«Mən tənqidin boşboğazlığına təəccüb eləmirəm»

 

Səlim Babulloğlu: ”Poeziya təkcə mahiyyətindən ibarət deyil, poeziya həm də səs sırasıdır, səs hadisəsidir” 

 

Şərh Şair, tərcüməçi Səlim Babulloğlu “Dünya ədəbiyyatı” dərgisinin baş redaktorudur. Çoxsaylı tərcümə kitabları dərc etdirib. Eyni zamanda AYB-nin idarə heyyətnin üzvüdür. Bu gün də bir çox çətin tərcümə olunan müəllifləri dilimizə çevirir.

- Ardıcıl olaraq sizin yaradıcılığınızı izlədiyimə görə bilirəm ki, əvvəlki dövrlərə nisbətdə son illərdəki yaradıcılığınızda hadisələrə və elementlərə daha dəqiq münasibət var. Bu yaşın artması, təcrübənin çoxalması ilə bağlıdır?

 

- Görünür, yaşın və ya yaşın verdiyi təcrübənin yaxşı tərəfi budur ki, baxış bucağı dəyişməsə də məsuliyyət artır, sadəcə gördüyünün ifadəsində dəqiqlik əmələ gəlir. Öz məşğul olduğun işin haqqında, öz məsuliyyətin haqqında daha çox düşünürsən. Bu da ola bilər bir qədər də yazı təcrübəsi və mütaliəylə bağlıdır. Məsələn, mən bir dəfə daha dərindən anladım ki, məsələn, bizay üzlü gözəl”, “gecə saçlı qadın” və s. kimi müqayisələr aparanda, bunları yazanda günahkar, xətalı müqayisələr aparırıq əslində. Bu xətalar, şərtiliklər, “sənətin bətnində yalan var» düşüncəsi məni əndişələndirdi. Yadıma bir pritça düşdü. Dovşandan soruşurlar ki, sən niyə qorxaqsan? Dovşan deyir ki, mən qorxaq deyiləm, dovşanam. Canavardan soruşurlar ki, sən niyə belə yırtıcısan, o da cavab verir ki, mən yırtıcı deyiləm, canavaram. Tülküdən soruşurlar ki, sən niyə belə hiyləgərsən? Mən hiyləgər deyiləm, sizin qorxaq, yırtıcı, hiyləgər dediyiniz hamısı insandır. Yəni, deməyim budur ki, bizim müqayisələr bir qədər doğru olmur çox vaxt. Amma dəmirin nə günahı var, biz ondan silah da düzəldə bilərik, məişət əşyası da. Söz də, təşbehlər də, məcazlar da belədir. Sözlərin nə günahı var ki, biz ondan yalan üçün istifadə edirik. Sözlərin, metaforaların bu sayaq disfunksionallığını hiss edəndə, başladım sığortalanmağa, dəqiqləşdirmələr aparmağa, “yəni” və  “sanki”lərdən istifadə eləməyə. Məsələn, bir şeir yazmışdım, təxminənbelə idi: “Arabir heç baxma getdiyin yollara,/ yəni ki, diqqətsiz yürü sən;/yəni ki, görmə, görməz ol, yəni ki, elə bil ölüsən;/ yəni ki, ruhunla bax bir az, özünə fərqli şey təklif et, gözünə,/ yəni ki, bağrın çatlayar həminki tanışlar gülərsə hər gün üzünə….” və sair və ilaxır. Bu şeirdə “yəni”lər götürsəniz başdan başa yalana çevrilər bu şeir, günahkar bir şey olar, necə yəni, baxma getdiyin yollara? “Yəni” sözü bətnində yalan olan hökmə çevrilməkdən qoruyur, eyni zamanda izahedici funksiya daşıyır. Təşbehləri şərtilik buxovundan azad edir. Təsadüfü deyil ki, klassik ədəbiyyatda, şərqdə şairlər əsərlərinin əvvəlində Allaha məhəbbətlərin bildirər, onu vəsf edərdilər, sonra peyğəmbərə aid hissə olurdus. Nəhayətdə həmin əsəri niyə yazdıqlarını bildirirdilər, sanki onlar özlərini sığortalayırdılar. Bunu həm də ona görə edərdilər ki, insan yaradıcılığının İlahidürüst yaradıcılıqla müqayisədə nə qədər kiçik olduğunu, dürüst olmadığını bilirdilər.

- Poeziyada elə məqamlar olur ki, “yəni” sözü şeiri izah edir və bir qədər bəsitləşdirir. Sanki şeiri çılpaqlaşdırır.

- Bu fikirlə razı deyiləm. Bir də ki, bütün o “yənilər”, “sankilər” təbii şəkildə, gəlməlidir şeirə. Bəzən, yersiz ola bilər, bütün başqa sözlər kimi. Bir də biz bilirik ki, poeziya təkcə mahiyyətdən ibarət deyil, poeziya həm də səs sırasıdır, səs hadisəsidir. Dəqiqləşdirmə tərəfini isə dedik. Bu gün şeiri ucuz mücərrədliklərlə xeyli aşağılayırlar. Bu da düşüncə darlığı ilə əlaqədardır, poetik düşüncə darlığı.  Bu gün Azərbaycan yazıçılarının və şairlərinin böyük əksəriyyətinin streotip, klişe oxu vərdişləri var, onun xaricində düşünə bilmirlər.  Mən bunu hər dəfə hiss edirəm. Hər dəfə şairlərlə söhbət zamanı  məyus oluram. Məsələn, biz bu otaqda oturmuşuq. Qapının açaryerindən baxsalar burda mənim qolumu görəcəklər, sizin  və mənim digər bədən üzvülərimizin bir hissəsini görməyəcəklər. Amma qapını açsalar görəcəklər ki, iki həmkar oturub danışır. Bu gün çoxları hər şeyə dar və məhdud arenadan, günyagörüşü kontekstindən baxır. Onlar dünya ədəbiyyatı mənzərəsinə də açar deşiyindən baxırlar.Amma dünya mədəniyyətinə açar deşiyindən baxsaq heç nə görmərik. Və yaxud yalnız  “şəxsi təcrübəni yazmaq”, “bu təcrübənin icazə verdiyi qədər” lüğət tərkibindən istifadə eləmək. Bunlar o qədər darıxdıcıdır ki. Ədəbiyyat görüş yeridir, görüş nöqtəsidir. Burda iki tərəf var. Uzanan əl tutulmaqçün uzadılır. Şəxsi təcrübənin bölüşülməsi isə güzgüyə əl uzatmağa oxşayır. Bu bilirsiz nə deməkdi? Bütün dünyadakı sözləri birinci şəxsin təkindən, adekvat mənsubiyyət şəkilçisi əlavə edərək istifadə eləməkdi. Pisdi bu. Arada ola bilər. Bir dəfə olar, iki dəfə olar. Bəs sonra. Dünyanın mərkəzi olan adam yoxdu, günəş sizin, mənim ətrafımda fırlanmır.

- Yənilər haqqında danışdıq, 60-cı illər poeziyasında da bəlkələr çox idi, sizcə bəlkələr şairin özünü müdafiə cəhti idi?

- Bəli, “bəlkələr bir az siğortalanmadı, bir az da səs sırasına xidmət edir, qismən refrentiv fənddir. Bu gün buna ciddi əhəmiyyət verən üç-beş şair var. Bir ədəbiyyat bir qədərtərəddüde eləməkdir həm çoxlu şeylərdə, sualları qaldırmaqdır, cavab verməkdə ciddi düşünməkdir. İnsan qəti hökm verməklə uzağa gedə bilməz.  Doğrudur, “bəlkə”ni hər vaxt işlətmək olmaz. Məsələn, uşağa  desən ki, əlini oda tutma yanarsan, bu vaxt bəlkə demək lazım deyil. Çünki kim əlini oda tutsa yanacaq. Amma yanğın zamanıbəlkə söndürək odudeyə düşünə bilməzsən,hərçən həmin situasiyanın da öz bəlkələri var. “Bəlkələrhəyatın natamam situasiyalarını tamalayır. Hərçənd 60-cılar bunu necə, cür istifadə ediblər, bunu indi xatırlamıram.

- Bir dəfə söhbətlərimizin birində maraqlı bir ifadə işlətmişdiniz ki, Azərbaycan cəmiyyəti təəccübünü itirib. Bu sizdə pessimizim oyatmır ki?

- Yəqin cəmiyyət yox, insan demək istəmişəm. Bilirsiz Fərid, söhbət təkcə hansısa sözlə, poetik tapıntıyla kimisə təəccübləndirməkdən getmir. Məsələn, söhbət hər səhər günəşin doğmasına təəccüblənmək duyğusundan gedir. Bu hissin korşalmasından gedir. Bütün kainat, bütün gündəlik hadisələr  əslində böyük bir sirr möcüzədir. O möcüzəyə hər gün təccüblənərək baxan adam daha daha dolu adamdır məncə. Yağışın yağması əsrarəngiz hadisədir. Bizim insanlarımız gündəlik baş verən hər şeyə biganəlik yaşayır biganəlik göstərirlrə. Biz ona görə şeir oxumuruq. Oxuyanda da istəyirik ki, vərdiş etdiyimiz şeyləri oxuyaq. Oxuyandasa istəyirik ki, onlara qarşı münasibətdə vərdiş elədiyimiz emosiyaları büruzə verək. Məni hər dəfə bir uşaq təbəssümü təccübləndirə bilər. İnsanlar  cazibə qanunu fiksə elədilər, amma bir qarışqa belə yarada bilmədilər. . Yartadıqlarımız oldu, təyyarə oldu da? O da quşla müqayisədə qeyri-kamildi.  Bütün elmi kəşflər əslində yaradılışın izahıdır, yaxud buna cəhddir. Deyək ki,  cazibə qanunu kəşf etsəydik , etməsəydik almanı göyə atsaydıq yerə düşəcəkdi, biz kəşfimizlə yaradılışı təsdiq eləməliyik. Yəni, bunu etdiyimizi anlamalıyıq. Həqiqi sənət bu duyğudan sonra doğur. Hadisəyə biganəlik, onu Yaradana sanki biganəliyə aparır. Bu isə bilirsiz nədir.

- Sənət tərcümə edilmir. Tərcüməçi kimi bu fikirə münasibətiniz necədir?

- Bəli, elə bir fikir var. Amma bu o demək deyil ki, tərcümə olunmamalıdır. Əslində orijinal yaradıcılıq da tərcümədir. Məsələn, günün çıxması. Nədi günəş? O qədər şey demək olar kihamısı düz olar eyni zamanda az olar. Ən maraqlısı isə indi, burda, bizim dediklərimz Azərbaycan dilində olacaq. Bir başqa yerdə bunu ingilis , rus da edə bilər. O da olar ingiliscə, rusca. hamısı da olarnədi günəş ?sualının cavabı. İndi hansı dildəki cavab düzdü? Hansı hansının tərcüməsidir? Bu  o deməkdir ki, bizə verilən imkanlar məhdudur. Biz o imkanlardan maksimum istifadə etməliyik. Sənəti sənət kimi tərcümə etmək olar. Burda isə prinsiplər vacibdir.

- Bu gün ədəbiyyatın təsiri sizcə  niyə azalıb?

- Bu sualın cavabını bilmirəm. Burda günahı mətnlərdə də, insanlarda da görmək olar. İstehlakçı xisləti insanı pis vəziyyətə salıb. Eliot necə deyirdi: “”Həyat ki həyatda itirdik hanı? Müdriklik ki bilikdə itirdik hanı? Bilik ki məlumatlarda itirdik hanı?”

- Son dövrlər poema yazılmamasının səbəbi nədir?

- Poema janrı ya növü aktual deyil. Oxucu uzun poetik mətnləri oxumaq istəmir. İndiki oxucu zövq üçün oxuyur. Mən təkcə Azərbaycan ədəbiyyatından saysız-hesabsız mətnlər oxumuşam. Amma onlar arasında çox az şey xoşuma gəlib. Son illərdə oxuduğum Çingiz Əlioğlunun “Diaspora”, Zəlimxan YaqubunSürgünpoeması olduqca dəyərli əsərlər. Mən təəccüb edirəm ki, Z.YaqubunSürgünəsəri qalır bir kənarda, ədəbi tənqid onun vərdiş elədiyi şeirləri haqqında danışır. Hər iki əsər Azərbaycan şeiri üçün hadisədir əslində. Mən tənqidin boşboğazlığına dırnaq içində uzaqgörənliyinə artıq təəccüb eləmirəm.

- Azərbaycan Yazıçılar Birliyinin  növbəti qurultayı gəlir sizin rəhbəri olduğunuzDünya Ədəbiyyatdərgisi da 2-3 ildir ki, çap olunmur. Qurultay ərəfəsində bu məsələ gündəmə gətiriləcəkmi?

- Məndə üç nömrənin materialı var. Yəni, mən işləmək üçün həmişə hazıram. Sadəcə maliyyə ayrılmalıdır. Bu məsələni qaldırmaqdan, danışmaqdan bezmişəm. Deməli olduğum bütün sözləri demişəm.

 

 

Fərid Hüseyn

 

Kaspi.-2011.-5-7 noyabr.- S.15.