Bu oyunlar mənim xoşuma gəlmir 

 

Çingiz Abdullayev: “Hər şeyi biləndən sonra münsiflər heyətindən 10 nəfər imtina edəcək

 

Milli Kitab Mükafatının qalibi ilə bağlı yaranan qalmaqala dairAzadinform”un suallarını Yazıçılar İttifaqının katibi, münsiflərdən biri Çingiz Abdullayev cavablandırıb.

 

- MKM- baş verir? Niyə münsiflər heyətindən çıxdınız?

- Mən inanmıram ki, münsiflər bizim tanınmış yazıçılara bir bal, iki bal versinlər, digərlərinə isə 10 bal. Münsiflər bunu qəsdən ediblər mən bununla razı deyiləm. Mən Pərvizin əleyhinə deyiləm, hesablamanın əleyhinəyəm.

- Siz Pərvizə neçə bal verdiniz?

- Mən heç kimə aşağı bal vermədim. Bunu çap edəcəklər. Mən bütün iştirakçılara 5 10 bal arası səs vermişəm. Kiməsə əgər 1 bal versək, gərək digər münsiflər ona 10 bal versin ki, o, birinci olsun. Onlar qəsdən ediblər. Dörd münsif  bir-birilə razılaşıb, hər hansı əsərə bir bal verib. Mən münsiflər heyətindən imtina etdim heç vaxt iştirak etməyəcəyəm.

- Onluqda olan 10 əsəri oxumusunuz? SizcəYad dildəbirinciliyə layiq idi?

- Mən Məqsəd Nuru daha çox bəyəndim, nəinki Pərvizi ona Pərvizdən çox bal verdim. Hesab edirəm ki, Paşa Qəlbinur, Natiq Rəsulzadə, Azər Abdullanın əsərləri Pərvizin əsərindən yaxşı idi. Natiq Rəsulzadə Paşa Qəlbinur - finala qədər ən çox müzakirə olunan bu iki şəxs idi hamı deyirdi ki, onlar  münsiflərə özünü tapşırıb. Həmçinin Natiq Rəsulzadənin rusdilli əsərinin MKM- finala yüksəlməsini çoxları qəbul etmirdi.

- Sizin münasibətiniz necədir?

- Natiqi qəsdən çox müzakirə etdilər rus dilində yazıb, ona səs verməyin obrazı yaratdılar. Yəqin xəbəriniz var, Pərviz həm mkm.az saytında internet səsverməsinin qalibi olub. Birinci mən baxmışdım Natiq qabaqda idi. Sonra necə oldusa bir gün içində Pərviz birinci oldu. Bu oyunlar mənim xoşuma gəlmir. Düşünürəm ki, əgər milli mükafat veririksə, biz bunu ciddi şəkildə müzakirə etməliyik. Təbii ki, münsiflərin ixtiyarı var ki, kimə istəyir səs versinlər, amma mən daha olmayacağam.

- MKM- münsiflər heyətində 17 nəfər var. Sizcə, bu rəqəm çoxdur?

- İndi başa düşürəm ki, bu, qurulmuş bir şeydir. 17 nəfər olanda təbii ki, qruplaşma olur mən heç inanmıram ki, 17 nəfər bu əsərləri oxuyub. İstəsəm , istəməsəm , mən AYB-nin katibi olduğum üçün o əsərləri oxuyuram. Bəzi münsiflər heç o əsərlərin adlarını da eşitməyib ona zəng vurub deyirlər ki, buna bu qədər bal ver. Mən Nigar Köçərliyə artıq etirazımı bildirdim. Orda digər münsiflər hər şeyi bilmir, hər şeyi biləndən sonra münsiflər heyətindən 10 nəfər imtina edəcək. Biz istəmirik hər şeyi danışaq. Abırlı adam öz abrını saxlayır. Əgər onlar baş verdiyini bilsələr, Rafiq Əliyev, Vaqif Səmədoğlu, Rüstəm İbrahimbəyov, Cəmil Həsənli mütləq etiraz edib imtina edəcək

- Çingiz müəllim, biz bu barədə Rafiq Əliyevlə danışmışıq. O Pərvizin birinciliyə layiq olduğunu özünün ən çox səsi ona verdiyini bildirib. O, heç nəyə etiraz etmir.

- Olanları bilmir. Sizə söz verirəm ki, bu gün onunla danışacağam, bəzi şeyləri ona açıqlayacağam. Sabah artıq o bu sözü deməyəcək.

- Nəyi bilmirlər? Onlar əsərləri oxuyub səs veriblər.

- İnanın ki, bunun əsərlə bağlılığı yoxdur. Tələb edirəm ki, hər şeyi açıq şəkildə desinlər, söz azadlığı olsun. Amma görəndə ki belə oyun gedir...

- Oyunda kimin əli var?

- Bilirəm kimdir o. Amma indi mən bunu desəm... Adam utanır, mən öz abrımı saxlayıram. Əgər onlar hesab edirlərsə o əsər birinciliyə layiqdir, qoy səslərini versinlər. Bir şeyi qeyd edim, qalib Pərviz Yazıçılar İttifaqını, yazıçıları bəyənir. Əgər Pərviz bugünkü yazıçıları, ədəbiyyatı bəyənmirsə, niyə yarışmada iştirak edib özünü  yazıçı kimi təqdim edib? Bu bir çox səbəbdən mən imtina etdim.

 

 

Günel Əbilova 

 

Kaspi. - 2011. -7 iyun. –S. 8.