"Azərbaycana gəlməyə
tərəddüd edirdim"
Eduard Koçerqin: "Teatr,
mənim üçün ən azından bütün sənətləri
birləşdirən təsvirli, obrazlı bir sənət
növüdür”
Akademik Milli Dram Teatrında dramaturq
Elçinin «Teleskop» əsəri əsasında eyniadlı
tamaşası tamaşaçılar tərəfindən
maraqla qarşılanıb. Tamaşanın ərsəyə gəlməsində
diqqət çəkən məqamlardan biri – səhnəqraf
Eduard Koçerqinin adı ilə bağlıdır.
Daha dəqiq desək, vətəni
Rusiya ilə yanaşı dünyanın bir çox ölkələrində
tanınan teatr rəssamı Eduard Koçerqinin bu tamaşaya
quruluşçu rəssam kimi dəvət olunmasıdır.
Dünya şöhrətli səhnəqraf,
rəssam, yazıçı Eduard Koçerqinlə ANN.Az-a
müsahibəsini təqdim edirik.
- Cənab
Koçerqin, bildiyimə görə, Azərbaycan teatrı ilə
əməkdaşlıq üçün sizi yola gətirmək
bir qədər çətin olub…
- Hə, o ərəfədə paralel olaraq
bir sıra maraqlı təkliflər almışdım. Həm
zaman qıtlığından, həm də etiraf edim ki,
Kamranla işləmək təklifi əvvəl diqqətimi
çəkməmişdi. Ancaq
çalışdığım Bədaye Dram Teatrının
keçmiş direktoru məni Finlandiyaya, bağ evinə dəvət
edərək yola gətirə bildi. Kamranla da elə orada
tanış oldum. Bağ evində qaldığımız
üç gün ərzində pyes ətrafında
düşüncələrimiz yarandı. Sonunda razı oldum.
Azərbaycan
teatrı ilə əməkdaşlığımın bir
maraqlı səbəbi də var. Bəlkə də 70
yaşlı bir insandan bu sözləri eşitmək sizə
gülməli gələcək, ancaq məni işdən
çox, indiyədək olmadığım Bakını, Xəzər
dənizini görmək marağı
bürümüşdü.
- Son
illərdə dünya səhnəqrafiyasında minimalizmə daha çox yer verilir. Səhnə
dekorlarından istifadəni mümkün qədər az edən
və ya heç etməyən teatrları çox vaxt
«kasıb teatr» anlayışına aid edirlər. Və nəticə
etibarilə məndə belə bir təəssürat
yarandı ki, səhnəqrafiyanın teatrdakı rolu zamanla
arxa plana keçir. Belə olan halda teatrda səhnəqrafiyanın
rolu nə dərəcədə vacibdir?
– Mən buna bir qədər başqa
cür yanaşıram. Hamıya məlumdur ki,
tamaşaçıların, insanların 82 faizi, hətta bəlkə daha
çoxu informasiyanı göz vasitəsilə alır. Və
əgər bu vasitə korlansa, sıradan çıxsa,
tamaşaçı ötürülən informasiyanın
çox hissəsini itirəcək. Heç bir dekorasiyası,
vitrual təsviri olmayan, ancaq aktyor oyunu ilə məhdudlaşan
tamaşanı artıq başqa janra, başqa teatra aid etmək
lazımdır. Sadəcə olaraq teatrın forması dəyişir,
yəni obrazlılıqdan çox, informativ xarakter
daşıyır. Obrazdan, tamlıqdan, bütün sənətlərin
birləşməsindən bir qədər yayınır. Belə
teatrı bilmirəm necə adlandırmaq olar, ancaq klassik teatr
deyil. Teatr, mənim
üçün ən azından bütün sənətləri
birləşdirən təsvirli, obrazlı bir sənət
növüdür.
–
Ancaq razılaşın ki, ən mükəmməl, hətta ən
bahalı səhnə tərtibatı belə, tamaşanın
uğuruna zəmanət deyil…
- Əlbəttə. Maraqlı
dramaturgiya, rejissor traktovkası və məharətli aktyor
oyunu da vacibdir. Tamaşanın
uğurunu tək bir faktorda, birtərəfli işdə
görmək düzgün olmazdı. Minimalizm də pis deyil.
Ancaq istər dekorasiyadan, istərsə də minimalizmdən
tamaşada lazımi səviyyədə istifadə edilməlidir. Əsas odur ki, təəssürat
yarada bilsin, nəticə etibarilə obrazlara «işləsin». Tamaşaçı
lazımlı və istədiyi informasiyanı ala bilməlidir.
Yeri gəlmişkən, «Teleskop» tamaşasında da
gördüyünüz kimi səhnə tərtibatı olduqca
sadə idi. Hətta deyərdim, minimalizə tam uyğundur.
- Bəs sizdə tamaşanın
ilkin səhnə obrazı necə yaranır - əsərlə
ilk tanışlıq zamanı, yoxsa rejissorla iş prosesində?
- Hər iki halda yarana bilər.
Təbii
ki, dramaturgiya və rejissura çox önəmlidir.
Rəssam da öz növbəsində bilməlidir
ki, hansı teatrla əməkdaşlıq
edəcək, hansı
aktyorlar oynayacaq.
– Siz
özünüz bunların hər birini bilmədən əməkdaşlığa
razılıq vermirsiniz?
- Xeyr, mən hər bir şeyi
bilməliyəm. Bütün detalları
beynimdə götür-qoy
etməliyəm. Və yalnız
bundan sonra özümə həmin tamaşada bir «künc» tapa bilərəm.
- Ancaq Azərbaycan
teatrı ilə əməkdaşlığınızda istisna hal oldu.
Çünki, bu işbirliyinə Akademik Milli Dram Teatrının nə aktyor heyətini, nə rəhbərliyini, nə də əsər müəllifini tanımadan
razılıq verdiniz.
- İlk
dəfəydi belə
riskə gedirdim.
Daha çox rejissora güvəndim. Nə qədər
də olmasa, o sizinkidir, aktyorlarınızı
məndən daha yaxşı tanıyır.
Söhbətimizin əvvəlində də dediyim kimi məni, Bədaye Teatrının keçmiş direktoru sövq elədi. Bir də Bakını görmək marağım
və istəyim.
Çünki, yaşadığın müddətdə bilmədiklərini
görmək, tanımaq
istəyi varsa, deməli sən yaşayırsan.
- Siz 1959-cu ildən bu işlə
məşğul olursunuz.
Demək olar ki, yarım əsrdən çoxdur. Georgi Tovstonoqovla, Lev Dodinlə, eləcə də digər dünya şöhrətli
rejissorlarla işləmisiniz.
Səhnə işlərinizdə hansısa təkrarçılıq
olubmu?
– Səmimi deyə bilərəm ki, yox. Ancaq,
məsələn 30 il
əvvəlki ideyamdan
bəhrələnə bilərəm,
hansı ki, məndən başqa onu nə tanıyan,
nə də xatırlayan var. Amma bunu təkrarçılıq hesab
etməzdim. Bu ona bənzəyir ki, rəssam ömrü boyu eyni boyadan istifadə
edir, rəsm əsəri isə fərqli alınır.
Bu normal şeydir. Bizim sənətimizdə,
işimizdə xüsusi
bir formula var ki, mənə, tamaşa repertuardan çıxarılandan iki
il sonra
öz ideyamı başqa teatrda təkrarlamaq ixtiyarını
verir. Və bu hüququmuz
qanunvericiliklə tənzimlənir.
Məndə isə demək
olar ki, təkrar işlər yoxdur. Sizin teatrın tamaşası üçün də təkrar etməmişəm.
- Səhnə işlərinizdə
məhz sizə xas dəst-xəttiniz, və ya sevdiyiniz,
mütəmadi istifadə
eidyiniz bir priyomunuz varmı?
- Teatr rəssamının sevimli
üslubu olmamalıdır.
Əks halda bir rəssam
kimi mən tez relsdən çıxardım. Bakıya növbəti
gəlişimdə rəsm
əsərlərimdən ibarət
albomumu gətirib göstərəcəyəm. Baxarsınız, bəlkə siz
nəsə tapa bildiniz. Mənə demək çətindir.
Ancaq ideya etibarilə teatr rəssamının sevimli üslubu olmamalıdır. Mən əgər
hansısa detalı təkrar etsəm, deməli bunu rejissora zorla sırımış olacağam,
bu isə artıq xoşagələn
hal deyil.
- Siz həmi də
bir yazıçı
kimi tanınırsınız.
Bir çox kitablarınız nəşr
olunub və dünya dillərinizə çevrilib…
- Desəm ki, yazıçılıq
barədə arzularım,
xulyalarım vardı,
doğru olmaz. Hər şey təsadüf və gözlənilmədən
yarandı. Yazdığım hekayələri dostlar, tanışlar arasında danışdım, çox
bəyənildi. Hər kəs
fərqli və qeyri-adi üslübda yazdığımı deyirdi.
İlk olaraq Piterdə «Teatr» jurnalının rəhbəri Marina Dmitriyevskaya
hekayələrimi çap
etməyə başladı.
Sonra «Znamya», «
- Bəs hekayələrinizin
mövzusunu hardan alırsınız?
- Mövzu tapmaq problem deyil. Həyatımız elə özü
bir mövzudur.
– «Xaçla xaç
suyuna çəkilmişlər»
əsəriniz kimi digər əsərlərinizin
mövzusu da bioqrafik xarakterlidir?
- O kitab mənim kimi tarixin əngəllərinə
düşmüş insanlar
haqqındadır. Sovet dönəminin,
müharibənin düşərgə
həyatının ömrümüzdə
buraxdığı izləri
əks etdirmişəm
bu kitabda. Rusiya tarixinin gerçəkliyi heç kimə sirr deyil. Mənim, ailəmin və mənim kimi bir çox insanların, sözün birbaşa mənasında həyatın dibinə düşənlər haqdadır
bu əsər. Ancaq «Xaçla xaç suyuna çəkilmişlər» real motiv daşıyan yeganə əsərim deyil. «Mələklər və kuklalar» əsərimin qəhrəmanları
da real həyatda tanıdığım insanlardır.
Hətta
soyadlarını belə
dəyişdirməmişəm. Kitablarım dünyanın bir çox dillərinə tərcümə edilərək
dəfələrlə tirajlanıb.
- Bəs siz özünüzü
daha çox rəssam, yoxsa yazıçı hesab edirsiniz?
- Əlbəttə
ki, hər şeydən əvvəl mən rəssamam. Daha sonra isə yazıçı. Əslində
daxilən özümü
yazıçı hiss etmirəm.
Ancaq mən, yazıçılıq
edən ilk və son rəssam deyiləm. Məsələn, rəssam
Konstantin Korovin,
Leonardo da Vinçi, İlya Repin, Ejen Delakrua,
Sevda Babayeva
Kaspi. -2011. -2 iyun. –S. 9 .