Mədəniyyətlərarası dialoqun
davamı
Nazir müavini: “Uşaq
yaşlarından kukla teatrına gedən və
tamaşaçı kimi yetişən uşaqlar
böyüdükdə, böyük teatrların
tamaşaçılarına çevrilirlər”
Noyabrın 2-də Akademik Milli Dram Teatrda «Şərq və Qərbin Kukla dünyası ideya, təşəkkül, texnika» adlı elmi simpozium keçirilib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyası və TÜRKSOY Uluslararası Türk Kültürü Təşkilatının təşkilarçılığı ilə keçirilən və Beynəlxalq Kukla Teatr Festivalı çərçivəsində baş tutan simpoziumda nüfuzlu beynəlxalq teatr təşkilatlarının rəhbərləri iştirak ediblər.
Belə ki, tədbirə
UNİMA-nın baş katibi
Jak Trüdeu ,
UNİMA-nın vitse-prezidenti Stanislav Dubrava,
UNİMA-Türkiyə Milli Mərkəzinin
prezidenti Mövlut Özhan, ASSİTEJ-in prezidenti İvet Nard, Teatr Tənqidçiləri
Beynəlxalq Assosiasiyasının Baş Katibi Mişel Vals, BTİ-nin Yaxın
Şərq Ölkələri üzrə koordinatoru
İbrahim Assiri,
Fuceyra Beynəlxalq Monodram
Festivalının direktoru Məhəmməd
Saif Əl Alkham, İliya Universitetinin rektoru Levan Xetaquri
qatılıb.
İşıqlı
məqam axtarışı
Sənətşünaslıq
doktoru, professor Məryəm Əlizadə bu festivalın son
dövrdə Azərbaycanda keçirilən yüksək səviyyəli
forumlar, beynəlxalq festivallar, sərgilər və s. çərçivəsində
təşkil olunduğunu bildirib. M.Əlizadə16 ölkəni
təmsil edən kukla teatrlarının
qatıldığı festivalı mədəniyyətlərarası
dialoqun davamı adlandırıb.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev simpoziumun Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi devizi altında həyata keçirildiyini bildirib. Nazir müavini ölkəmizin müstəqillik yolunda çoxlu qanlar töküldüyünü də xatırladıb. “4 il sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında Azərbaycanda ilk dəfə olaraq «Mədəniyyət haqqında» qanun qəbul olunub. Bu qanunda böyük bir bölüm teatr fəaliyyətinə həsr olunub. 1998-ci ildə post-sovet məkanında ilk dəfə olaraq ulu öndərin təşəbbüsü və sərəncamı ilə ölkəmizdə ömrünü teatr quruculuğuna həsr edən sənət adamlarına – aktyorlara, rejissorlara ömürlük 1000 manat həcmində təqaüdlər verilməyə başlayıb. Bu gün həmin adamların sayı 300-ə yaxındır. 2002-ci ildə yeni bir sərəncamla hər il 100 nəfərə ayda 500 manat prezident təqaüdləri verilir”. Nazir müavini qeyd edib ki, 2006-cı ildə respublika prezidenti İlham Əliyevin təşəbbüsü ilə post-sovet məkanında və Azərbaycan tarixində ilk dəfə olaraq «Teatr haqqında» qanun qəbul olunub. Belə ki, qanunda teatr fəaliyyətinin bütün gözə görünən və görünməyən sahələri tənzimlənib. 2007-ci ildə artıq qanundan irəli gələn məsələləri asanlaşdırmaq və sürətləndirmək məqsədilə prezident İlham Əliyev «Azərbaycan teatrının maddi-texniki bazasının yaradılması» haqqında sərəncam imzalayıb. Nazir müavini qeyd edib ki, məhz həmin sərəncamın nəticəsidir ki, Akademik Milli Dram Teatrı, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Ağdam, Mingəçevir teatrları ən yüksək səviyyədə təmir olunub. Bir neçə aydan sonra Musiqili Komediya Teatrı əsaslı təmirdən sonra qapılarını tamaşaçılarının üzünə açacaq. O cümlədən, bir neçə teatrın bina məsələsi köklü şəkildə həll olunub. Növbəti illər üçün Azərbaycanın bölgələrində teatr binalarının tikilməsi nəzərdə tutulub. Opera Teatrı gələn il əsaslı təmirə dayandırılacaq. Ə.Vəliyev diqqətə çatdırıb ki, ölkə başçısı ilk dəfə olaraq «Azərbaycan teatrı 2009-2019-cu illərdə» adlı dövlət proqramını təsdiqləyib. “Artıq Azərbaycan teatrları beynəlxalq teatr institutları və mədəniyyət təsisatları ilə sıx əlaqələr qurmağa başlayıb. İlk dəfə olaraq keçən il Beynəlxalq Bakı Teatr Forumu keçirildi. Dünyanın 30 ölkəsindən 70-dən çox teatr sənətinin biliciləri Azərbaycana toplaşdılar. Bu gün Azərbaycan teatrlarının sorağı xarici ölkələrə qastrollardan gəlir. Azərbaycan rejissorları xarici ölkələrə tamaşalara quruluş verməyə dəvət olunurlar. Eləcə də bir çox beynəlxalq layihələr həyata keçirilir».
Kukla teatrlarının gedəcəyi yol
Nazir
müavini Kukla Teatrları Festivalı çərçivəsində
noyabrın 4-də Azərbaycanda ilk dəfə olaraq 12
dövlətin qoşulduğu kuklaların sərgisinin həyata
keçiriləcəyini bildirib.
Nazir
müavininin sözlərinə görə, bir neçə
gündən sonra başlayacaq Rastrapoviç Beynəlxalq
Musiqi Festivalı ilə bu ilin mədəniyyət tədbirlərinə
yekun vurulacaq. Belə ki, festival dekabrın ilk
ongünlüyündə başa çatacaq. «Bunlar gözlə
görünən uğurlardır. Ancaq gözlə
görünməyən və icrası illər tələb
edən çox ciddi məsələlər də var. Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyi bu sahədə də
böyük uğurlara imza atıb. Ancaq bunların
hamısının arxasında güclü bir dövlət və
bu dövlətin mədəniyyətə göstərdiyi
ciddi qanunlar, sərəncamlar, qayğı dayanır”.
Nazir
müavini hazırki festivalla bağlı danışaraq
bildirib ki, «Uşaq yaşlarından kukla teatrına gedən və
tamaşaçı kimi yetişən uşaqlar
böyüdükdə böyük teatrların
tamaşaçılarına çevrilirlər. Ümid edirəm
ki, festival çərçivəsində göstərilən
tamaşalar nəinki uşaqlara sevinc gətirəcək, həmçinin
kukla teatrlarının gedəcəyi yola da nəzər
salmaqla işıqlı məqamlar axtarıb tapacaq və onu
mütəxəssislərin diqqətinə
çatdıracaq”.
UNİMA-nın
baş katibi Jak Trüdo bu gün dünya kukla teatrlarında
baş verən dəyişikliklər barədə
danışıb.
“Kukla
bəşəriyyətin əbədi oyuncağıdır.
Lakin buna baxmayaraq, kukla həmişə avanqard bir mövzu kimi
dəyişə bilir. Kukla və mif insan psixikasının
paralel məhsullarıdır”- deyə teatr tənqidçisi
Aydın Talıbzadə bildirib.
BTİ
katibi Məhəmməd Əli-Əfxam hazırda kukla
teatrlarının əyləncədən daha çox siyasi
önəm qazandığını vurğulayıb.
Tədbirin
digər iştirakçıları da simpoziumda müzakirə olunan məsələlərin
çox vacib olduğunu və dünyada kukla
teatrlarının inkişafına, yeni istiqamətlərin
axtarışına təkan verəcəyini qeyd ediblər.
Təranə Məhərrəmova
Kaspi.-2011.-3 noyabr.-S.9.