“Bu gün kinoya getmək bayramdır”
«Telefilm» kino kompaniyasının baş direktoru Yuri Masyuk kino aləmində
təzə adam
deyil. O, Rusiya Kino İttifaqının üzvüdür.
«Nika» Rusiya
Kino Akademiyası, Avrasiya
Teleakademiyası və
Beynəlxalq Televiziya və Radio Akademiyasının
akademikidir.
Yuri Masyukun
Rusiya kinosu ilə bağlı fikirləri eynən Azərbaycan kinosunun problemləri ilə eynidir.
- Yuri Vasilyeviç,
seriallar bolluğunda baxmağa maraqlı heç nə yoxdur.
- Qəribdədir ki, maraqlı tarixçələr,
ailə həyatı,
insanların taleyi, ölkənin həyatı
haqqında çox az filmlər
çəkilir. Bu cür seriallar çəkilməlidir ki,
insanlar özlərini
tanıya bilsinlər.
Bəlkə belə filmlər
ortaya çıxsa, sonra insanların da həyatında hansısa dəyişikliklər
baş verə bilər. Mən və rejissorlar
Uskov və Krasnopolski ilə 60-cı və 2000-ci illərdən
bəhs edən seriallar çəkdik.
«İki tale» televiziya
filmini görəndən
sonra insanlar arasında canlanma yarandı. Film iki il dalbadal
reytinqdə birinci yer tutdu. Ukraynada uşaqlar
bu filmlə bağlı inşa yazırdılar. Amerikada rus
diasporu filmə baxandan sonra ekrandan ayrılmırdı.
Mən yalnız sonralar başa düşdüm ki, «Kölgələr günorta yox olur», «Əbədi çağırış» filmləri
nə deməkdir.
İnsanlar bu filmlərin
qəhrəmanı ilə
yaşayır və baş verən hadisələr fonunda ölkələrinin tarixini
öyrənirdilər.
- Artıq o filmləri ailə tarixçələrindən bəhs
edən seriallar əvəzləyib.
- Bu filmlər gerçəklik
kontekstindən uzaqdır.
Hazırda telekanallarda nə
zaman ki, ailə hadisələrini göstərirlər, həmin
filmlərdə ölkədə
baş verən proseslərdən danışılmır
və sanki bu proseslərin ailəyə heç bir təsiri yoxdur. Belə görünür ki, bizim qəhrəmanlarımız
həyatdan kənar düşüblər. Onlar sanki
çəkisizlik şəraitində
yaşayırlar. Əlbəttə, incəsənət vasitəsi
ilə insanların baş verənlərlə
əlaqəsini göstərmək
çətindir. O cümlədən,
seriallarda bu məqamlar xüsusən üzə çıxır.
- Yaxşı
film daha çox nə ilə fərqlənir?
- Dramaturgiya ilə. Ssenaristlərimiz arasında əsl
dramaturqlar o qədər
çox deyil. Adları məşhur olanlar isə barmaqla sayılası qədərdir.
Yaxşı serialın əsası
yaxşı ədəbiyyatdır.
Məsələn, «Qaçış», «Dubrovski», «Uqrum çay»… filmlərini götürək. Biz «Uqrum çay»ın remeykini etmək istədik. Ancaq telekanalların birində
dedilər ki, klassika lazım deyil, reytinqi olmayacaq. Amma Puşkin və ya Dostoyevski heç vaxt pis ola bilməz. Ekranlaşdırmaq isə başqa
söhbətdir. Əgər biz gənclərin tərbiyəsi
haqqında düşünürüksə,
məşhur klassik əsərlərin remeyklərindən
qorxmamalıyıq. Biz onları müasir səviyyədə yeni texnika ilə , metodlarla, yeni
aktyor nəsli ilə təqdim etməliyik. Ancaq «klassika heç
kimi maraqlandırmır»
sözlərini eşitmək
gülməlidir. Axı, klassika
nümunəsi olan «İdiot» Rusiya kanalında böyük anşlaqla qarşılandı.
Telekampaniyalar tez-tez deyirlər
ki, indi başqa zamandır. Mən hesab edirəm ki, indi sadəcə
kriteriyalar itib. Əvvəllər çəkiləcək filmlərin tematik planı tutulurdu. Hamı başa düşürdü
ki, müxtəlif nəsillər üçün
hansı janrda kino çəkmək lazımdır. Ancaq bu gün bu
proses yoxdur. Əlbəttə, indi başqa
zamandır. Ancaq unutmaq
lazım deyil ki, biz öz qiymətli irsimizə – güclü ədəbiyyatımıza,
teatr ənənələrimizə
həmişə sahib olmalıyıq.
- Aktyorlar haqqında danışaq. Bu gün müxtəlif
seriallarda tez-tez eyni simaları görmək olur.
- Mən hesab edirəm ki, rejissorlar təkcə dəbdə olan ifaçılar haqqında
düşünməməlidirlər. Bu oyunda uduzan
tərəf tamaşaçı
olur. Rusiyada çoxlu teatrlar
var. Əminəm ki, orada çox maraqlı aktyorlar çalışır. İlk növbədə
onları tapmaq lazımdır. Bunun isə
pula və zamana ehtiyacı var. Çünki,
başqa bir şəhərdən aktyoru
çəkilişə dəvət
edərkən bunun yaşayışını və
gediş-gəlişini təmin
etməlisən. Bu üzdən aktyorları dəvət etmirlər, yalnız yaxındakılarla
kifayətlənirlər.
- Qərbdə aktyorlara çoxlu
pul verirlər...
- Qərbdə
əsl aktyor anlamı çox mürəkkəbdir. Yalnız
belələrinə çox pul ödəyirlər. Bizdə
isə iki dəfə televiziyaya çıxan adam artıq
ulduzdur. Əgər əvvəl aktyor tutaq ki, çəkiliş
gününə görə 500 dollar alırdısa, biz indi bu
rəqəmi ona təklif edə bilmirik. Bununla belə aktyorlar
filmə çəkilirlər. Əgər yaxşı
ifaçılardan ibarət ansambl yığılsa,
ümumiyyətlə, əla keyfiyyət alınar.
- Nə üçün adamlar
Amerika filmlərinə baxmağa üstünlük verirlər?
-
İlk növbədə ona görə ki, bu filmlərin gözəl
reklamları var. Yüksək səviyyəli texniki
ifaçılıq mövcuddur. «Avatar»ı
götürün. Bu, texnikada yeni sözdür. Bu təkcə
bizim üçün yox, bütün dünya
üçün maraqlıdır. Kinoteatrlara əsasən
cavanlar gedir. Həmçinin biletlərin qiymətində də
problem var. Tutaq ki, ailənin 4 üzvü kinoya getmək istəyir.
Ancaq bir biletin qiyməti 300 rubldan başlayır. Orta
yaşayış səviyyəsində olan ailə bu pulu necə
ödəyə bilər? Ona görə də bu gün kinoya
getmək bayramdır. Mənə elə gəlir ki, yaxın
10 il ərzində alıcılıq qabiliyyəti daha da
çətinləşəcək. Filmlərimiz ekranlara
çıxmır. Səbəb sadədir: reklam zəifdir,
müasir texnika kinoya evdə baxmağa şərait
yaradır. Hətta, bu gün telefonla da filmə baxmaq
mümkündür. Kinoteatrları əvəzləyən
çox şeylər meydana gəlib. Biz öz
tamaşaçımızı itirmişik. Bu, dövlətin
problemidir. Əgər gənclər yalnız xarici filmlərə
baxırlarsa, onlar öz həyatımız haqqında nə
biləcəklər və necə böyüyəcəklər?
Təranə
Kaspi.-2011.-25 oktyabr.- S.15.