Həyat, sən
nə ŞİRİNsən…
Bir gün harada olduğumu çətinliklə
anlayacaq, anamı belə tanımayacaq halda xəstəxanada
oyandım…
İnsan orqanizmində
hər saniyə milyardlarca
hüceyrə arasında
sıx və səssiz əlaqə yaranır. Bu
əlaqə sayəsində, hədsiz dərəcədə
çox yesək belə,
qanda şəkərimiz
o qədər də yüksəlmir, yaxud uzun müddət
ac qalmağımıza
baxmayaraq, bədənimiz qlükoza
tapır və onu beyinə göndərir.
Nəticədə, həyatımızı normal
şəkildə davam
etdiririk.
Amma bəzən heç bir səbəb olmadan həyatı hər zaman sevinclə keçmiş məsum bir uşağın mədəaltı vəzisi lazımi qədər insulin istehsal etmir. Bu zaman hüceyrələr arasındakı o səssiz əlaqə pozulur. Sakit işləyən orqanizmdə diabet adlı güclü fırtına qopur. İnsulin olmadıqda hüceyrələrin üzərindəki qlükoza qapıları açılmır, nəticədə ac qalan hüceyrələrin səs-küyündə yağ toxumaları şəkərə çevrilir. İstifadə edilməyən şəkər isə qan damarlarının içərisinə yığılır. Həqiqi bioloji faciə baş verir. Bədənin hər yeri şəkərlə dolu olsa da, hüceyrələri ac qalan daha bir gül üzlü uşaq iki qoluna sistem taxılmış vəziyyətdə xəstəxanaya gətirilir. Aynur kimi, Nigar, Tural kimi, Gülər kimi...
“Adım Aynurdur.
13 yaşım var.
Diabet xəstəsiyəm, ancaq mənə “diabetli” deyəndə
heç
xoşum gəlmir. Mən şirin-şəkər
qızam. Əslində,
mən başqa uşaqlardan o qədər
də fərqlənmirəm.
Məktəbə gedirəm,
dostlarımla oynayıram,
kitab oxuyuram, piano çalıram... Amma bir az da
onlardan fərqliyəm.
Bu fərqi daha çox yemək saatlarında hiss edirəm.
Şəkər qız
olduğum üçün
istədiyim qədər
tort, şokolad yeyə
bilmirəm. Buna görə
çox təəssüflənirəm.
Əvvəllər elə düşünürdüm
ki, təkcə mən sevdiyim şirniyyatlardan imtina etmək məcburiyyətindəyəm.
Ancaq zaman keçdikcə bunun belə olmadığını
anladım. 15 yaşlı
bacım da mənim sevdiyim şirniyyatlardan yemir. Hətta bir dənə şokolad belə ağzına qoymur. Çünki kökəlməmək üçün
həmişə pəhriz
saxlayır. 45 yaşlı
bibimin isə miqreni var. Çox şiddətli və uzun müddətli baş ağrılarından
əziyyət çəkir.
O da şokolad yemir. Bu sehirli dad baş ağrısının
başlamasına və
artmasına səbəb
olur. Hələ nənəmdən danışmıram.
O daha uzun yaşamaq üçün
son günlər pəhrizə
başlayıb…
Təəssüf ki, dünyada milyonlarla insanın, mənim kimi minlərlə oğlan, qız uşaqlarının
əziyyət çəkdiyi
şəkərli diabet
xəstəliyi haqqında
insanlar çox az məlumatlıdırlar.
Bəzilərinin bildikləri
isə yanlışdır.
Bunu onlarla ünsiyyətdə olduqda
daha çox anlayıram. İlk dəfə
Bir gün harada olduğumu çətinliklə
anlayacaq, anamı belə tanımayacaq halda xəstəxanada oyandım. Bir müddətdən sonra I
tip şəkər xəstəsi
kimi evə qayıtdım. Qısa müddətdə alışdığım
həyat tərzim dəyişdi və artıq “şəkər”
sözü mənə
sevimli şirniyyatları,
konfetləri deyil, xəstəliyimi xatırlatmağa
başladı. Hər
kəsin mənə körpəlikdən bəri
qorxduğum iynə barədə maraqlı oyuncaqdan danışırmış
kimi söz açmasından çox
təəccüblənirdim. Sonra… Artıq şəkər qız qorxularına qalib gəlib, insulin iynəsinə
alışıb. Qan şəkərini ölçməyi
və onu normada saxlamağı, özünü müalicə
etməyi, müxtəlif
vəziyyətlərdə insulinin
dozasını nizamlamağı,
diabetin səbəb olacağı problemlərdən
qorunmağı, bir sözlə, diabetlə birlikdə müstəqil yaşamağı, ona qalib gəlməyi öyrənib.
Bu həyatın mənə sürprizi idi. Yaxşı, yoxsa pis sürpriz olması barədə hələ qərar verə bilməmişəm.
Şəkər qız olmazdan əvvəlki illərlə
müqayisədə daha
düzgün həyat
tərzim var. Artıq
özümü bədənimin
detektivi kimi hiss edirəm. Orqanizmimdəkı
dəyişiklikləri çox
tez duyuram. Düzgün və lazımi qədər qidalanıram, yuxu rejimimə diqqət edirəm, kədərli hadisələrdən uzaq olmağa çalışıram.
Bunları nəzərə
alsaq, şəkər
yaxşı sürpriz
sayıla bilər.
Amma hər gün insulin iynələrini vaxtında
vurmaqdan və sonra qan şəkərimin
səviyyəsini yoxlamaqdan
yoruluram. İynələr
məni incidir, ancaq onları unutduğum zaman da bədənim təhlükədən xəbər
verən siqnallar göndərir. Anam, atam daim məni
izləyir. Bəzi şeyləri etməyə,
məsələn, rəfiqəmgildə
qalmağa icazə vermirlər. Kiçik qardaşım istədiyi hər şeyi yeyə bilir və mənim yanımda yediyi üçün çox əsəbləşirəm. Qısqanclığımdan
mən də onun yediklərindən gizlin yeyirəm. Sonra isə… Offff… Bunları düşünəndə isə
şəkərin, əlbəttə
ki, pis sürpriz
olduğuna inanıram.
Əgər imkanım olsaydı,
dünyadakı bütün
şəkər uşaqlarla
söhbət etmək,
onların nə hiss etdiklərini, nə düşündüklərini bilmək
istərdim. Çünki
bəzən elə bilirəm ki, təkcə xəstə mənəm.
Görəsən, mən həqiqətən
şəkər qızam,
yoxsa yuxu görürəm? Bu bir yuxu olsaydı, Aya uçmaq istərdim. Mən çox kiçik yaşda olanda nənəm hər zaman Ayın pendirdən hazırlandığını
və içərisində
Pendir Şahzadənin
oturduğunu, onun hər il böyüklərini
incitməyən uşaqlara
hədiyyələr gətirdiyini
deyirdi. Məncə isə, Ay şəkərdən
düzəlib və içərisində Pendir
şahzadə deyil, Şəkər şahzadə
oturub. Şəkər
şahzadə hər il 14 noyabrda mənim kimi şəkər uşaqlara
hədiyyələr gətirir.
İlk hədiyyəni
isə insulini kəşf edən həkim Frederik Bantinq verir. O olmasaydı, bu gün mən şəkər qız kimi yaşamazdım. Çünki onun tapdığı insulin iynəsi
bir az tənbəlləşən
mədəaltı vəzimin
işini yerinə yetirir və orqanizmim yaxşı çalışır. Və
mən insulin səviyyəsini
qoruyaraq dünyadakı
ən böyük krallığa – yəni bədənimə həyat
verirəm. Bildiyimə
görə, bütün
şəkər uşaqlar,
təəssüf ki, bu şansa sahib deyillər. Ona görə də bütün dünyaya qışqırmaq istəyirəm:
Şəkər uşaqları
yalnız qoymayın, qoy onlar xatırlanmaq
üçün Şəkər
şahzadənin gəlişini
gözləməsinlər”.
Növbəti məktubu açıram,
Gülərin məktubunu...
“Şəkərli diabet olduğumu 7 yaşımda
öyrənmişəm. İndi
14 yaşım var. Məndən
necə olduğumu soruşanda hər zaman “özümü əla hiss edirəm” cavabını verirəm. Məni tanıyan insanlar deyir ki, bu yaşda
şəkərli diabet
kimi ciddi xəstəlikdən əziyyət
çəkməyinə baxmayaraq,
çox optimistsən,
hər zaman gülər üzlüsən.
Bunu necə bacardığımı soruşurlar.
Onlara çox qısa cavab vermək istəyirəm. Hər səhər oyananda, özümə “Gülər, bu gün iki
seçimin var. Ya əhvalın
çox pis, ya da çox
yaxşı olacaq” deyirəm. Mən ikincini seçirəm. Əgər təsadüfən
hansısa xoşagəlməz
hadisə baş verirsə, yenə iki seçimim olur: depressiyaya düşmək, hadisədən
müsbət nəticə
çıxarmaq. Mən
başıma gələn
xoşagəlməz hadisələrdən
nəticə çıxarmağı
seçirəm. Kimsə
mənə nədənsə
şikayət edirsə,
yenə iki seçimim var: ya şikayəti qəbul etmək, ya da ona
həyatın müsbət
tərəflərini göstərmək.
Mən həyatın müsbət tərəflərini
göstərməyi seçirəm.
Həyat seçimlərdən
ibarətdir. Hər birimizin həmişə ikincini seçməyə
şansımız və
haqqımız var. Mən
hər gün həyatı xoşbəxt
yaşamağı seçirəm.
Bütün insanların,
xüsusən də uşaqların xəstəliklərə,
hər cür xoşagəlməz hadisələrə
rəğmən, xoşbəxtliyi,
gözəlliyi, müsbət
əhval-ruhiyyəni, sevgini,
sevinci seçməsini
istəyirəm.
Fredrix Nitsşenin “Məni öldürməyən yara
daha da gücləndirir”
ifadəsini həyat devizimə çevirmişəm.
Məni öldürməyən
xəstəliyim mənə
güclü olmağı,
həyatı gözəl
yaşamağı, onun
qədrini bilməyi öyrədir. Həkimimin
mənə verdiyi ilk dərman bir məsləhətdən ibarət
idi: “Bundan sonra xəstəliyinlə dost olacaqsan”.
Mən bu dostluğu bacardım. Düzdür, bəzən
xəstəliyimi unutduğum
anlar da olur. Həmin an şəkərli diabet xəbərdarlıq edir,
“bu, dostluğa yaraşmaz” deyir. Mən isə xəbərdarlıqdan nəticə
çıxarıram. İllər
xəstəliklə dost olduğum
müddət ərzində
onun düşmənə
çevrilmədiyini öyrətdi.
Mən şəkərli diabetdən
əziyyət çəkən
bütün uşaqlara
demək istəyirəm
ki, dünya təkcə sağlam olan insanların deyil, hər birimizindir. Ona görə də özünüzü çox
sevin, yaşamaqdan həzz alın. Həyat şirindir, bizim həyatımız isə şipşirindir”.
Ülvinə Fərzəliyeva
Kaspi. – 2011. -19 may. –S. 9.