Böyük itki 

 

Nurəddin Rzayev vəfat edib

 

Böyük insanların, milləti, dövləti üçün çox işlər görmüş şəxsiyyətlərin itkisi hər zaman hər kəsi kədərləndirir. Bu günlərdə ən sarsıdıcı xəbərlərdən biri  Əməkdar elm xadimi professor, tibb elmləri doktoru Nurəddin Məmmədbağır oğlu Rzayevin vəfatı xəbəri oldu. N.Rzayev 1929-cu ildə Gədəbəy rayonunda dünyaya göz açıb və orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olub. 1950-ci ildə institutu bitirəndən sonra Türkmənistanda çalışıb. Vətənə döndükdən sonraMezatonun cərrahiyyədə tətbiqi” mövzusunda dissertasiya yazıb. 1996-cı ildən Azərbaycan Tibb Universitetində professor-konsulant, həm də Azərbaycan Universitetində “Şərq-Qərb” Elmi mərkəzinin professoru kimi öz məhsuldar fəaliyyətini davam etdirib. 1999-cu ildən Bakı Ali Diplomatiya Kollecində Türkoloji Araşdırmalar Mərkəzinin rəhbəri seçilib. Fəaliyyəti ərzində 40-dan çox elmlər doktoru və elmlər namizədi yetişdirmiş Nurəddin Rzayev ABŞ, Türkiyə, Böyük Britaniya, İran, Polşas. ölkələrdə keçirilən nüfuzlu konfranslarda, elmi tədbirlərdə çoxsaylı çıxışlar etmiş, fikirləri daim diqqətlə dinlənilmişdi. Eləcə də onun 300-dən çox elmi məqaləsi müxtəlif dillərdə dərc olunub.

Nurəddin müəllim türk ruhlu bir insan idi. Bakı Ali Diplomatiya Kollecində işlədiyi dövrdə türk millətinə olan sevgisini onu tanıyanlar yaxşı bilir. Ürəyi daim türk sevgisi ilə döyünən N.Rzayev haqda Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalının fikirlərini öyrəndik:

Nurəddin Rzayev deyəndə insanın gözünün qarşısına üç möhtəşəm dəyərli Azərbaycan ziyalısı birdən gəlir. Çünki o üç dost o qədər məhrəm, o qədər isti münasibətlərdə idilər ki, onlar haqqında danışanda insanın gözü qarşında bu üç obraz birgə canlanır. Tanıyanlar yaxşı bilir ki, bu üç ziyalı Bəxtiyar Vahabzadə, Xudu Məmmədov Nurdəddin Rzayev idi. Onlardan ikisi haqq dünyasına qovuşmuşdu. Bu gün biz hamımız yenidən sarsılırıq, çünki o möhtəşəm dostların üçüncüsü vəfat edib. Mənim onlar haqqında ümumi danışmağımın səbəbi ondan ibarətdir ki, bu gün Azərbaycan ictimai fikrinin formalaşmasında, düzgün istiqamətlənməsində bu üç ziyalının müstəsna rolu olub. Nurəddin müəllim Azərbaycanın müstəqilliyini ürəkdən arzulamış bir insan idi. Yəqin ki, o, Qarabağın da düşmən tapdağından azad edilməsinin həsrəti ilə yaşayırdı. İnşallah, onun həmin arzusu da həyata keçəcək. Mən onun ideologiyasını, ziyalılıq mövqeyini bilən bir adam kimi deyə bilərəm ki, Nurəddin müəllim əsl türk idi, türk xalqlarının birliyini ürəkdən istəyən, ümumtürk ruhu olan bir ziyalı idi. Bakı Ali Diplomatiya Kollecində Türkoloji Araşdırmalar Mərkəzinin rəhbəri olduğu müddətdə gördüyü işlər hamının qəlbində, yaddaşında qalacaq. Mən ona Allahdan rəhmət diləyir, Azərbaycan xalqına onun ailəsinə başsağlığı verirəm. Həqiqətən böyük itkidir”.

Nurəddin müəllimin fəaliyyətinin əsas hissəsini tibbi sahəsi tutur. Onun elmi-nəzəri görüşləri hər zaman hamı üçün maraqlı idi. Şair tanınmış həkim Paşa Qəlbinur öz müəllimini belə xatırladı:

Nurəddin müəllimin ölüm xəbəri çoxları kimi mənə ağır təsir bağışladı. Çünki o mənim tələbə vaxtlarımın sevimli kəslərindənmüəllimlərimdən biri idi. Bizə cərrahlıqdan dərs keçirdi. Professor N.Rzayev sıravi cərrahlardan deyildi, alternativ düşüncəsi olan, yeniliyi sevən bir həkim kimi onun Azərbaycan təbabətində məxsusi yeri var idi. Onun elmi kəşfləri, virtouz əməliyyatları, doğurdan da heyrətli idi.

 

Bundan başqa, o həm dəyərli ziyalı idi. O, X.Məmmədov, B.Vahabzadə Qəhrəman Qəhrəmanov kimi öncül insanlarla dost idi o vaxtkı insanlar yaxşı xatırlayırlar ki, onların dostluğu cəmiyyət, xüsusən biz gənclər üçün örnək kimi göstərilirdi. O, çox ruhla dolu həssas insan idi. Mən düşünürəm ki, o, adı xalqımızın mədəniyyət, təbabət, elm sahəsinə qızıl hərflərlə yazıla biləcək adamdı. Bu, Azərbaycan elmi üçün böyük itkidir. deyə bilərəm? Xalqımızın başı sağ olsun”.

Nurəddin müəllim elə şəxsiyyətlərdən idi ki, onun haqqında kimdən fikir öyrənsən, təxminən eyni sözlər səsləndirəcək. Çünki onun bütöv obrazı xalqın yaddaşında eyni konturlarla cızılıb. Maraqlısı da odur ki, o, vəfat etməmişdən əvvəl hamı bu fikirdə idi. Bəzən olur ki, insanlar öləndən sonra onlara qarşı ürəklər həlimləşir, fikirlər daha yumşaq səslənir. Nurəddin Rzayev isə hələ sağlığında fəaliyyəti, şəxsiyyəti ilə özü haqqında müsbət fikir yaratmış, xalqımızın yaddaşında layiqli yerini tutmuş İNSAN idi.

Allah rəhmət eləsin!

 

 

Fərid Hüseyn 

 

Kaspi.-2011.-18 oktyabr.-S.15.