrdə, müxtəlif
səhnələrdə çıxışlar
etmisiniz. Publikada fərq hiss edirsinizmi?
Nigar: Burada çıxış edərkən
doğma evindəsən,
daha isti və təbii qarşılanırsan. Bunu Türkiyə
tamaşaçıları haqda da demək
olar. Bizi orada da Bakıda olduğu kimi, sevgi ilə
qarşılayırlar. Eldar: Bilirsiniz, bəziləri bizi məhz qalib olduğumuz üçün
sevmir. Necə oldu ki, bu kiçik Cənubi Qafqaz ölkəsi qalib gəldi?! Odur ki, bəzi ölkələrdən qərəz
gözləmək olar.
Məsələn, Rusiyada bəziləri
bizi sevsə də, digərləri görmək belə istəmir. Çünki biz 1-ci, onlar isə
16-cı yeri tutub.
Yenə də bizi sevən
və dəstəkləyən
hər kəsə təşəkkür. Bizi sevməyənlərə
isə birinciliyə layiq olduğumuzu sübut edəcəyik.
Kaspi.- 2011.- 19 iyul.- S 16.