“Turan” ansamblı İtaliyada konsert proqramında iştirak edib
İtaliyanın
Azərbaycanın zəngin mədəniyyət
nümunələrinin Avropada
təbliğinin genişləndirilməsi
məqsədilə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
dəstəklənən tədbirdə
sənətşünas Sənubər
Bağırova, xanəndə
Qoçaq Əsgərov
və “Turan” ansamblı iştirak edib. Nazirliyin beynəlxalq
əlaqələr və
mədəniyyət proqramları
şöbəsindən APA-ya verilən məlumata görə, tədbirin birinci günündə AMEA-nın
Memarlıq və İncəsənət İnstitutun
böyük elmi işçisi, sənətşünaslıq
namizədi, UNESCO-nun qeyri-maddi
mədəni irs üzrə eksperti Sənubər Bağırova
Azərbaycanın zəngin
mədəni irsi, tarixi, musiqisi haqda geniş mühazirə söyləyib.
Mühazirə zamanı Əqdəs
Bağırzadənin Bakının
19-cu əsrin sonları
və 20-ci əsrin əvvəllərindəki simasını
əhatə edən orijinal foto illüstrasiyalarından,
İçəri şəhərin
və İslam arxitekturasının nümunələrindən
ibarət, muğam, caz və aşıq
musiqisi ilə müşayiət olunan slayd-şoular göstərilib.
Konsert proqramında isə
“Muğam - Azərbaycanın
müqəddəs musiqisi”
- Qoçaq Əsgərovun
ifalarından ibarət
diskin təqdimat mərasimi keçirilib.
Sonra Qoçaq Əsgərov və onun “Turan”
ansamblı geniş proqramla çıxış
edib. Azərbaycan incəsənət ustalarının ifası dinləyicilər tərəfindən
rəğbətlə qarşılanıb.
Qeyd edək
ki, Azərbaycan İtaliyanın
Kaspi. -2011. -1 iyun.
–S. 15.