Uğur yalnız çətin əmək və əzmkarlıqla qazanılır

 

Xalq artisti Xuraman Qasımova yubileyini ailəsi ilə birgə qeyd edib

 

Azərbaycanın məşhur opera müğənnisi Xuraman Qasımova dünən 60 illiyini evdə, yaxınlarının və dostlarının əhatəsində qeyd edib. "Hamıya təşəkkürlər! Səhərdən hamı zəng edir məni təbrik edirlər, hamı məni sevir hörmət edir. Heç bir təmtəraqlı ziyafət olmayacaq. Mən yubileyimi evdə, yaxınlarımın və dostlarımın əhatəsində qeyd etmək qərarına gəlmişəm", - deyə dünən səhər Xuraman Qasımova Trend-ə bildirib.

 

1994-cü ildən bu günədək Qasımova Bakı Musiqi Akademiyasında vokal kafedrasının müdiridir, ustad dərsləri verir, gənclərə vokal sənətinin sirlərinə yiyələnməyi öyrədir. "Mən həmişə gənclərə tövsiyə edirəm ki, daima öz yaradıcılıqlarına tənqidlə yanaşsınlar. Heç vaxt yaddan çıxartmaq olmaz ki, səhnədə uğur yalnız çətin əmək və əzmkarlıqla qazanılır", - Qasımova deyib.

Qasımova 1951-ci il iyunun 6-da Bakıda anadan olub. 1970-ci ildə 23 saylı məktəbi bitirərək Ü.Hacıbəyov adına Konservatoriyaya daxil olub. Təhsilini uğurla başa vurduqdan sonra Opera Balet Teatrının truppasına qəbul edilib. Gənc yaşlarında "Liftçi qız", "Mən ki gözəl deyildim" "Həyat bizi sınayır" filmlərində baş rollarda çəkilib.

"Azərbaycanın xalq artisti Xuraman Qasımova yaratdığı kino obrazlarında özünü o qədər yaxşı göstərib ki, çoxları onun opera səhnəsinə gedişini Azərbaycan kinematoqrafiyası üçün itki hesab edirlər. O, kinoda öz rollarını o qədər aydın oynayıb ki, ona böyük karyera vəd edilib", - kinotarixçi Aydın Kazımzadə bildirib.

1977-ci ildə Qasımova gənc vokalçıların Cənubi Qafqaz Ümumittifaq müsabiqəsinin mükafatçısı olub. O, 1981-ci ildə Yunanıstanda Beynəlxalq müsabiqədə iştirak edərək birinci mükafat "Qran pri" - qızıl medal qazanıb. 1982-ci ildə Qasımova P.İ.Çaykovski adına Beynəlxalq müsabiqənin laureatı olaraq ikinci yeri tutub gümüş medal qazanıb. Qasımova tez-tez Sovet İttifaqının respublikaları xarici ölkələrə qastrol səfərləri edib. Onu Avstriya, İtaliya, Fransa, Yunanıstan, Portuqaliya, Norveç, ABŞ, Çin, Misir, Kuba, Türkiyə, Almaniya s. ölkələrdə alqışlayıblar. O, Opera Teatrının səhnəsində dünya, rus Azərbaycan klassiklərinin musiqilərini uğurla ifa edib. İfa etdiyi obrazlar arasında Mimi Müzetta (Puççininin "Boqema"sı), Sevil Dilbər ("F.Əmirovun "Sevili), Tatyana ("P.İ.Çaykovskinin "Yevgeni Onegin"i), İolanta (P.İ.Çaykovskinin "İolanta"sı), Zemfira (A.Rubinşteynin "Aleko"su), Aida (C.Verdinin "Aida"sı), Dezdemona (C.Verdinin "Otello"su), Toska (C.Puççininin "Toska"sı) s. var.

İfa sənətinin inkişafında böyük xidmətlərinə böyük töhfəsinə görə Qasımova Azərbaycanın dövlət mükafatına layiq görülüb 1986-cı ildə ona Azərbaycanın xalq artisti adı verilib. Professor Qasımova 1992-ci ildən 1998-ci ilədək İstanbul Universitetinin vokal kafedrasında dərs deyib.

Yubiley ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Xuraman Qasımovanın "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

 

 

Kaspi.- 2011.- 7 iyun.- S. 16.