Azərbaycan 30-cu
Beynəlxalq Kitab Sərgisində təmsil
olunur
İstanbulun “Tüyap” Sərgi Mərkəzində 30-cu Beynəlxalq
Kitab Sərgisinin açılış mərasimi
keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun
SİA-ya verdiyi məlumata
görə, tədbirdə Azərbaycanı mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə
nümayəndə heyəti təmsil edir.
Nümayəndə heyətinin tərkibində
Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili
və informasiya şöbəsinin müdiri, şair Vaqif Bəhmənli,
şöbənin məsləhətçisi Faiq
Xudanlı, Nəşriyyat sektorunun müdiri, şair Çingiz Əlioğlu, “Mədəniyyət”
qəzetinin baş redaktoru
İntiqam Hümbətov,
filologiya elmləri doktoru,
professor Nizaməddin Şəmsizadə,
Yazıçılar Birliyinin katibi, ”525-ci qəzet”in baş
redaktoru Rəşad Məcid, şair Səlim Babullaoğlu,
həmçinin xalq artistləri Mələkxanım
Əyyubova, Möhlət Müslümov və
Fəxrəddin Dadaşovdan ibarət muğam üçlüyü
təmsil olunur. Rəsmi
açılış mərasimindən sonra
iştirakçı ölkələrin və yerli
nəşriyyatların hazırladıqları stendlərlə
tanışlıq başlayıb. Həcminin
böyüklüyünə görə xüsusilə fərqlənən
bu sərgidə 10-dan artıq salonda kitab nümayişi
həyata keçirilir. Sərgi
noyabrın 15-dək davam edəcək.
Kaspi.-2011.- 16 noyabr.- S.16.