Ekzüperinin müəmmalı ölümü
Antuan de Sent-Ekzüperinin
sağlığında yazdığı əsərləri
bu gün də dünyada ən çox oxunan əsərləri
sayılır. Onun əsərlərində insana və onu əhatə
edən ətraf mühitə olan sonsuz sevgi və məhəbbətin
təbliğ edilməsidir. Təsadüfü deyil ki, məşhur
yazıçı və təyyarəçi əsərlərinin
birində yazır: “Dünyanı ancaq ləyaqət xilas edə
bilər, dünyanın ləyaqəti və xilas yolu isə
ancaq rəhimli, mərhəmətli olmaqda, yaradılmışların
hamısına məhəbbətdə və insanların
daxili dünyalarına hörmət edilməsindədir”.
Ekzüperiyə
həmin dövrdə böyük sürətə malik olan
qırıcı “Laytninq P-38” təyyarəsini idarə etməyi
tapşırmışdılar: “Mənim yaşımda hərbi
təyyarəni idarə etmək və özündən 6-10
yaş cavan pilotlarla hərbi qayda-qanunlara uyğun şəkildə
yaşamaq heç də asan deyil. Ancaq mən son
gücümü belə sərf edərək onlarla (gənclərlə)
ayaqlaşmağa çalışıram. Arzu edirəm ki,
gücüm tükənənə qədər bu murdar
müharibə başa çatsın. Bundan sonra nə edəcəyimi
çox yaxşı bilirəm” ( Jan
Pelisyeyə məktubundan, 9-10 iyul 1944).
İlk
döyüşə “Blok-174” hərbi təyyarəsi ilə
uçdu və tapşırığı uğurla yerinə
yetirdi. Sonra
o, işğal altında olan ərazilərin havadan şəklini
çəkdi. Buna görə də onu Fransanın ali
mükafatlarından olan “Hərbi xaç” la təltif etdilər.
Amma cəbhədə vəziyyət Fransanın xeyrinə
inkişaf etmirdi. 1940-ci ilin may-iyun aylarında Almaniya
Fransanı işğal etdi. Bundan sonra bir müddət ölkədə
qeyri-leqal şəkildə yaşayan Ekzüperi çətinliklə
də olsa işğal olunmamış ərazidə yaşayan
bacısının yanına gedə bildi. Amma
Fransanın işğal altında olması onu çox
sıxırdı və o, faşizmə qarşı
mübarizə üçün yollar axtarırdı. Ona
görə də faşistlərin əlaltısı olan
rejimin nəzarəti altındakı ərazidə uzun müddət
yaşaya bilmədi və çıxış yolunu ABŞ-a
mühacirət etməkdə gördü. Bir müddət
Nyu-Yorkda yaşadı və burada o, özünə
ümumdünya şöhrəti qazandıran “Kiçik
şahzadə” əsərini yazdı. Lakin Ekzüperi yenidən vətənə
qayıtmaq və almanlara qarşı döyüşlərdə
iştirak etmək istəyirdi. Bu məqsədlə də
1943-cü ildə Fransaya qayıdaraq, hərbi təyyarənin
sükanı arxasında oturdu. Bu dəfə Ekzüperiyə
həmin dövrdə böyük sürətə malik olan
qırıcı “Laytninq P-38” təyyarəsini idarə etməyi
tapşırmışdılar: “Mənim yaşımda hərbi
təyyarəni idarə etmək və özündən 6-10
yaş cavan pilotlarla hərbi qayda-qanunlara uyğun şəkildə
yaşamaq heç də asan deyil. Ancaq mən son
gücümü belə sərf edərək onlarla (gənclərlə)
ayaqlaşmağa çalışıram. Arzu edirəm ki,
gücüm tükənənə qədər bu murdar
müharibə başa çatsın. Bundan sonra nə edəcəyimi
çox yaxşı bilirəm” ( Jan
Pelisyeyə məktubundan, 9-10 iyul 1944).
Amma hələ öncəki,
daha sağlam və cavan olduğu illərdə o, bir neçə
dəfə qəzaya uğramış və hər dəfə
də tale üzunə gülmüş, sağ
qalmışdı. Ancaq hər dəfə də müalicədən
sonra yenidən cəsarətlə təyyarənin
sükanı arxasına keçərək, səmanın
ənginliklərinə baş vurmuşdu. Daim masmavi göylərdə
uçmaq onun həyatının ayrılmaz hissəsi idi və
balıq susuz yaşaya bilmədiyi kimi, bu böyük insan da səmasız
həyatını təsəvvür edə bilmirdi. O
özü də bilmədən inadla ölümə doğru
can atırdı.
Ölümlə ölməzliyə
Ekzüperi ölümün
addımbaaddım özünü izlədiyini və seçdiyi riskli yolun günlərin
birində onu əbədiyyətə apara biləcəyini
yaxşı anlayırdı. İş orasındadır ki,
Ekzüperinin qolunun yarısı yaxşı işləmirdi və
o, bu səbəbdən təyyarəsini olduqca çətinliklə
idarə edirdi. Son uçuşundan bir ay əvvəl qəzaya
uğramış və yalnız möcüzə sayəsində
ölümdən xilas ola bilmişdi. Amma heç kim, hətta
onun özü belə, ölümün qəfil və müəmmalı
şəkildə gələcəyini gözləmirdi. Bununla
belə, o sanki öncədən nə isə hiss etmişdi.
Son uçuşdan əvvəl dostu Pyer Dallozu
üçün belə bir qeyd qoymuşdu: “Əgər idarə
etdiyim təyyarəmi vursalar, onda buna (ölümümə)
görə təəssüf etməyəcəyəm”
1944-cü ilin 31 iyulunda Ekzüperi Korsika
adasındakı Borqo hərbi hava limanından idarə etdiyi təyyarə
ilə havaya qalxdı. Ona düşmən əraziləri
üzərində kəşfiyyat aparmaq tapşırılmışdı.
Necə deyərlər, tapşırıq olduqca riskli idi. Hərbi
təyyarəçilərin dili ilə desək düşmənlə
hava döyüşləri ilə müqayisədə kəşfiyyat
uçuşlarında sağ qalmaq ehtimalı olduqca az hesab
edilirdi. Çünki hər an kəşfiyyat təyyarəsini
yerdən vurulmaq təhlükəsi gözləyirdi. Bu
uçuş onu əbədiyyətə aparan və müəmmalı
ölümü ətrafında çoxlu sayda mif və rəvayətlərin
yaranmasına səbəb olacaq sonuncu uçuş oldu. Ekzüperi
bu uçuşdan bir daha geri qayıtmadı. Onun təyyarəsinin
vurulması, qəzaya uğraması və ya özünün
düşmən əlinə keçməsi barədə isə
uzun illər hər hansı bir məlumat əldə etmək
mümkün olmadı.
Ekzüperinin hansı şəraitdə
həlak olması ilə bağlı axtarışlar uzun
müddət bir nəticə vermədi. Buna baxmayaraq,
müharibədən sonrakı illərdə Fransa hökuməti
Ekzüperinin müəmmalı şəkildə həlak
olması ilə bağlı məsələni
araşdırdı. Bu məqsədlə faşist
Almaniyasının və onun
müttəfiqi İtaliyanın hərbi hava arxivləri
yoxlanıldı. Lakin ən gizli arxivlərdən belə,
Ekzüperinin təyyarəsinin vurulması və ya onun əsir
alınması barədə hər hansı bir məlumat tapmaq
mümkün olmadı. Artıq Ekzüperi ilə bağlı
əsl həqiqətin üzə
çıxarılmasının mümkün
olmayacağını görən Fransa hökuməti sonda
axtarışları dayandırmağa məcbur oldu.
Gözlənilməz
tapıntı
Ekzüperinin müəmmalı şəkildə
ölməsindən 54 il sonra, 1998-ci ildə gözlənilməz
bir hadisə baş verdi. Sentyabr ayının 26-sı idi.
Yağış yağır və tez-tez şimşək
çaxırdı. Buna baxmayaraq,
“Horizonta” adlı balıqçı gəmisinin sahibi Jan
Klod Byanko Marsel və Kassis
buxtaları arasında balıq ovunu davam etdirirdi. Sonuncu toru çəkərək
balıqları göyərtəyə tökən və
artıq getməyə hazırlaşan Byankonun gözlənilmədən
diqqətini parıldayan bir əşya cəlb etdi. Əvvəlcə,
buna fikir vermək istəmədi və parıldayan əşyanı
təsadüfən tora düşən bir metal
parçası hesab etdi. Ancaq bir qədər gedəndən
sonra özü də bilmədən geri qayıdaraq
parıldayan əşyanı əlinə götürdü. Bu,
pas atan köhnə gümüş qolbaq idi. Ehtiyatla
qolbağın üzərindəki pası təmizlədi. Qolbağın
üzərində əvvəlcə “Antuan”, sonra isə “
Sent-Ekzüperi” sözlərini oxuyanda heyrətdən
qışqırdı: “Bu ola bilməz.” Amma
qolbağın üzərindəki sözlər
açıq-aydın oxunurdu: “Antoine de Sant-Exupery (Consuelo), c/o
Reynal and Hitchcock Inc., 4th Avc,
Qolbaqdan əlavə, balıqçı toruna daha iki
aliminium parçaları düşmüşdü. Byanko uzun illər
Ekzüperinin izlərini dənizdə axtaran “Komeks”
kompaniyasının rəhbərinə tapıntı barədə
məlumat verdi. Bunun ardınca işə Fransa
hökuməti də qarışdı. Tapıntı
olan ərazidə 300-500 metr dərinlikdə 100 kvadrat kilometr ərazi
diqqətlə axtarıldı. Bu məqsədlə
xüsusi sualtı videokameralardan istifadə edilirdi. Lakin yenə də bu axtarışlar bir nəticə
vermirdi. Digər tərəfdən də,
yazıçının yaxın qohumu Frederik d'Aqe Ekzüperi
müraciət edərək, bu axtarışların
dayandırılmasını istəmişdi: “Bu qolbaq Antuana
1943-cü ildə hədiyyə edilib. Ancaq biz
istəmirik ki, qəzaya uğrayan təyyarəni axtararaq onun
ruhunu yenidən narahat edəsiniz. Vaxtilə
Antuanın anası Mari də oğlunun ruhunu sakit
buraxmağı və axtarışların
dayandırılmasını istəmişdi”.
Buna baxmayaraq, axtarışlar bir müddət də
davam etdirildi. Ancaq yenə də izə
düşmək və ədibin idarə etdiyi təyyarənin
qalıqlarını tapmaq mümkün olmadı. Ona görə də axtarışlar yenidən
dayandırıldı. 2000-ci ilin may ayında
dalğıc Luk Banrel gözlənilmədən 70 metr dərinlikdə
təyyarə qalıqlarına rast gəldi. O, dərhal bu barədə
Fransa hökumətinə xəbər verdi.
Təyyarənin qalıqları olan ərazi
xüsusi nəzarətə alındı və orada balıq
ovu, həmçinin hansısa axtarışlar qadağan
edildi. 2003-cü ildə, nəhayət ki,
tapıntı bölgəsində axtarışlara
başlanıldı. Mütəxəssislər
Banrelin dediyi yerdən dənizin dibindən təyyarənin
qalıqlarını qaldırdılar. Bu,
2737-L nömrəli təyyarənin kabinəsinin bir hissəsi
idi. Dərhal hərbi arxivə müraciət
edildi. Məlum oldu ki, o, Ekzüperinin idarə
etdiyi təyyarənin bir hissəsidir. Təyyarənin
digər qalıqları da aşkar edildi. Ancaq
onların heç birində mərmi deşikləri yox idi.
Üstəlik, faşist Almaniyasının düşmən hərbi
təyyarələrinin vurulmasını qeydə alan və bu barədə şəxsən
Hitlerə məlumat verilməsi üçün nəzərdə
tutulan gizli jurnalda da Ekzüperinin təyyarəsinin
vurulması barədə hər hansı bir məlumat yox
idi. Ona görə
də ekspertlər təyyarənin texniki nasazlıq və ya
Ekzüperinin özünə qəsd etməsi nəticəsində
qəzaya uğradığı ehtimalını irəli
sürdülər. Amma yenə də hadisənin
əslində necə baş verdiyini tam dəqiqləşdirmək
mümkün olmayıb.
2008-ci ilin mart ayında isə 1944-cü
ildə Korsika yaxınlığında nəzarət
uçuşlarını həyata keçirən alman təyyarəçi,
88 yaşlı Horst Rippert bəyan etdi ki, Ekzüperinin təyyarəsini
o vurub, ancaq pilotun məşhur yazıçı olduğunu
bilməyib.
Lakin buna da inanmaq
üçün əldə sübut yoxdur. Necə deyərlər,
Ekzüperinin hansı şəraitdə yoxa
çıxması bu gün də müəmma olaraq
qalmaqdadır.
Təranə
Kaspi.-2011.-
29 iyun.- S.15.