Ömür sürəti

 

 (şeir-esse)

 

həyatsurətçıxaran aparat sanki, qapağı altında tale yazısı,

bir parça kağız tək udar adamı,

udarçevirər, köçürər o biri üzünə son nöqtəsinədək

qapağı altındakı tale yazısın,  

sonra ötürər sonsuzluğa, ötürər asta-asta

bir üzü , bir üzü qara.

hara, nəyə baxsan bir həyat macərası, yəni bir həyat modeli.

 

deyirəm

kaş imkanın olaydı, oğul,

mərmərdən baş daşı qoyaydın məzarım üstə

qara hərflərlə yazılaydı sadəcə adım, bir doğum tarixi.

yalnız doğum tarixi. çünki, axı mən ölənlərdən deyiləm, oğul.

vallah, ölənlərdən deyiləm, dostlar.

ax, zalım dostlar, zalım dostlar!

demədiniz, demədimdeyilməyən sözlər qaldı

ömür əhvalatından sonra, nakam sözlər.

 

keçdiyin yolları(s) yaşadığın zamana(t) bölsən

ömür sürətini(v) tapa bilərsən:

v=s/t – bir adıömür yorğunluğu”.

gedib, gedib, yorulub qayıtdığın yollar var ha

üst-üstə gəl onları da

artar ömür sürəti, lap uçuşa bənzər.

 

bir çiçək qopub düşdü otağımdakı gül kolundan.

yoruldu deyəsən, yoruldudəqiq. asta-asta enirdi yorğun.

yox, uçurdu. uçurdu asta-asta yıxıldı döşəməyə, artıq ömür sürətisıfır.

tarazlıq halındabudağın, kolun üstündə yaşayar çiçəklər,

yaşayar güllər. yerindən qopdusa, elə hərəkətdə ölər, ömrü tükənər

ətrini, gözəlliyini itirməsə .   

gördünüz; hərəkətdə ölüm,

ölümdə gözəllik - bu da bir həyat macərası,

yəni bir həyat modeli, dostlar.

ax, zalım dostlar, zalım dostlar,

demədiniz demədim !

 

hara, nəyə baxsan bir həyat macərası.

hərəkətdə yaşayar

çiçəkdən, güldən fərqlitəsadüfi prosesdi insan.

bilməz onu gözləyər t(te) andan sonra, bilməz ki...

bilməz ki

başına gələcək bu zaman zəncirinin

bir zaman kəsiyində.

 

biri hərəkətdə yaşayar, o biri sükunətdə.

biri sükunətdə ölər, o biri hərəkətdə.

çiçəyin qırılıb keçdiyi yoldu – çiçəyin öldüyü yerdi

insan həyatı. bu da bir həyat macərası, həyat modeli.

 

hara baxsan, nəyə baxsan cürbəcür həyat macərası,

amma eyni həyat modeli, dostlar, - düzdür?

ax, zalım dostlar, zalım dostlar,

demədiniz demədim a!

 

 

Əli Şirin Şükürlü.

 

Kaspi.-2011.- 25-28 iyun.- S.15.