Əhval-ruhiyyə adamı
Roberto Rossellini – «Roma – açıq şəhər», «Payza», «Stromboli, Tanrı torpağı», «Hindistan»,
«General Bella Rovere» və s. filmlərin müəllifinin adı İtaliyada əfsanə kimi xatırlanır. O, dünya kinosunda neorealizmin əsasını
qoyub. Rosselini 50-yə
yaxın kino və televiziya filmi çəksə də, kinematoqrafiya tarixinə məşhur hərbi trilogiyanın müəllifi kimi düşüb.
Roberto Rossellini 1906-cı ildə Romada doğulub. O şəhərdə
«Korso» və «Barberini» kimi ilk kinoteatrların arxitektorunun
oğlu idi. Ona görə Robertonu kinoteatrlara pulsuz buraxırdılar. Ali texniki
məktəbi bitirəndən
sonra Rossellini iş yerini tez-tez dəyişirdi. O, kinonu, avtomobil yarışlarını
və təyyarəni
sevirdi. 20 yaşı
olanda Roberto ürək
xəstəliyindən xəstəxanaya
düşdü. Bir çoxları
onun əsəb sarsıntısından əzab
çəkdiyini bildirirdi.
Valideynləri isə bunu gənclik ehtirası ilə əlaqələndirirdilər.
Bir ildən sonra o, Romaya qayıtdı və kabaredə işləyən Liliyan Kostanola ilə qızğın macərası
başlandı. 1931-ci ildə atasının ölümündən sonra
o, gənc aktrisa Assa Nora ilə münasibət qurdu.
Amma sonradan Liliyanın yanına qayıtdı.
Ancaq onların məhəbbət
macərası faciə
ilə bitdi. Liliyan narkotik dozasının çoxluğu üzündən
vəfat etdi.
Müharibə illərində Roberto Rossellini bir
tərəfdən köhnə
tanışı Vittorio
Mussolinin layihəsində
işləyir, digər
tərəfdən kino
sənayesində çalışır,
əl kamerası ilə gizli antifaşist reportajları
çəkirdi. 1938-ci ildə
o, ilk sənədli, 1941-ci ildə
ilk bədii filmini çəkdi. «Roma – açıq şəhər»
filmi müharibədən
sonrakı Avropa kinematoqrafiyasının yeni
manifesti kimi 1945-ci ildə ekranlara çıxdı. Rossellini
filmin ssenarisini Federiko Fellini və Sercio Amide ilə birgə hələ İtaliyanın
işğalı zamanı
yazmışdı. Film
İtaliya müqavimət
hərəkatı iştirakçılarının
faciəli taleyindən
bəhs edirdi. Film Kannn kinofestivalının
«Qızıl
Məşhur Hollivud prodüsseri Devid Selznik onu
Hollivud «fabrik»ində işləməyə
dəvət etdi. 1948-ci ildə «Roma açıq şəhər» filmindən
heyrətə gələn
Hollivud aktrisası İnqrid Berqman Roberto Rosselliniyə məktub yazaraq filmlərindən birində ona hansısa rol verməsini xahiş etdi. Buna cavab
olaraq Roberto aktrisaya «
Rejissorun 1959-cu ildə çəkdiyi və baş rolda Vittorio De Sikanın oynadığı
«General Dela Rovere» filmi Rossellinin sonuncu uğuru oldu. 1950-ci illərdə o
Hindistan haqqında çoxseriyalı sənədli
layihə həyata keçirdi. Çəkiliş meydanındaca onun yerli ssenarist Somali Daş Qupta ilə macərası başlandı. Sonradan həmin
qadın Rossellinidən
uşaq da dünyaya gətirdi.
Ancaq onun filmi prokatda
uğur qazanmadı.
1963-cü ildə Roberto Rossellini mətbuat konfransı keçirərək kinonun
ölməsi ilə əlaqədar televiziyada işləməyə başlayacağını
elan etdi. Bu barədə eşidən
Hiç Kok «Kino ölməyib, rejissor
Rossellini ölüb» - deyə
hirslə bildirdi.
Artıq
hamı hesab edirdi ki, yaradıcı
nöqteyi-nəzərdən Roberto Rossellininin yaxşı illəri arxada qalıb.
Roberto Rossellini kinoda 14-cü Lüdovik, Sokrat və başqa dahi şəxsiyyətlərin
film-bioqrafiyasını və
başqa tarixi layihələr həyata keçirdi. Onun stili fransız
televiziyasında çox
bəyənildi və
o janrda «14-cü Lüdovikin
hakimiyyətə gəlişi»
filmi çəkildi.
Bu filmdə də
bədii neorealizm prinsiplərinə əməl
olunurdu.
Dostları deyirdilər ki, Rossellini əhval-ruhiyyə adamıdır. O, gah hədsiz dərəcədə
aktiv, gah da həvəssiz olur. Rossellininin yaratdığı kino incilərini isə onun aktiv
fəaliyyəti ilə
əlaqələndirirdilər.
Rossellini 1977-ci ildə 71 yaşında Romada ürək tutmasından vəfat edib.
Təranə
Kaspi.- 2011.- 3 iyun.
– S. 15.