Azərbaycanın
ilk rabitə naziri
Ağa Hacı Aşurov ( 1880 – 1936 )
Bu il
dekabrın 6-da Azərbaycanda rabitənin yaranmasının 130 ili tamam olur.
Ölkə rabitəsinin tarixində çarizmin
hökmranlığından qurtulan
xalqımızın müstəqilliyi dövrünün
- 1918-1920-ci illərin tarixi təcrübəsi
özünəməxsus yer tutur. Həmin zaman kəsiyində
yaranıb fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti iqtisadiyyatın digər
sahələri kimi rabitənin
inkişafına da mühüm
önəm verirdi. Məhz bu
dövrdə müstəqil Azərbaycan rabitəsinin təşəkkülü
və təkamülü yönündə əhəmiyyətli
addımlar atılmışdı.
Həmin
işdə müstəqil Azərbaycan Demokratik Cümhuriyyətinin
ilk rabitə nazirlərinin fəaliyyəti diqqətəlayiq
yer tutur. Bu sayımızdan etibarən müstəqil Azərbaycan
Xalq Cümhuriyyətinin ilk rabitə nazirləri vəzifəsində
fəaliyyət göstərmiş X.Məlik-Aslanov,
A.Aşurov, A.Səfikürdski və C.Hacınskinin həyat və
fəaliyyəti ilə sizləri ardıcıl surətdə
tanış edəcəyik.
XX əsrin əvvəllərində
Azərbaycanın müstəqilliyə çıxması
uğrunda fəal mübarizə aparan istiqlal mücahidlərindən
biri Xudadat bəy Məlik-Aslanov idi. Bu görkəmli
ictimai-siyasi xadim həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin
birinci və ikinci hökumət kabinetlərində - 1918-ci il
mayın 28-dən oktyabrın 6-dək ilk yollar, poçt və
teleqraf naziri olmuşdu...
Xudadat bəy Ağa bəy oğlu Məlik-Aslanov
1979-cu ildə Şuşa şəhərində dünyaya
göz açmışdı.O,1898-ci ildə Şuşa
realnı məktəbini bitirmiş, 1904-cü ildə Peterburq
(indiki Sankt-Peterburq) Yol Mühəndisliyi İnstitutuna daxil
olaraq 1904-cü ildə oranı 1-ci dərəcəli diplomla
bitirmişdi. Qeyd etmək lazımdır ki, Xudadat bəy
sonralar dəmir yol nəqliyyatı və texnika elmləri sahəsində
ilk azərbaycanlı professorlardan biri olmuşdur. Hələ tələbəlik
dövründə, Peterburq mühitində 1901-1904-cü illərdə
Rusiya Sosial Demokrat Fəhlə Partiyasının (RSDFP)
üzvü olan Xudadat bəy Məlik-Aslanov sonra daha heç
bir partiyaya daxil olmamış və ömrünün sonunadək
bitərəf qalmışdı. İnstitutu bitirdikdən
sonra təyinat əsasında Sankt-Peterburqda Voloqda-Petro- zavodsk
Dəmiryolunun çəkilişi ilə əlaqədar
Peterburq İdarəsində 6 ay mühəndis vəzifəsində
işləmişdi .
1905-ci ilin əvvəlində X.Məlik-Aslanov
Tiflisə köçmüş və Zaqafqaziya Dəmiryolu
sistemində çalışmağa
başlamışdı.Zaqafqaziya Dəmirryolu İdarəsinin
işçisi kimi o, əvvəlcə mühəndis, sonra
stansiya rəisinin köməkçisi,daha sonra isə
Zaqafqaziya Dəmiryolunun ən ağır və dağlıq
hissəsi hesab edilən Suram Aşırımı
keçidində yol xidməti rəisinin köməkçisi
(müavini-İ.Ə.) və rəisi olmuşdu. Onun rəhbərliyi
altında həmin xidmət sahəsində xeyli mülki
tikinti aparılmış, İkinci Dəmiryol Xəttinin
çəkilişi davam etdirilərək Çiaturi marqans mədənlərinə
ensiz zolaq dəmir yolu salınmış və sairə texniki
işlər də görülmüşdü. Həmin vəzifələrdə
işlədiyi dövrdə X.Məlik-Aslanovun Peterburqda
çıxan jurnallarda 4 elmi məqaləsi də dərc
edilmişdi. İstedadlı azərbaycanlılardan biri olan
Xudadat bəy dəmir yol texnikası sahəsində yeni
ixtiraları ilə xaricdə də tanınan alim-mühəndis
idi .
...Rusiyada 1917-ci ilin fevral
inqilabından sonra Müvəqqəti Hökumətin sərəncamı
ilə martın 9-dan X.Məlik-Aslanov Tiflisdə Xüsusi
Zaqafqaziya Komitəsinin Zaqafqaziya Dəmir Yolu üzrə
müvəkkili təyin olunmuşdu.X.Məlik-Aslanov 1917-ci il
noyabrın 15-də Y.Gegeçqorinin sədrliyi altında
yaradılan Zaqafqaziya Komissarlığı hökumətində
Azərbaycandan Fətəli xan Xoyski və Məmməd Yusif Cəfərovla
birlikdə onun tərkibinə daxil olmuşdu.X.Məlik-Aslanov
Zaqafqaziya Komissarlığında və 1918-ci il aprelin 26-da
yaranmış Zaqafqaziya Federativ Respublikasında dəmir yol nəqliyyatı
komissarı və naziri təyin edilmişdi.Həmin vəzifələrdə
çalışdığı dövrdə onun Qafqaz dəmir
yolu nəqliyyatı tarixinə həsr olunmuş kitabı
(rusca) nəşr olunmuşdu.
X.Məlik-Aslanov Zaqafqaziya Seymində
“Müsəlman” fraksiyası-nın,1918-ci il mayın 27-də
Tiflisdə Məhəmməd Əmin Rəsulzadənin sədrliyi
ilə yaranmış Azərbaycan Milli Şurasının
üzvü olmuşdu .
X.Məlik-Aslanovun tərkibinə
daxil olduğu TransQafqaz hökuməti-nin “Müsəlman
fraksiyası” o zamankı müzakirələrin gedişində
Türkiyənin təkliflərinin qəbul edilməsini məqbul
hesab edirdi.O,hələ 1918-ci il- in yanvar ayında sülh məsələsinə
dair gedən danışıqların müzaki- rəsində
hökumət üzvü kimi yaxından iştirak
etmişdi.Azərbaycan nümayəndəsi kimi o,öz
çıxışında bildirmişdi ki,Rusiya ərazisində
yeni yaranmış hökumətlərin TransQafqazda heç
bir marağı yoxdur.Ona görədə X.Məlik-Aslanov yeni
yaranmış hökumətlərin səyini gözləmədən
TransQafqazın müstəqilliyini elan edib sülh
danışıqlarına başlamağın zəruri
olduğunu irəli sürmüşdü.
1918-ci ilin mayına qədər Azərbaycanın
müstəqilliyi yox idi.Yalnız həmin il Mayın 28-də
Azərbaycan xalqı dövlət müstəqilliyinə nail
oldu. Həmin gün Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti
(Azərbaycan Demokratik Respublikası) yarananda Fətəli xan
Xoyskinin başçılığı altında birinci milli
müvəqqəti hökumət 9 nazirlikdən ibarət təşkil
olunmuşdu. Həmin nazirlik- lərdən biri də DəmirYolu,Poçt
və Teleqraf Nazirliyi idi.O zaman müstəqil Azərbaycan
Cümhur- iyyətinin ilk yollar,poçt və teleqraf naziri məhz
bu sahəyə yaxşı bələd olan Xudadat bəy Məlik-Aslanov
təyin olunmuşdu (rəsmən dəmiryol nəqliyyatı yazılsa
da X.Məlik – Aslanov bütün növ (su,quru,hava) yolların
naziri idi (İ.Ə.).X.Məlik-Aslanovun həmin vəzifəyə
təyin olunması təsa- düfi deyildi.O,XİX əsrin
axırları-XX əsrin əvvəllərində Azərbaycanın
istiqlaliyyət qazanması uğrunda gedən mübarizənin
öncüllərindən idi.X.Məlik-Aslanov Azərbaycan Xalq
Cümhuriyyə- ti dövründə də özünü
yorulmaz görkəmli dövlət xadimi,alim,
ixtiraçı-mühəndis kimi təsdiqləmiş- di.
X.Məlik- Aslanov Azərbaycan
Cümhuriyyətinin 1-ci və 2-ci hökumət kabinetlərində
yollar, poçt və teleqraf naziri,3-cü,4-cü və 5-ci
kabinələrdə isə ancaq yollar naziri vəzifələrində
çalışar- kən həmin sahələrin
inkişafı üçün var qüvvəsini,bilik və
bacarığını əsirgəməmişdi.O,1919-cu il
fevralın 18-dək,həm də müvəqqəti olaraq
ticarət,ənaye və ərzaq nazirinin səlahiyyətlərini
də yerinə yetirmişdi .
Azərbaycan Xalq Cümhuriyyətinin
1-ci hökumət kabinetində (28 may-17 iyun 1918-ci il) hələ
də partiya mənsubiyyəti üzrə bitərəf olan
X.Məlik-Aslanov yekdilliklə əvvəllər bu sahədə
çalışmış,ixtisaslı və tərübəli
bir mütəxəssis kimi dəmir yol nəqliyyatı,poçt
və teleqraf naziri tə- yin olunanda da,2-ci hökumət
kabineti zamnı (17 iyun-7 dekabr 1918-ci il) yenə həmin vəzifəni
davam etdirəndə də respublikada dəmir yolu,digər yol
sahələrinin və poçt və teleqraf (o vaxt “rabitə”sözü
hələ işlənmir- – İ.Ə.) sistemlərinin təşəkkülü
və inkişaf etdirilməsi üçün
bacarığı- ını əsirgəməmişdi.Hərçənd
başlanğıcda hər şey cətin idi...Artıq qeyd
etdiymiz kimi Xudadat bəy dəmir yolu və tərsanə
tikintisi üzrə ixtiraçı alim idi.O,həmkarı Fətəli
bəy Sultanovla birlikdə həmin sahələrdə bir
sıra maraqlı layihələr işləyib
hazırlamışdı...
X.Məlik-Aslanov Azərbaycan
Cümhuriyyətinin yollar,poçt və teleqraf naziri vəzifəsində
1918-ci il oktyabrın 6-dək fəaliyyət göstərdi.Sonuncu
tarixdə 2-ci hökumətin tərkibində zəruri kabinədaxili
dəyişikliklər aparıldı.Bu zaman ayrıca Yollar
Nazirliyi və müstəqil Poçt və Tele - qraf Nazirliyi
təsis olundu.X.Məlik-Aslanov müstəqil yollar naziri təsdiq
edildi.O,bu vəzifədə Azərbaycan Xalq Cümhuriyyətinin
süqutuna qədər çalışdı .
...1918-ci il iyulun 14-də Osmanlı
Türkiyəsinin Hərbi Dəmir Yolları və
Limanları Baş İdarəsi ilə,1919-cu il martın 8-də
Gürcüstan Respublikası ilə dəmir yollarından
istifadəyə dair saziş və müqaviləni,1920-ci il
fevralın 5-də yenə Gürcüstan dövlətilə
tranzit istifadəyə dair əməkdaşlıq haqqında
müqavilələri məhz Xudadat bəy Məlik-Aslanov
imzalamışdı .
1918-ci il dekabrın 7-də Bakıda
Azərbaycan Parlamentinin təntənəli
açılışı oldu.Xudadat bəy Milli
Şuranın 1918-ci il 19 noyabr tarixli “ Azərbaycan Məclisi-Məbusanın
təsisi haqqında qanununa” əsasən Azərbaycan
Parlmentinin tərkibinə daxil edildi.Azərbaycan Parlamenti rəsm-
ən 120 nümayəndədən ibarət idi.Parlamentin milli
tərkibi müsəlman (azərbaycanlı- İ.Ə) əksəriy-
yətindən savayı 21 erməni,10 rus, habelə polyak,yəhudi
deputatlardan və digər milli azlıqları təmsil edən
deputatlardan ibarətdi.
X.Məlik-Aslanovun təşəbbüsü
ilə 1919-cu ildə Bakıda ana dilində dərs keçilən
ilk dəmir yolu nəqliyyatı məktəbi
açılmışdı.Onun gərgin fəaliyyəti sayəsində
Azərbaycan Dəmir Yolunda böyük təmir işləri
aparılmış və nəqliyyatın nizamlı surətdə
işləməsi qaydaya salınmışdı.
X.Məlik-Aslanov Azərbaycan
Parlamentində 1919-cu ilin matında yaradılan əlifba islaha-
tı üzrə xüsusi komissiyanın sədri
seçilmişdi.Bu vəzifədə çalışarkən
komissiyanın fəaliyyəti hə- min ilin aprelində
xüsusilə canlanmışdı.X.Məlik-Aslanovun rəhbərliyi
altında latın qrafikalı əl - ifbaya keçilməsinə
dair bir neçə qanun layihəsi
hazırlanmışdı.
...1919-cu il iyunun 11-də Azərbaycan
Xalq Cümhuriyyətinin xüsusi fövqəladə səlahiyyətli
ali orqanı-respublika Dövlət Müdafiə Komitəsi
(DMK) yaradıldı.Nazirlər Şurasının
başçısı Nə - sib bəyYusifbəylinin sədr
olduğu DMK-nın birinci müavini Xudadat bəy Məlik-Aslanov
oldu. (DMK-nın üzvləri həmçinin Aslan bəy Səfikürdski,Məmməd
Yusif Cəfərov və general Səməd bəy Mehmandarov
idi-İ.Ə.).X.Məlik-Aslanov yeri gəldikcə Nazirlər
Şurasının sədri vəzifəsini də icra edirdi.Məsələn
,Azərbaycan Cümuriyyətinin Nazirlər
Şurasının sədri N.Yusifbəylinin 1919- cu il 23 iyul
tarixli 33 nömrəli əmri elan olunmuşdu.Rəsmi dövlət
orqanı “Azərbaycan “ qəze - tində dərc olunmuş bu
elanda bildirilirdi ki,həmin tarixdən xidməti ezamiyyətə
getməsilə əlaqə- dar olaraq Bakını tərk
etdiyi üçün Nazirlər Şurasının sədri
vəzifəsinin müvəqqəti yerinə yetir - ilməsi
yollar naziri Xudadat bəy Məlik-Aslanova həvalə olunur .
X.Məlik-Aslanov “Müsavat” (“Bərabərlik”)
partiyasının 1919-cu il dekabrın 2-də Bakıda
keçirilmiş İİ qurultayında bu partiyanın o
zaman Azərbaycan xalqının taleyiundə oynadığı
rolun tarixi əhəmiyyətini qeyd edərək bildirmişdi
: ” ...”Müsavat” partiyası olmasaydı,indi bizim şahidi
olduğumuz hadisələrin heç biri baş verməzdi”.
...X.Məlik-Aslanov 1920-ci ilin 27-28
aprel işğalından sonra Azərbaycan Xalq Cümhuriyy- ətinin
dövlət xadimi olmasına baxmayaraq, Azərbaycan SSR-ə
lazım olan dəyərli bir mütəxəssis kimi öz
ixtisası üzrə rəhbər vəzifələrdə
çalışmışdı.
X.Məlik-Aslanov hansı vəzifədə
işləməsindən asılı olmayaraq,Azərbaycan
naminə var qüvvəsini sərf edirdi.Lakin onun müvəffəqiyyətlərinə
qısqanclıqla yanaşanlar,bədxahlar da
tapılırdı.X.Məlik-Aslanovun keçmiş fəaliyyətini,Azərbaycan
Xalq Cümhuriyyətinin görkəmli xadimlərindən biri
olduğunu unutmayanlar artıq 1930-cu ildən bundan onun əleyhinə
istifadə etməyə başlamışdılar.1930-cu ilin əvvəlində
o,Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlı-
ığının (XDİK) Dövlət Siyasi İdarəsi
(DSİ) tərəfindən müxtəlif əsassız
ittihamlarla həbs olundu. X.Məlik-Aslanovu sövet hakimiyyətini
devirməyi qarşısına məqsəd qoymuş “Azərbaycan
Milli Mərkəzi” gizli millətçi təşkilatı ilə
əlaqədə və ona üzv olmaqda
suçlandırırdılar.Onu həmçinin
qardaşı, siyasi mühacir kimi Ərdəbildə “Azərbaycan
Milli Mərkəzi” Bürosunun mühacir qrupu- rəhəri,Azərbaycan
Xalq Cümhuriyyəti dövründə Dəmir Yol İdarəsinin
rəisi işləmiş Teymur bəy Məlik-Aslanovla əlaqə
saxlamasında da günahlandırırdılar .
1930-cu il sentyabrın 30-da Azərbaycan
SSR DSİ Kollegiyasının Bakıda keçən məhkəmə
iclasında “Azərbaycan Milli Mərkəzi”nin “ işi-nə”baxıldı.Həmin
“iş” üzrə həbs olunmuş və artıq əvvəlcədən
hazırlanmış saxta ittihamnamədən 53 nəfərin
adı keçirdi.Onların içərisində Xudadat bəy
Məlik-Aslanov da vardı.Məhkəmədə həmin
ittihamlarla mühakimə olunanlardan 14 nəfərinə 10 il
iş verilmiş,12 nəfərə isə güllələnmə
kəsilmişdi.Bəziləri müxtəlif müdətlərə
iş almışdı.On il iş alanlar içərisində
Xudadat bəy də var idi. Lakin 1932-ci il fevralın 2-də
Tiflisdə Zaqafqaziya DSİ-nin Kollegiya Məhkəməsinin
iclasında “Azərbaycan Milli Mərkəzi”nin “işi”nə
yenidən baxılmışdı . Bu dəfə cəzaların
müddətlərində dəyişiklik olunmuş və
Xudadat bəy Məlik -Aslanovun cəzası 10 il- dən 5 ilə
endirilmişdi...
1933-cü ilin iyulunda həbsdən
azad olunan Xudadat bəy sentyabrın 1-dən Azərbaycan Nəqliyyat
İnstitutunda Dəmiryolu nəqliyyatı kafedrasına və
Azərbaycan İnşaat İnstitutunda İn - şaat
işinin təşkili kafedrasına rəhbərlik
emişdi.Texnika elmləri sahəsində ilk azərbaycanlı
profes- sorlardan biri olan X.Məlik-Aslanov müxtəlif ali məktəblərə
dəvət alaraq orada həmçinin silsilə mühazirələr
də oxuyurdu.Xudadat bəy orada Azərbaycan SSR-də dəmiryol
şəbəkəsinin inkişaf planının işlənib
həyata keçirilməsi, şəhərdaxili nəqliyyat
və s.məsələlərin həllinə dair 70-dən
çox elmi məqalə,o cümlədən dəmir yol nəqliyyatına
aid 3 monoqrafiyanın müəllifi idi.
Təəssüf
ki,xalqımızın bu görkəmli oğlunun taleyi faciəli
qurtarmış və Azərbaycanın bir çox
ziyalıları kimi o da 30-cu illər repressiyasının
qurbanı olmuşdur. Belə ki,Xudadat bəy 1934-cü ilin
avqustunda yenidən əsassız ittihamlarla həbs edilmiş və
bu dəfə SSRİ-nin uzaq Sibirdəki xüsusi cəza
müəssisələrindən birinə göndərilmişdi.Xudadat
bəy Məlik- Aslanov 1935-ci il iyulun 23-də Sibirdə həbs
düşərgələrindən birində vəfat
etmişdi. Bu zaman onun cəmi 56 yaşı vardı.Xu- dadat bəy
Məlik-Aslanova yalnız 1959-cu ildə bəraət
verilmişdi ...
İltifat Əliyarlı,
Tarix üzrə fəlsəfə
doktoru
Kaspi.-2011.-23 noyabr.- S.12.