Turizm sektorunda tələb var, amma uyğun təklif gözə çarpmır 

 

İstirahət etmək istəyənlər dinclik axtarışında, turizm məkanları turist gözləntisində

 

Başlamaqda olan yay turizm mövsümü həm şirkətlər, həm istirahət edənlər üçün bir sıra qayğı problemlər gətirir: istirahət etmək istəyənlər bu dincliyi tapa bilmək üçün məkan axtarışında, turizm məkanları isə turist gözləntisində. Amma bu problemləri heç bütün ölkələrə şamil etmək olmaz. Hazırda bu təzadlı qayğılar Azərbaycanda yaşanır ki, burada da tələb var, amma uyğun təklif gözə çarpmır. Bəs turizm şirkətləri adıçəkilən sahənin canlanması üçün hazırda hansı işləri həyata keçirirlər? 

 

Tələbələr üçün yay məktəbləri

 

Bakı-Turturizm şirkətinin Daxili turizm üzrə meneceri Orxan Məmmədov şirkətin turistləri qarşılamağa həmişə hazır olduğunu deyir: ”Yerli turistlər üçün Azərbaycan bölgələrinə səfərlər təşkil olunur. Hazırda əsas işlərimiz yay məktəblərinin təşkilidir. Tələbələr üçün yay məktəbləri hazırlayırıq. Dünən birini Nabranda qurduq. Növbəti yay düşərgələri Qusar, Qəbələ, İstisu, Masallı s. yerlərdə qurulacaq. Yerli turizmlə bağlı gördüyümüz işlərin əsasən 60 faizi məhz bununla bağlıdır. Ailəvi ya qrup halında istirahətin təşkili üçün xidmətlərimiz var. Minimum qiymətlər, yemək qalmaq daxil olmaqla, adambaşına 20-25 manatdan başlayır. Regionların 80 faizində qiymətlərimiz belədir”. Menecer qiymətlərin endirilməsinə yenə baxıldığını deyir: ”Təbii ki, qrupların sayı artdıqca qiymətlər enir. Turistlər üçün təklif olunan əlavə xidmətlərə gəlincə, məsələn, Nabranda əsas istirahət dəniz diskotekalar hesabına təşkil olunur. Bundan başqa, balacaların əyləncəsi üçün hər cür şərait yaradılan pulsuz uşaq bağçaları fəaliyyət göstərir. Bilyard, tennis s. kimi xidmətlər isə ödənişlidir”.

 

 10 faizin yaratdığıbalacaproblemlər

 

Daha çox turisti cəlb etmək güzəştlərə gəlincə, O.Məmmədov müştərininBakı-Tur”u seçməsi üçün öz səbəbləri olduğunu deyir: ”Çünki yerlərdə bizim şirkətin öz otelləri, həmçinin icarəyə aldığı otellər var. Bu da qiymətlərin aşağı olmasına kömək edir. Turizm sahəsində 20 illik təcrübəmiz mövcuddur. Müştərilərin istirahətdən razı qayıtması üçün qarşımıza qoyduğumuz işlərin 90 faizinə nail ola bilirik. Daşınma yemək məsələlərində heç bir problemimiz olmur. Burada müştərilər ev yeməkləri ilə təmin olunurlar. Yalnız 10 faiz halda problemlər yarana bilir ki, bu da əksər hallarda otellərdə olan qeyri-peşəkar kadrlarla bağlıdır”. O.Məmmədov bu problemlərin personalın savadsızlığından ortaya çıxdığını deyir: ”Hazırda bu problemin həlli üçün 25 nəfərin hazırlanması ilə məşğuluq. Ümumiyyətlə isə turizm sektorunun inkişafı üçün əsas amil qiymətlərdir. Ona görə şirkətimizTurizm ili”ndə qiymətləri yenidən nəzərdən keçirməyi düşünür”.

 

««Gərək biz o yerləri 30-40 manata alaq ki...»

 

Şahanəturizm şirkətinin təsisçisi Sayalı Səfərova da şirkətlərinin mövsümə həmişə hazır olduğunu deyir. Amma problem şirkətlərin hazırlığından öncə başqa məsələlərdə özünü göstərir. Belə ki, ölkəyə gələn turistləri yerləşdirmək üçün yerli turizm şirkətlərində vacib amil otellərdə endirimlərin olmasıdır: “Tutaq ki, Antalyada 600 manata gedib, yemək, yol xərcləri, beşulduz otel daxil olmaqla, 10 gün müddətində qalmaq olur. Dünyanın hər yerində turizm şirkətlərinə endirimlər olur. Amma bizdə əksinədir. Məsələn, 170-200 manata Qəbələdə ya Qubada otelin qiymətini deyirlərsə, onu biz turizm şirkəti olaraq lap 150 manata alaq. Yenə sərf eləmir. Gərək biz o yerləri 30-40 manata alaq ki, müştərilərimizi orada yerləşdirək. Ona görə şirkətin xətti ilə daha çox xaricə göndəririk, nəinki Azərbaycana qəbul edirik. Ona görə sahibkarlar tərəfindən yerli şirkətlərə otellər, restoranlar s. üçün endirimlər olmalıdır”.

 

Turistlər üçün əngəllər

 

Belə bahalıq nəinki xarici turistlər, eləcə yerli turistlərin istirahətinə əngəl yaradır. Əgər bölgələrimizə getsəniz, 30-40 manata normal otel tapa bilməyəcəksiniz. 30 manatlıq oteldə siz qalmazsınız. Biz qonaqlarımızı orada saxlamarıq. Yaxşı, keyfiyyətli otellərdə, məsələn. QəbələdəQafqaz Resort”da ən aşağı qiymət 150-170 manatdır. Bundan aşağı qiymətə yer yoxdur. 170 manata 3 gün qalmağın xərci 600 manata yaxınlaşır”. Bu xərclə isə müştəri Türkiyədə istirahəti Azərbaycandan üstün tutur. Belə yüksək qiymətlərin qarşılığında təklif olunan xidmətlər yetərli deyil. Bir sözlə, xidmətlərlə qiymətlər arasında heç bir uyğunluq yoxdur. Turizm sahəsi bu gün peşəkar kadr qıtlığından da əziyyət çəkir: ”Oteldə çalışanlar da gərək oxusunlar, insanlarla necə rəftar etməyi, xidmət göstərməyi öyrənsinlər. Yəqin xaricdə təhsil alanlarımız geri döndükdən, eləcə Azərbaycan Turizm İnstitutunun məzunları işə başlayandan sonra problem aradan qalxar”.

 

Turist ikinci dəfə o ölkəyə gəlməz

 

S.Səfərova xarici turistlərin gəlməsi üçün respublikada bütün şəraitin yaradılmasını da vacib sayır: ”Turist ölkəyə gələndə bilməlidir ki, servis baxımından hər rahatlığı var. Servis olmasa, turist ikinci dəfə o ölkəyə gəlməz. Ona görə aeroportdan başlamış şəhərin içinə qədər hər cür imkan yaradılmalı, hər cür servis olmalıdır”. Belə ki, turlar formalaşdırılmalı, tərcüməçilər olmalıdır: ”Turistin kirayə maşın götürüb şəhərə çıxması üçün aeroportun içində xüsusi maşınlar olmalıdır. Turist aeroporta çatan kimi turlar barədə bütün informasiyanı ala bilməsi üçün xüsusi yerlər olmalıdır. Xaricdə otelə yaxınlaşıb tur etmək istədiyini deyəndə o saat bütün təşkilatı qruplara zəng edir lazımı nəqliyyatları da təşkil edirlər. Bunlar elementar məsələlər olsa da, həlli çox vacibdir. Belə şeylər hazırda bizdə yoxdur. Əvvəlcə bunlar olunmalıdır ki, ölkəyə turist rahat gəlsin”.

 

Aktuallığını saxlayan viza problemləri

 

Viza problemləri bu gün aktuallığını saxlayır: ”Gələn qonaqların vizalarının alınmasında da çətinliklər var. Bütün dünyada belədir ki, hansı ölkədən gəlsən aeroportun içində vizanı vururlar içəri rahat girirsən. Keçən dəfə bizdə İrandan gələn 20 nəfəri geri qaytardılar. Bu qədər düzgündür?”   

Problemlərin həlli ilə bağlı vəziyyətə gəlincə, şirkət rəhbəri yerli şirkətlərin iştirakı ilə Mədəniyyət Turizm Nazirliyində bu istiqamətdə müzakirələrin aparıldığını deyir: ”Təkliflərimi orada söylədim bildirildi ki, yerli şirkətlərə otellərin qiymətlərinin endirilməsi ilə bağlı tapşırıqlar veriləcək. Bəlkə 5-6 ilə bizdə turizm sahəsində problemlər həllini tapar. Bu gün hökumət bu sahənin inkişafı üçün əlindən gələni edir. Amma bu məsələlər gərək yerində həllini tapsın. Bu sahədə çalışanlar təhsil almalı, treninqlərdən keçməlidirlər. Hətta otel xidmətçisinin özünə təhsil lazımdır”.

 

500 manatlıq tur, 1000 manatlıq alver siyasəti

 

Hələlik isə Azərbaycanda turizm sektoru gücünü xarici daxili turistlərin normal istirahəti üçün problemləri həll etməyə yönəltməlidir: ”Bu gün deyə bilmərik ki, biz  Dubay, Türkiyə kimi hazırıq. Hətta Gürcüstanda da turizm çox inkişafdadır. Orada 200 manata gözəl turlar təşkil edilir ki, adam ləzzət alır. Amma biz xaricə can atırıq. Çünki orada qiymətlər ucuzdur”. Xarici ölkələrdə qiymət siyasətinin düzgün qurulduğunu da deyən S.Səfərova ucuz başa gələn belə istirahət məkanlarının yanında turistlər üçün bahalı mağazaların fəaliyyət göstərdiyini deyir. Belə ki, yol otel xərci az çıxsa da, turistlər istər-istəməz olduqları ölkəyə məxsus mağazalara baş çəkməli olurlar. Otellərin yanında olan belə mağazalardakı bahalığa isə həmin ölkəyə daha sərfəli qiymətlə istirahətə gəlmiş turistlər, demək olar ki diqqət etmirlər: ”Deməli, bizdə belə olmalıdır. Turlar aşağı olmalı, yanında da belə mağazalar, servislər olmalıdır ki, gələnlər alver edə bilsinlər. Yəni gələnlər oteldə 500 manata qala bilsin, 1000 manatlıq isə alver etsin”. 

 

 

Həqiqət İSABALAYEVA

 

Kaspi. -2011. – 17 may. –S . 6.