Türk törəsi pozulmaz, Türk ulusu əyilməz! 

 

Türkiyənin Kanal D televiziyasının “Şəffaf oda” proqramının aparıcısı Güneri Cıvaoğluya açıq məktub

 

Sizin hazırladığınız proqramı Bakıdan çoxları izlədi, Güneri bəy. Bəlkə Azərbaycanın yarıdan çoxu desəm səhv etmərəm. “Sarı gəlin” mahnısını erməni xalq mahnısı kimi təqdim etməyinizə olan təəssüratlarımızın necəliyi isə yəqin ki, artıq “Facebook” sosial şəbəkəsindən və internet səhifələrindən sizə yaxşı məlumdur. Məncə bu bizim illərlə apardığımız mücadiləyə bir cavab yox, siz tərəfdən xaincəsinə atılan bir addım idi. Və bu “uğurunuza” görə sizə təşəkkür edirik.

 

“Sarı gəlin” kimi bir mahnını erməni xalq mahnısı kimi milyonlarla Türk tamaşaçısına təqdim etmək ən azı onlara olan rəğbətin sonsuz nümayişidir desəm məncə səhv etmərəm. Bu sizin onlara olan sevgi və sayqılarınız, bizə olan xəyanətiniz idi, Güneri bəy! 

Amma təəssüflər olsun ki, Azərbaycanla Türkiyənin münasibətlərinin pozulmasını istəyən sizin kimi insanlar olub və bundan sonra da olacaqdır, Güneri bəy! Diqqətinizə onu da çatdırım ki, sizin kimilərin “uğur” qazanmaq naminə etdiyi bu hərəkətlər Türkiyə və Azərbaycan dostluğunu, qardaşlığını  poza bilməz! Bundan əmin olun! Çünki içimizin, qəlbimizin Türk və Turan sevgisi o qədər böyükdür ki, başqa cür ola da bilməz...

Biz “bir millət iki dövlət”ik. Ulu öndər, dünya şöhrətli şəxsiyyət Heydər Əliyevin illər öncə dediyi bu deyim zaman-zaman öz təsdiqini tapmaqdadır...

Düzdü sevgilərimizə, məhəbbətimizə bəzən bilərəkdən, bəzən bilməyərəkdən kölgələrin düşdüyü anlar da olmamış deyil. Təəssüflər olsun ki, türkçülük turançılıq ideyalarına bu kölgələri salan sizin kimiləridir, Güneri bəy! Amma sonsuz sevgimiz bütün yanlışları düzəltməyə yetər məncə.

Mən Türkiyədə nəşr olunanAxşamqəzetinin 24 noyabr 2009 sayındakıBizi yok sayamazadlı ermənipərəst yazını da xatırlatmaq istərdim. Türkiyənin ən nüfuzlu qəzetinin elə ənnüfuzlujurnalisti Nagehan Alçenin o yazısını oxuyanda içimdən bir tel qırıldı həmin gün. O xanımın Güneri bəy, sizin kimi bilərəkdən elədiyi yanlış da elə sevgilərimizə, məhəbbətimizə saldığı kölgələrdən biri idi deyə bilərəm. Çünki Türkiyədə nəşr olunan yetərincə tanınmış bir qəzet Qarabağın Ermənistana birləşməyinin demək olduğunu bilə-bilə bundan bəhs edirsə, Kanal D kimi kifayət qədər bir tanınmış televiziyanın ekranlarındanSarı gəlinerməni xalq mahnısı kimi təqdim olunursa buna başqa ad vermək olar görəsən?! Yəqin  ki, heç ! Bunu qəti dedim!

Çünki biz Türkiyənin uğurunu da, itkisini özümüzünkü bilmişik. Ali tribunalarda qazandığımız qələbədən isə canı bir, qanı bir qardaşlarımıza da pay düşdüyünü fikirləşmişik daim.

Elə bu günlərdə Azərbaycanın “Eurovision-2011”-də qazandığı qələbəsinin Türkiyənin qələbəsi olduğunu Avropa çapında nümayişi bunun sübutu deyilmi?! Nigar Camalın dalğalandırdığı Türkiyə bayrağı milyonlarla insana Azərbaycan-Türkiyə qardaşlığına heç kəsin kölgə sala bilməyəcəyinə həm bir mesaj idi. O gün heç kəs niyə Azərbaycan bayrağı deyil, Türk bayrağı dalğalandırıldığını ağlına belə gətirmədi. Çünki biz bu bayraqları bir-birindən heç bir zaman ayırmadıq, onlara olan sevgilərimizdə belə fərq olmayıb, olmayacaq da. Çünki içimizin Türk sevgisi o qədər böyük əlçatmaz ki, başqa cür mümkün deyil.

Babasının, əcdadının qəbrini Qarabağda axtaran, özgə torpağına, özgə mədəniyyətinə, özgə incəsənətinə sahiblənməyə adətkərdə olan ermənilərə deyəcək sözə belə heyfim gəlir. Yapma, düzəltmə, saxta tarix yaza-yaza yaşayanlara mən yalnız zavallı kimi baxıram. Sadəcə, o separatçıları türk tamaşaçılarına, türk oxucularına haqlı kimi göstərən sizin kimi ermənipərəst jurnalistləri vadar edənin olduğunu bilmirəm. Amma həm Kanal D-nin yaradıcı heyətinə, həm Güneri bəy sizə, üzümü tutub deyirəm, mənim təsəvvürümdə bir erməni var. Əli qana batmış, cəllad. Mənim torpağımda, mənim doğulduğum yurdda at oynadan qan içən, cani. Uşaqlıq, gənclik xatirələrimin üstündən çalın-çarpaz xətt çəkən, doğma qəbirlərimə əlimi uzanalı qoyan bir separatçı. Sizin kimijurnalistlərisə düşmən fitvası ilə Böyük türkün nüfuzuna, iki qardaşın dostluğuna xələl gətirənlərdənsiniz.

Amma məncə Bursada keçirilənTürkiyə-Ermənistanmilli matçında bayrağımıza qoyulan qadağa, Wikileaks sənədlərində”ki, böhtan dolu yazılanlar heç bir gərginliyə səbəb ola bilmədi. Çünki hər kəs bunun Böyük Türkün şərəfinə, iki qardaşın dostluğuna xələl gətirmək məqsədi ilə edildiyini anladı. Çünki qardaşla-qardaş arasında düşmənçilik ola bilməz. Olsa-olsa küskünlük, inciklik olar. Onu da düzəltməyə bəhanə axtarar qanı bir, canı bir qardaşlar.  Biz bir ananın övladlarıyıq. Qopa bilmərik bir-birimizdən. Qopa bilmərik dünənimizdən, bu günümüzdən, sabahımızdan. Çünki Türk törəsi pozulmaz, Türk ulusu əyilməz, deyiblər !

 

 

Aygün Həsənova

jurnalist 

 

Kaspi.- 2011. – 24 may .-S.15.