SOCAR dünya brendinə çevrilir 

 

ARDNŞ birgə müəssisələrin sayını artırır. Şirkət strateji fəaliyyətini gələcəkdə də davam etdirəcək

 

Dünyanın ən böyük neft şirkətlərindən biri olan Dövlət Neft Şirkəti (ARDNŞ) respublikanın neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədi ilə beynəlxalq əməkdaşlığı davam etdirir. Ötən gün isə ARDNŞ bu sahədə daha bir əməkdaşlığa imza atıb.

Belə ki, noyabrın 16-da Sürixdə ARDNŞ ilə “Exxon Mobil Central Europe Holding GmbH” şirkəti arasında “Exxon Mobil”in İsveçrə filialı olan “Esso Schweiz GmbH” şirkəti səhmlərinin alqı-satqısı üzrə müqavilə imzalanıb. ARDNŞ bu yaxınlarda İsveçrədə təsis etdiyi emal və satış üzrə törəmə müəssisəsi olan “SOCAR Energy Switzerland” şirkəti vasitəsilə “Esso Switzerland”ın yüksək səviyyəli xidmətlər göstərilməsini əhatə edən kommersiya fəaliyyətini davam etdirmək niyyətindədir. Avropada kommersiya fəaliyyətinin genişləndirilməsi üçün daha bir addım atan şirkətin fəaliyyəti bununla məhdudlaşmır. Digər birgə müəssisələrə gəlincə, 1993-cü ilin aprelində ARDNŞ Dənizneftqazlayihə DETLİ ilə  Böyük Britaniyanın Con Braun Hidrokarbons Limited şirkəti arasında saziş imzalanıb. Bu sazişə görə Azərbaycan Con Braun QSC üzrə iştirak payı tərəflər arasında 50 faiz olmaqla bölünüb. Fəaliyyət müddəti qeyri-müəyyən müddətə qədər davam edəcək birgə müəssisənin əsas fəaliyyət növü emal qurğularının, dəniz stasionar və üzən platformaların, sualtı neft mədən qurğularının, boru kəmərlərinin və onlarla bağlı dəniz və quru tikililərinin inşası, quraşdırılması, hidrotexniki qurğuların tədqiqi ilə dəniz dibinin dərinləşdirmə işləri ilə əlaqəli mühəndis –texniki və layihə işlərinin həyata keçirilməsidir. Bundan başqa, məqsəd dənizdə və quruda neft-qazçıxarma obyektlərinin inşası üçün avtomatlaşdırılmış idarəetmə sistemi yaratmaqdır.

SARMATİA MMC üzrə isə 2008-ci ildə Azərbaycan, Gürcüstan, Ukrayna, Litva və Polşa arasında müqavilə bağlanıb. İştirak payı ARDNŞ üzrə 24.75, Ukrtransnafta üzrə 24.75, Przyjazn üzrə 24.75, Gürcüstan Neft və Qaz Şirkəti üzrə 24.75, AB Klaipedos Nafta üzrə isə 1.00 faiz təşkil edir. Bu birgə müəssisənin də fəaliyyət müddəti qeyri-müəyyən müddətə qədər davam edəcək. SARMATİA MMC-nin əsas fəaliyyət növü Odessa-Brodi boru kəmərinin uzadılması vasitəsilə Xəzər dənizindən neftin Gürcüstan, Ukrayna, Polşa və Azərbaycan respublikasından keçməklə Avropaya çıxarılması məqsədilə yeni dəhlizin çəkilişi layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasıdır. Bundan başqa, müəssisə yeni neft və qaz yataqlarının tədqiqatı və işlənməsi, quruda və suda müxtəlif obyektlərin tikintisi boru kəmərinin çəkilişi funksiyasını da daşıyır.

SUPRA Holdinq MMC birgə müəssisənin yaradılmasında isə əsas tərəflər ARDNŞ-lə yanaşı, Birləşmiş Ərəb Əmirliklərinin Heritage General Tradinq FZE və Böyük Britaniyanın Renfrel Holdinq Limited şirkətidir. Müəssisədə iştirak payı ARDNŞ üzrə 50.00,  Heritage General Trading FZE üzrə 40.00, Renfrel Holding Limited üzrə isə 10.00 faiz təşkil edir. SUPRA Holdinq MMC-nin əsas fəaliyyət istiqaməti neft neft məhsullarının ticarəti müxtəlif növ əmlakın, qiymətli kağızların, aktivlərin dövriyyəsi alqı-satqısıdır.

Heritage General Trading FZE ilə ARDNŞ arasında daha bir saziş SOCAR Gas Supply Ltd. MMC-nin yaradılması üçün bağlanıb. Müəssisənin əsas fəaliyyətinə təbii qazın idxalı ixracı, təbii qazın paylanması, təbii qazla ticarəti (alqı-satqı) daxildir. Kaspiyan Geofizikal Kompani birgə müəssisəsi üzrə isə Soks Company Ltd 55.00, ARDNŞ isə 45.00 faizlik iştirakçı payına məxsusdur. AzGerneft MM üzrə iştirak payı Grand Enerci PTE. Ltd. Üzrə 60.00, ARDNŞ üzrə 40.00 faizdir. Əməkdaşlıq 25 il davam edəcək bu əməkdaşlığa əsasən, “Kontrakt Sahəsi”ndəKarbohidrogen”in kəşfi, işlənməsi hasilatı, istifadə edilən materialların nəqli satışı ilə məşğuldur. Azəri-Fuqro MMC birgə müəssisəsində ARDNŞ 60.00,  Fuqro N.V. 40.00 faizlə iştirak edir. Fəaliyyət müddəti 15 il nəzərdə tutulan bu əməkdaşlıq çərçivəsində dənizdə mühəndis-geoloji tədqiqat, geokimyəvi stratiqrafiq axtarış, naviqasiya mövqeləndirmə təminatı işlərinin yerinə yetirilməsini həyata keçirir. Bundan başqa, müəssisə laboratoriya tədqiqatları, analiz hidrotexniki qurğulara nəzarət, geofiziki tədqiqatların nəticələrinin emalı interpretasiyası məqsədini daşıyır. 

AzTurqaz BM birgə müəssisində  ARDNŞ Heritage General Trading FZE bərabər iştirakçı payına məxsusdurlar. Müəssisənin əsas fəaliyyət istiqaməti maye qazın hasilatı emalı, qaz emalı zavodunun tikintisi, maye qaz məhsulunun topdan pərakəndə satışı, avtosisternlərin, qaz balonlarının təmiri satışıdır. Azfen BM birgə müəssisəsinin yaradılmasında isə ARDNŞ-in yeganə tərəfdaşı Tekfen 40.00 faizlə iştirak edir. Bu müəssisə ARDNŞ ABƏŞ ilə əlaqədar neft sənayesi sahəsində hər növ inşaat, təchizat, emal, tədqiqat, nəqliyə, paylama, mühəndislik layihə idarəçiliyi fəaliyyəti müxtəlif növ inşaat materiallarının alqı-satqısını həyata keçirir. Müəssisənin məqsədləri ilə əlaqədar olan müxtəlif obyektlərin təmiri, tikintisi layihələşdirilməsi onun funksiyalarına daxildir. Kaspiyan Drillinq Kompani üzrə ARDNŞ 92.44, Heritage General Trading FZE isə 7.56 faiz iştirakçı payına məxsusdur. Bu müəssisə üzən dəniz qazma qurğularının təmiri, modernləşdirilməsi, onlara nəzarət texniki xidmətlərin göstərilməsi ilə məşğuldur.

Şirkət dəniz neft-qaz quyularının qazılması təmiri işlərinin bütün mərhələlərində iştirak etmək, “İstiqlal Dədə Qorqudyarımbatan qazma qurğularından istifadə edərək neft qaz quyularının qazılması onların təmiri işlərinin həyata keçirilməsi məqsədini daşıyır. OYL and Qas Pro Servis MMC birgə müəssisəsinin yaradılmasında isə əsas məqsəd neft qaz sənayesini avadanlıqlar, işlər xidmətlərlə təmin etmək, neft qaz sənayesini texniki təcrübə dəstəklə təmin etmək, ən qabaqcıl metodlar tətbiq etməklə təchiz edəcəyi məhsulların diaqnostika məqsədilə baxışlarını təşkil etmək, eləcə xidmətlərin keyfiyyətini səmərəliliyini yüksəltmək üçün heyətə təlim keçməkdir. OYL and Qas Pro Servis MMC- iştirak payı  Target Petrolium Azərbaycan üzrə 45.10, ARDNŞ üzrə 29.90, Simens Turbomashineri International Holding üzrə isə 25.00 faizdir. Kros Kaspian Oyl and Qaz Lojistiks MMC-nin yaradılmasında iştirak payı ARDNŞ üzrə 34.00, Az Trans Reil üzrə 33.00, Qafqaz Trans Servis üzrə 33.00 faizdir. Bu müəssisə boru kəmərləri terminallar vasitəsilə neft qaz əməliyyatlarının aparılması, neft, qaz neft məhsullarının alqı-satqısı, neft qaz sənayesi üçün boru kəmər daşımaları ilə əlaqəli mal, xidmətlərin göstərilməsi, texniki təcrübə dəstəyin təqdimini reallaşdırmağı üzərinə götürür.

Fəaliyyəti 30 il müddətinə nəzərdə tutulan SOCAR-Petroleum QSC üzrə isə əsas tərəflər olaraq, SOCAR 51.00, A.P. İnternational LLC 49.00 faizlə iştirak edir. SOCAR-Petroleum QSC-nin yaradılmasında məqsəd karbohidrogenlərin Avropa standartlarının tələblərinə uyğun olaraq emalını təşkil etmək texniki tələblərə cavab verən yanacaq növlərini (markalarını) istehsal etmək, neft qaz məhsullarının qəbulu, daşınması, saxlanılması satışını təşkil etmək, yanacaq bazası yanacaq daşıyan yük maşınları parkının təşkili, avtomobillərə texniki xidmətin göstərilməsi, yanacaqdoldurma məntəqələrinin yanında motel, restoran kiçik marketləri təşkil etməkdir. SOCAR-Cape MMC-nin fəaliyyəti isə qeyri-müəyyən müddətə əsaslanır. ARDNŞ üzrə 51.00, Cape İndastrial Servisez ltd. üzrə isə 49.00 faiz iştirak payı olan müəssisə taxtabənd konstruksiyaların montaj-demontajı icarəyə verilməsi, bütün növ izolyasiya işlərinin görülməsi, boya qumla cilovlama işlərinin görülməsi, odadavamlı örtük sistemlərinin suvanması işlərini həyata keçirir. Şirkətdən verilən məlumata görə, ARDNŞ bu istiqamətdə strateji fəaliyyətini gələcəkdə davam etdirmək niyyətindədir.

 

 

Həqiqət İSABALAYEVA 

 

Kaspi.-2011.-18 noyabr.-S.8.