Pis rol da aktyorun xeyirnədi
Gənc aktyor İlham Əsədov:
«Kim narazıdırsa çıxıb getsin. Bəziləri
deyir ki, artıq gecdir. Həyatda heç vaxt, heç nə gec deyil»
İstedadlı gənclərlə
bağlı rubrikamızın budəfəki qonağı aktyor İlham Əsədovdur.
Onu İlyas Əfəndiyevin
“Məhv olmuş gündəliklər”
tamaşasından görmüşəm. Qəribə
səs tembrinə malik olan
İlham həmin tamaşada
rejissor köməkçisi rolunu oynayırdı. Və hər dəfə
səhnəyə çıxanda aləmi bir-birinə
qatırdı, özünün bezginliyi və özgələrin bezdiriciliyi, teatr sənətinin
çətinliyi məhz onun
çıxışındakı jest və
hərəkətlərlə tamaşaçılara
çatırdı. Onu da
deyək ki, birinci dəfə
müsahibə verən İlham bəy çox həyəcanlı idi.
- Birinci dəfə
müsahibə verirsən, olsun ki, bu hər ikimiz üçün yaddaqalan gün olacaq. İlk müsahibən
olduğuna görə, zənnimcə, özünü təqdim eləməyə ehtiyac var.
– Mən
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetini bitirmişəm. 1993-cü ildə İlham
Miniatür Teatrda çalışmışam. 2005-ci ildən
isə Gənc Tamaşaçılar Teatrında
çalışıram. İlk rolumu da rus bölməsində
rejissor Rafiq Əliyevin “Hind fantasiyası” tamaşasında
oynamışam. Amma Azərbaycan bölməsində ilk rolum “Əbdürəhim
bəy Haqverdiyevin “Pərü Cadu” tamaşasında Əmrah
obrazı olub. Daha sonra “Ələddinin sehirli
çırağı”nda carçı rolunu oynamışam.
Viktoriya və s tamaşalarda rol almışam. Mən həm də
müğənniyəm.
– Hansı rollar sizin xarakterinizə
uyğundur?
–
Hazırda E.Əfəndiyevin “Buzovna əhvalatı”
tamaşası hazırlanır, orda da müğənni rolunu
oynayacağam. “Mənim ağ göyərçinim” əsərində
də müğənni rolunu oynamışam. Sizin də
baxdığınız “Məhv olmuş gündəliklər”
tamaşasında kiçik rol alsam da nəsə edə bildim.
Mən çox sevirəm ki həm mənfi, həm də
müsbət rol oynayım. Mənim heç bir rolum bir-birini təkrarlamır.
– Onda belə çıxır ki,
siz heç bir rolu xüsusi olaraq sevmirsiniz.
– Bəli, mənim nə ideal aktyorum var, nə də
ideal rejissorum. Nə də
ideal bir rolum yoxdur. Məsələn, “Məhv olmuş
gündəliklər”də oynayanda mən rola özümdən sözlər artırmışdım,
amma bəzi aktyorlar etiraz edib rejissora şikayət elədilər
ki, mənim rolumu azaltsınlar. Heç kəsə mane olmağı
sevmirəm deyə, başa düşdüm ki, aktyora mane olmaq olmaz və
rejissora qarşı etiraz etmədim. Amma sonda məlum oldu ki, bu
əslində rejissorun
qısqanclığından irəli gələn amildir. Çünki rejissor istəyirdi
ki, daha çox baş rolda oynayan qəhrəmanlar
öndə olsun.
Mən də rejissor deyən kimi oynadım, amma həmin gün tamaşa yaxşı alınmadı. Sonra rejissor gəlib mənə dedi ki, sən əvvəl
necə oynamırsansa,
elə də oyna. Yəni xalq artisti rejissor Vaqif Əsədov peşman oldu.
– Sevmədiyniz rolların olmaması əslində paradoksal fikirdir. Hətta çoxlarına anormal hal kimi
görünə bilər?
– Darıxdırıcı, cansıxıcı
və pis rol yoxdur. Hansı aktyor
deyirsə ki, istəmədiyim rolu oynayıram, o yalan deyir. O söz aktyoru müdafiə edir. Çünki aktyor yalnız
yaxşı oynamadığı
rol üçün deyə bilər ki, bu pis
bir roldur. Zəif aktyorların bəhanəsidir
ki, rolu pisləsinlər. Onsuz da,
bütün rollar hamının xoşuna gələ bilməz.
Amma hamı da Otellonu
oynaya bilməz axı. Biz istəmədiyimiz
yeməyi belə ac olanda yeyirik, o bizə xeyir verir, aclığımızı
doydurur. Pis rol da aktyora xeyirdi,
hər rol aktyora nəsə verir.
– Tamaşaçı
qıtlığı ilə
bağlı problem sizə
necə təsir edir.
– Bu yaxında biz başqa ölkələrin aktyor və rejissorları ilə görüşəndə
onlar da etiraf etdi ki,
bizdə də tamaşaçı qıtlığı
var. Amma Azərbaycanın
digər teatrları ilə müqayisədə
Gənc Tamaşaçılar
Teatrının tamaşaçıları
həmişə olur.
Bu mənada narahat
deyiləm.
– Digər ölkələrin təcrübələrindən
yararlanma məsələsi
baxımından çalışdığınız
teatrda vəziyyət necədir?
– Bu yaxınlarda bizim teatra Nataliya Başova adlı Belarusdan Gənc Tamaşaçılar Teatrının
baş rejissoru qonaq gəlmişdi. “Şelpunçik” tamaşasını səhnələşdirdi,
o tamaşa Azərbaycan
üçün yenilik
idi. Tamaşa Azərbaycan dilində
oldu. Bizim bəzi rejissorlar
bəhanə edir ki, bizdə daha yaxşı effekt olsa çox
şey edərdik, amma o Başova isbat elədi ki, olan effektlərlə
də çox şey etmək mümkündü. Bizim ölkədə
çoxları nəyisə
bəhanə gətirir.
Elə hamı deyir ki, nəsə yoxdur. Niyə yoxdur ki, hər şey var. Sadəcə işlədə
bilən adamlar olmalıdır.
–
Çalışdığınız teatrda ən çox nə sizi qane edir?
– Gənc Tamaşaçılar
Teatrının ən
gözəl cəhəti
odur ki, burda əgər sənin istedadın varsa, sənə hər bir köməklik
göstərilir. Ola bilsin kimsə şikayət etsin ki, maaş azdır, kirayədə qalırıq
və s. O artıq teatrın problemi deyil. Teatrın direktoru aktyora ev alıb
verəsi deyil ki. Mən bircə burda
işləyirəm. Özümə geyim də alıram,
toya da gedirəm,
borc da verirəm.
Kim narazıdırsa çıxıb getsin.
Bəziləri deyir ki, artıq gecdir. Həyatda heç vaxt, heç nə gec deyil. Nə gəlmək, nə də getmək.
Fərid Hüseyn
Kaspi.-2011.-4 noyabr.- S.9.