“Qadınlar cismi, kişilər dünyanı yaradır” –
MÜSAHİBƏ
Məşhur amerika yazıçısı
Rey Bredberini fantastika janrının ustası adlandırırlar.
Müxtəlif əbədi mükafatların laureatı olan
Bredberi “Mars xronikaları”, “Fahrenheit 451“, “Zəncirotu şərabı”,”Ağılsızlar
üçün qəbiritanlıq” kimi məşhur
romanların müəllifidir. Bununla belə, tənqidçilər
Bredberinin hekayələrini daha yüksək qiymətləndirir.
O, 400-dən artıq hekayənin müəllifidir.
Əsərlərində
vacib problemləri araşdran yazıçının bir
müddət əvvəl Almaniyanın “Tagesspiegel” qəzetinə
verdiyi müsahibəni təqdim edirik.
- Bu düzdür ki, elmi-fantastik
romanlar müəllifi Rey Bredberinin sürücülük vəsiqəsi
yoxdur və o, təyyarəni sevmir?
- Ciddi desəm, mən əsla elmi-fantastik əsərlər
müəllifi deyləm.
Yalnız bir elmi-fantastik roman yazmışam: “Fahrenheit 451“. Qalanları
sadəcə fantastikadır.
Bir də ki, fantastika dünya ədəbiyyatında
köhnə ənənədir.
Yəni Homer də fantast yazıçıdır.
- Amma bir Los-Anceles sakini üçün avtomobilə qarşı adət edilməmiş ikrah hardan qaynaqlanır?
- Mən elə bir mühitdə böyümüşəm ki,
orada insanlar avtomobilə sahib ola bilmək üçün
çox kasıb idilər. Yeri gəlmişkən, bu gün də əksər insanlar kasıb olduğundan maşına sahib ola bilmirlər. İnsanlar bəzən bu səfeh dəmiri almaq üçün öz ruhlarını da satdıqlarının fərqinə varmırlar.
30 yaşımın sonuna
gələndə maşın
almaq üçün
pulum kifayət edirdi. O zaman hələ maşın almağa həvəsim vardı. Amma onda artıq
dostlarımın çoxu
yol qəzaları zamanı həyatdan getmişdi.
- Bəs təyyarə qorxusu?
- Təəssüf ki, yalnız 20 il əvvəl uçuşla bağlı
qorxu hissimin olmadığını bildim.
Uçuşa kimi isə bir neçə
dəfə xoş olmayan vəziyyət üzündən qayğılanmışdım:
çünki uçuşa
az qalmış yerimdən atılmışdım
və stüardessalardan xahiş etmişdim ki, mənə yenidən enməyə icazə versinlər. O vaxtdan hətta uçmağı çox sevirəm və 20 dəfə təyyarə ilə Parisə uçmuşam
“PROBLEMİNİZ VARSA, CƏMİYYƏTƏ
GÜVƏNMƏYİN”
- Öz qorxusuna necə qalib gəlməklə bağlı insanlara məsləhətiniz varmı?
- Qorxunun onlar üçün nə törədə biləcəyini
analiz etsinlər. Bu analizin gedişatında öz qorxularını itirəcəklər.
- Ədəbiyyat
buna kömək edə bilərmi?
- Şəraitdən asılıdr.
Amma birinci yerdə özünüanaliz
dayanmalıdır. Əgər
sizin hansısa probleminiz varsa, cəmiyyətdən onun həllini gözləməyin. O cümlədən
psixiatrın, yaxud ədəbiyyatın köməyinə
də arxalanmayın. Probleminizi özünüz
həll edin.
- Sizin əsərlərinizi təkrar
oxuyanda, daha çox nəzərə çarpan
– bizim atom müharibəsi qorxumuzun necə də güclü, dərinə
işlədiyi oldu.
Atom qorxusu hazırda demək olar ki, yoxa çıxb.
Bununla bağlı bir yüngüllük duyursuz?
- Atom silahları ilə bağlı məsələ
birmənalı deyil. Bir tərəfdən atom cəhənnəmində daim
yaşamaq qorxusu dəhşətli idi. Digər tərəfdən
atom silahı ruslara əngəl oldu və onlar qayğılandılar
ki, heç də bütün dünya kommunizmə olan ehtiyacda boğulmur. Həmin kommunizm ki, Polşanı
və Şərqi Almanıyanı əzirdi.
- İndi siz məhz - o zamanlar mövcud olan Kommunist yırtıcıları
kimi danışdız.
- 1950-ci illərdə Cozef Makkarti və onun tərəfdaşları
gəlib Hollivudda bütün insanları kommunist olmaqda günahlandıranda, onda “Daily Variety” qəzetində
bir yazı verdim. Həmin yazıda xahiş etdim ki, 1682-ci ildəki kimi əcinnə ovundan vaz keçsinlər. O zaman agentim məni
ağılsızlıqda günahlandırdı
və xəbərdarlıq
etdi ki, heç vaxt yenidən iş tapa bilmərəm.
Yalnız onu dedim ki, heç
kəs məni kommunist olmağa məcbur etməsin.
- Hansı nəticə oldu?
- Bir il sonra
rejissor Con Hyuston yanıma gəldi. O, “Mobi Dik” romanını
ekranlaşdırmaq istəyirdi.
Mənə ssenari yazmağı sifariş verdi. Onda mən
agentimə dedim: Görürsən?
Hər şeylə
barışmaq əvəzinə
müqavimət göstərmək
və gələcək
uğrunda mübarizə
aparmaq üçün
pul ödəyirlər.
“DÜŞKÜN OLDUĞUMUZ
BÜTÜN BU OYUNCAQLAR…”
- Bu gün Amerikanın siyasi sisteminə nə qədər böyük ümidləriniz var?
- Mənim məyusluğum tamamilə başqa şeylərlə bağlıdır.
Məsələn, demokratiyanı
qəbul edən ölkələr çox
deyil. Afrika bu dünyada fəlakət həddində olan yeganə region deyil. Hər yerdə dəhşətli idarəetmə
üsulu var.
- Sizin məşhur “Fahrenheit 451“ romanında
dövlət kitabın,
oxucunun düşmənidir.
Bu gün oxucunun düşməni kimdir? Hələ də dövlət ya daha çox nəhəng şirkətlər,
yoxsa media?
- Bunların hamısının
qarışığı. Kompüterin, medianın icadı, simlərlə və ya simsiz, hava ilə evimizə zorla girən hər şey, bizim düşkün olduğumuz bütün bu oyuncaqlar. Kompüterə, televizora düşkünlüyümüzün mərkəzində sadəcə
olaraq intellektdə, beyində olan kədərli çatışmazlıq dayanır.
Əgər biz hələ
də kinoya və televizora, emailə aludəyiksə,
əmin olmalıyıq
ki, bunun arxasında beyin, ağıl, düşüncə
dayanır. Və media
sağa və ya sola aid deyil, o, neytral qalmalıdır. Kompüterin və televizorun həyatımızda
əhəmiyyəti, mənası
çox mühüm olub. Buna ötəri yanaşırıq. Mənə
elə gəlir ki, biz özümüzü lazımınca
məlumatlandırmazdan öncə
bu oyuncaqlardan zövq almağa, əylənməyə başlamışıq.
- Əgər yadplanetlilər özərinin
kosmik gəmisi ilə sizin Los Ancelesdəki qəşəng
evinizin qarışısında
yerə ensə, onlara hansı sualı verərdiz?
- Siz Tanrıya inanırsız? Təbii ki, yadplanetlilər də Tanrıya inanardılar, çünki onlar axı kainata bağlıdırlar, oradan
gəlirlər. Kainat isə elə nəhəngdir ki, biz özümüz kosmos və Tanrı üçün müxəlif
adlar düşünüb
tapmışıq. Və
buna görə hələ müharibə
də aparırıq- necə də axmaqlıqdır.
Biz sadəcə olaraq
onunla barışmalıyıq
ki, hər ziddiyyətə rəğmən bu planetdə yaşayırıq:
qeyri-adi dünyada ağlasığmaz olan bir yığın şey var. Yadplanetlilər
yerdə məskunlaşsaydı,
onlardan soruşardım
ki, həyat sizin üçün nə deməkdir? O sizə mənim üçün kəsb edən mənanı verirmi?
- “Rəsmlərdəki adam” əsərində marslıları
xristianlaşdırmaq istəyən
katolik keşişləri
haqda yazırsız.
- Bu əsərdə insanlar marslılardan öyrənir
və əksinə.
- Bir katolik isə
əsərin küfr olduğuna etiraz etmişdi.
- Yaradıcılıq möcüzəsi
kimi yüksələ
bilən nəsə heç zaman küfr ola bilməz.
“LƏNƏT ŞEYTANA, CANLI OLUN,
İNSANI SEVİN”
- Qadınların
elmi fantastik və ümumiyyətlə, fanatastik
əsərlərə az
meylli olmasını nə ilə izah edərdiz?
- Bu həmişə belə olub. Biz kişilər qədimdən daha çox mexaniki yaradıcılarıq: qadınlar
cismi, biz kişilər
dünyanı yaradırıq.
Bəzən başqa cür də olur. Biz şəri də- məsələn, maşını
və bəzən kosmik gəmini yaradırıq. Biz kişilər
öz oyuncaqlarımızı
tamamilə çılğınca
sevirik, ixtiraçıyıq
və bir naqil yananda, bir raket səmaya
uçanda başqa heç nə haqda düşnümürük.
- Sizin 90 yaşınız var. Həyatınızın
şüarı nədir?
- Yeganə cavab odur ki, həyatda
yalnız sevdiyiniz şeyi edin və etdiyinizi sevin. Heç vaxt sevmədiyinizi etmək lazım deyil. Bu gün əksər film və kitablar həyatı seməyən insanlar yaradır və onlardan yazır. Onları cəhənnəmə
göndərib deyərdim: lənət şeytana, canlı olun, insanı sevin. Sən sevə bilirsənsə, bu, möcüzədir, fantastikadir. Əgər sən öz növbəti kitabını
yazırsansa və ya siyasi patiya
yaradırsansa bu, insanlığa sevgidən
doğmalıdır. Və
necə sevməyi insanlığa öyrətməlidir.
Əgər sən sevmədiyin nəyisə edirsənsə,
onda dərhal dəyiş.
- Ədəbiyyat
bu mənada necə kömək edə bilər?
- Mən nə müəllimə, nə universitetə inanıram. Mən kitabxanaya inanıram. Mənim nəzərimdə ideal təhsil
ondan ibarətdir ki, on il kitabxanada
otursunlar, bir kitabın ardınca digərini oxusunlar, bu yolla tədricən intellektə, ağıla və məqsədlərinə
gələcəklər.
- Bu gün nə arzulayırsız?
- Ümid edirəm ki, mənim ölümüm yetişməmiş
biz Marsda məskunlaşa
biləcəyik. Məmnuniyyətlə,
Marsda ölən ilk adam olmaq istərdim.
Almancadan Sevda Sultanova çevirdi
Kaspi.- 2011.- 1-3 oktyabr.-S.20.